"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər

"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər
17 oktyabr 2025
# 17:00

Bu gün ingilis yazıçı Doris Lessinqin anım günüdür.

Kulis.az bu münasibətlə onun gənc müəlliflərə məsləhətlərini təqdim edir.

2007-ci ildə ədəbiyyat üzrə Nobel mükafatçısı Doris Lessinq 1919-cu ildə İranın Kirmanşah əyalətində anadan olub. Müxtəlif janrlarda qələmə alınmış yüzlərlə hekayənin, romanın, memuarın, avtobioqrafik məqalənin müəllifi kimi tanınır. Yazıçı 2013-cü ilin noyabr ayında Londonda dünyasını dəyişib.

1. Hər gün və məqsədli şəkildə yazmaqla daha yaxşı yazıçı olmaq üçün ilk vərdişə yiyələnəcəksiniz. Bu, sizi ancaq irəliyə aparacaq. Deyirlər, yaradıcı yazıçılıq dərsləri var, mən onlarla dərindən maraqlanmamışam. Özünüinkişafa kömək edən istənilən vasitə yaxşıdır. Amma əgər orada sizə yazmağın, daha doğrusu, yaxşı yazmağın yolunun ağır işdən və əməkdən keçdiyini, bunun yalnız və yalnız həqiqətə və humanizmə xidmət etməli olduğunu öyrətmirlərsə, deməli, vaxtınızı alırlar. Yazıçı üçün vaxtdan və sözdən qiymətli nə var?! Yazıçı olmaq üçün xoşbəxt anlarının çoxunu qurban verməlisən.

2. Sözlər, sözlər... Yazanda onlarla oynayıram, ifadələrin arasına girir, onları bütün formalarda yazıram.

3. Elə hekayələr yazmağa, elə səhnələr yaratmağa çalışıram ki, kimsə öz cılız hekayəsi ilə ona yapışmağa, yamaq olmağa cəhd etməsin.

4. Yazmayanda özümü taqətsiz, tükənmiş, ümidsiz hiss edirəm. Yazmaq ehtiyacdır, mənəvi məcburiyyətdir. Yazmayanda heç bir dəyişiklik yaşamırsınızsa, yazmayın. Mənəvi məcburiyyət məsələsi bir növ balanslaşdırılmış psixoloji mexanizm kimidir, amma düşünmürəm ki, təkcə yazıçılarda belədir, məncə, hamı belədir. Mənəvi məcbur olduğumuz şeylər bizi yormayanlardır. Biz yazıçılar onsuz da bütün həyatımız boyu dəliliyin bir addımlığında yaşayırıq, ona görə də insanı balansda saxlayan bu şeylər olmalıdır.

5. Unutmayın ki, hekayə təkcə müəllifin hisslərini və düşüncələrini yox, nəyi niyə məhz həmin formada ifadə etdiyini də danışır.

6. Məni həmişə yazmağa həddindən artıq qərq olmaqda qınayırlar, bilmirəm ki, nə vaxtdan sonra hədd aşılır. Amma məsələ orasındadır ki, məşğul ola biləcəyim başqa bir şey də yoxdur. Yazı mənim bütün həyatımdır. Bilmirəm, başqa işlə məşğul olanlar necə yazırlar. Özüm üçün sosial həyat da qurmamışam, harada oluramsa olum şəraiti yazmağa və düşünməyə uyğun, əlverişli formaya salmağa çalışıram. Çalışın, yazı həyatınızın mərkəzində dayansın. Sizi yazmağa həvəsləndirən mühit yaradın. Sevinci və zövqü yazıda yaratmağa və yaşamağa çalışın. Əgər bunun öhdəsindən gələ bilsəniz, heç bir uğursuzluq sizi hədəfdən yayındıra bilməyəcək.

7. Oxucu yazdığınız hər şeyi sizin dərk etdiyiniz, qəbul etdiyiniz kimi qəbul edə bilməz. Onun oxuduğu əsərlə bağlı öz düşüncəsi olur və siz nə edirsiniz edin, bunu dəyişməyə gücünüz çatmaz. Hətta ola bilər ki, o sizin yazdığınızı tamamilə əks mənada və ya sizin heç ağlınıza gəlməmiş formada dərk edir, siz buna əngəl olmaqda acizsiniz. Bilin ki, hamını razı sala bilməzsiniz. Sizin işiniz yazmaqdır, yazın və onu oxucunun ixtiyarına verin, qoyun o həmin əsərdən istədiyini istədiyi kimi alsın.

8. Hər zaman əlimdə olan əsər haqqında düşünürəm. Bəzən ətrafda baş verən hadisələri belə o əsərə əlavə etməyə çalışıram. Bilirsiniz, şərt deyil ki, sizdə də belə olsun. Hər şeyi tətbiq etməyə çalışsanız, yolunuzu azar və həvəsdən tez düşərsiniz. Məsələ ondadır ki, mən maraq dairəsi elə də geniş olan insan deyiləm. Ona görə bütün zehni fəaliyyətim yazmaqla bağlı olur.

9. Bəzi yazıçılar yazmağa başlayanda beyinlərində hansısa formanın, süjetin, ideyanın olmadığını deyir. Hamıda bu mərhələ eyni cür keçmir, məndə də. Yazmağa başlamazdan beynimdə ideya, hekayə, obraz nəsə olmalıdır, sonra onların və hadisələrin nəzərdə tutduğum kimi təsviri üçün düzgün ifadə savaşı başlayır. Yəni mənim yazı prosesim “50000 sözdən ibarət realist kitab yazmaq istəyirəm, amma nədən yazacağımı hələ müəyyənləşdirməmişəm” şəklində deyil. Əksər yazıçılar kimi məndə də əsərin janrını, tərzini, üslubunu artıq sonrakı mərhələlər, hadisələrin gedişatı müəyyənləşdirir. Ona görə də qələmə aldığım süjetlər qədər janrlar, üslublar da fərqlidir.

10. Bir məsələni də həmişə yadda saxlamaq lazımdır, hansı mərhələdə olursunuz olun, hər zaman sizinlə həmrəy yazıçılar olacağı kimi tənqidçiləriniz də olacaq. Qarşınıza nəyin və kimin çıxacağına baxmayaraq, bilin ki, yazıçı beynindəki ideyaya vurulmalı və onun arxasınca getməlidir.

# 1046 dəfə oxunub

Oxşar xəbərlər

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

14:00 17 yanvar 2026
Qarabağı riskə atardım, Cincilimi yox...  - Təvəkkül Boysunar

Qarabağı riskə atardım, Cincilimi yox... - Təvəkkül Boysunar

17:30 16 yanvar 2026
"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

14:00 16 yanvar 2026
"O,  Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

"O, Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

12:00 16 yanvar 2026
Yaddaş pоеtikasının ən maraqlı təzahürü  - Kamal Abdulla  sərhədi bilərəkdən necə pozur?

Yaddaş pоеtikasının ən maraqlı təzahürü - Kamal Abdulla sərhədi bilərəkdən necə pozur?

15:30 14 yanvar 2026
Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

17:00 13 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər