Ciddən çox "baqatıdı" - Dilimizin "den rajdeniyası"na

Ciddən çox "baqatıdı" - Dilimizin "den rajdeniyası"na
1 avqust 2024
# 17:21

Kulis.az Həmid Piriyevin Azərbaycan Dili və Azərbaycan Əlifbası günü ilə bağlı yazısını təqdim edir.

Dedilər, bu gün dilimizin den rajdenisidi.

Çox gözəl, çox pakizə!

Həpimiz üstümüzdə alev-alev yanan bir günəşin zərrəsində qızınırıqsa, onda həm də həpimiz bu dilin daşıyıcılarıyıq və bu günü bayram etmək ən doğal haqlarımızdandı.

İlk öncə hamımızı təbrik edirəm. Nə mutlu halımıza ki, bu cür gözəl dil düşüb qismətimizə.

Zarafat-zad eləmirəm, ciddən çox gözəl dilimiz var. Samnivatsa eləyən varsa, açıb oxusun Süleyman Rəhimovun “Şamo”sunu. “Saçlı”nı da olar. Kişinin leksikonunda yüz iyirmi minə yaxın söz var. Elə priblizitelna Azərbaycan dilinin izahlı lüğətində olan qədər.

Ondan xoşunuz gəlmirsə, Sabir Əhmədlini də oxuya bilərsiz. Onda da priblizitelna həştad-doxsan min söz var.

Üçüncü yerdə isə Əkrəm Əylislidi, yanılmıyorsam, altmış-yetmiş min söz.

Vapşe mən dilimizi uşaqlıqdan çox sevirəm. Məktəbdə ən yaxşı oxuduğum fənn idi. Məllimə həmişə mamama tərifləyirdi məni, papam da bir-iki məmməd verirdi ki, abur-cubur alım yeyim.

Şaka bi yana, ölürəm də dilimizçün. Düzdü, bir az quru dildi, hissləri tam şey eləmək olmur. Mesela, bizdə əzizləmə şəkilçiləri yoxdu. Anamıza anacığım, atamıza atacığım-zad demirik. Vapşe bu sözlər çox samnivatelni sözlərdi.

Amma dilimiz zəngindi. İstənilən situasiyanı təsvir edə bilirik. Lyuboy əsəri rahatlıqla tərcümə edə bilərik. Ədəbi əsərləri deyirəm, öz sahəmdi deyə, iyi bilirəm belə şeyləri.

Elə o günlərdə kəndin kruqunda oturub semiçka çırtlayanda arkadaşlarıma da deyirdim bunu. Onlar da, maşallah, dil üstündə adam yortan uşaqlardı hamısı.

Elə yaxşı oldu, axşam oturmağa povıd tapdıq.

Gedərəm bratanlarımın yanına, ilk badəmi də qaldıranda deyərəm ki, dilimizi sevək, qoruyaq.

Şerefe!

# 1376 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #