Nəyisə çatmır dünyanın...
Kimisə əksilir hər gün,
Havası da qəribədir,
Gor qazırlar adamları,
Allahı da, insanı da,
Yox olub, ölmüş kimidi...
Adamlar qazan qəbirə...
Hər gün bir insan gömülür...
İnsanı olmayan dünya,
Allaha qəbir kimidi...
Adamı çox!..
İnsanı qıt!..
Allahı qıt!...
Bu dünya adam qoxuyur...
Bir insanı, bir Allahı çatmır deyə...
Dünya da ağı oxuyur...
Nəyisə çatmır dünyanın...