"Səndən ötrü batdım al-qana..." - Həmid Herisçinin yeni şeiri

"Səndən ötrü batdım al-qana..." - Həmid Herisçinin yeni şeiri
15 sentyabr 2026
# 12:35

Kulis.az Həmid Herisçinin "Odisseyin evi" adlı yeni şeirini təqdim edir.

Orda bir ev var
Uzaqda...
Qapısı taxta.
Üzərliyi
Paslı qarmağda.
Bizimkidi.
Qapısını açmasaq da...
Orda bir çıraq yaşar.
Gözləri işıqla yaşarar
Tək otaqda.
Avaradı, havadadı
Küləyin bircə həmləsi ilə
Damından qopan
Ala qarğa.
Orda bir ev uzaqda...
Bizimkidi.
Yaşamasaq da...
Səndən ötrü
Batdım al-qana,
Necə ki qutab
Sumağa.

P.S. Saldın bizi
Narkotik asılılığa!
Qocaman nərdivanı ilə kərpic divarı
Birləşıb əbədi nigahda.
Sonrakı söhbətimizi verdim,
Qoy aparsın nərdtaxta.


# 203 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər