Məktəbli ilə dostluq edən Əkrəm Əylisli - XATİRƏ

Məktəbli ilə dostluq edən Əkrəm Əylisli - <span style="color:red;">XATİRƏ
3 fevral 2016
# 13:27

Kulis Ayxan Ayvazın “Əkrəm əmi” yazısını təqdim edir

Tanış olduqlarımla dəqiq təqvim gününü xatırlamıram. Ancaq həmin günün təəssüratı hələ də yaddaşımda ayaq üstədir.

İndi əlimdə Əkrəm Əylislinin mənə hədiyyə etdiyi kitab var və mən yaşıl üzlü kitaba baxanda bizim balaca boylu böyük yazıçımızı görürəm.

Yadıma düşür, bir gün Əkrəm Əylisli bağda hirsli-hirsli gəzirdi. Atamla ona yaxınlaşıb salamlaşmışdıq. Onda Əkrəm əmi məni bağrına basmışdı.

...Əslində, atamla birlikdə, kiçik yaşlarımda Əkrəm əmi ilə tanış olmuşdum. Ancaq onun yazıçı olduğunu bilmirdim. Heç yazıçılığın nə olduğunu belə bilmirdim. Qala Əkrəm Əylislinin kimliyinə.

Onda qardaşımla birgə Əkrəm əmiyə “balaca kişi” adlı ayama qoymuşduq. Bulvardakı qazonda qardaşımla güləşirdik, ordan keçən Əkrəm əmi ayaq saxlayıb atamla görüşdü, bizimlə də əl tutub nəsə dedi, başımızı sığalladı. Kənardakı oturacaqda əyləşən anam Əkrəm əmini görəndə ayağa qalxdı, gah yaxın gəlmək istədi, gah yerinə çökmək istədi, deyəsən sonunda yaxına gəlib onunla görüşməyə cəsarət etmədi. Əkrəm əmi atamla bir-iki kəlmə də kəsib yoluna davam elədi.

Hələ onda nəyin nə olduğunu bilməzdik. Hələ onda çox kiçik idik. Amma sonradan, Əkrəm Əylislinin kimliyini bildim və onunla tanışlığımdan qürur duydum. Hər yerdə Əkrəm əmi ilə dost olduğumu deyirdim. Hətta, bir dəfə ədəbiyyat dərsində Əkrəm Əylislinin “Ürək yaman şeydir” hekayəsini keçəndə mən ayağa qalxıb yekəpər müəllimimizə “Əkrəm Əylisli mənim dostumdur” dedim. Bu sözümdən sonra hamı güldü, hətta müəllim də. Sonradan Əkrəm əmi ilə bağlı inşamda da onun mənim dostum olduğunu yazdım. Amma yenə ədəbiyyat müəllimim və sinif yoldaşlarım qarınlarını tutub nə ki var güldülər. Axırda bu əhvalatı atama danışdım. O da bunu Əkrəm Əylisliyə danışdı. Atamın danışdığına görə, Əkrəm əmi bu əhvalata yamanca gülüb.

Bir-iki gündən sonra atam Əkrəm əminin mənə bağışladığı kitabı evə gətirdi. Kitabın ilk vərəqində Əkrəm Əylisli “Yaxın dostum, əvəzsiz dostum, sadiq dostum Ayxana” deyə qısaca avtoqraf da yazmışdı. Kitabı ədəbiyyat müəllimimizə və sinif yoldaşlarıma göstərəndə hamı donub qaldı. Müəllim üzə vurmasa da hiss elədim ki, Əkrəm Əylislinin mənə kitab bağışlamasına, özü də ilk səhifəyə söz yazmasına yaman pis olub. Özündən yaşca qat-qat kiçik olan adama qısqanması mənə ləzzət eləmişdi onda.

Hər nə isə, bu əhvalat indi geridə qalıb, amma hər dəfə Əkrəm Əylisli haqqında düşünəndə, onun hədiyyə elədiyi kitabı görəndə bu maraqlı əhvalat yadıma düşür.

Düşünürəm ki, Əkrəm Əylisi uşaqlığında ilişib qalıb. Uşaqlıq onun içində daim yaşayır və ona görə də Əkrəm Əylisliyə bəzən “əmi” yerinə “dostum” deməyim gəlir. Bilmirəm, nə dərəcədə düzgündür.

Əkrəm Əylislinin bu günlərdə Kulisdəki sorğuda adı çəkilən “Ürək yaman şeydir” hekayəsini yenidən oxuyanda o xatirəyə qayıtdım.

# 1589 dəfə oxunub

Oxşar xəbərlər

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

13:00 9 fevral 2026
"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

13:30 7 fevral 2026
"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

12:00 7 fevral 2026
Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

10:00 30 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər