Afaq Məsudun yerinə Səlim Babullaoğlu təyin edildi YENİLƏNİB

Afaq Məsudun yerinə Səlim Babullaoğlu təyin edildi YENİLƏNİB
24 iyun 2014
# 15:34

Tanınmış jurnalist Seyfəddin Hüseynli yeni vəzifəyə təyin edilib.

Bu barədə məlumatı Kulis.az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən veriblər.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin bu gün keçirilən iclasında Seyfəddin Hüseynli "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, jurnalın əvvəlki baş redaktoru tanınmış şair Səlim Babullaoğlu idi.

Kulis.az məsələ ilə bağlı Seyfəddin Hüseynlinin mövqeyini öyrənib. O, bildirib ki, təyinat AYB sədri Anarın təklifi, İdarə Heyətinin qərarı ilə gerçəkləşib.

Oxuzali.az-ın yaydığı məlumata görə isə Azərbaycan Yazıçılar Birliyinin Tərcümə Mərkəzində dəyişiklik olub. Bir müddət əvvəl Mərkəzin direktoru Afaq Məsud Nazirlər Kabineti yanında yaradılan Tərcümə qurumuna rəhbər aparıldığı üçün onun yerinə şair Səlim Babullaoğlu təyin olunub.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə rəhbəri Səlim Babullaoğlunun ayb.az saytına müsahibə verib.

- Sizi təbrik edirik. Bu bir çoxları üçün gözlənilən, amma eyni zamanda bir qədər də gözlənilməz idi. Sizin üçün necə, bu gözlənilən idimi?


- Əvvəla icazə verin AYB-nin sədri, Xalq yazıçısı Anara mənə göstərilən etimada təşəkkür edim. Qaldı gözləmək məsələsinə, bir neçə gün əvvəl mənimlə bu haqda söhbət olmuşdu.


- İşinizi necə qurmaq fikrindəsiz?


- Ordan başlayım ki, mənim təyinatımdan başqa Seyfəddin Hüseynli “Dünya ədəbiyyatı”dərgisinə, Elxan Zal isə “Ulu Çinar” dərgisinə baş redaktor təyin edildi. Hər iki dərgi ildə iki dəfə nəşr olunmaqla Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin büdcəsindən maliyyələşəcək və Mərkəzin nəşri kimi fəaliyyət göstərəcəklər. Qaldı işimizi necə qurmaq məsələsinə, mən toplantıda çıxışımda dedim, təkrar edim ki, yaxın 5 il üçün aşağıdakı fəaliyyət prioritetləri müəyyənləşdirdik. Birincisi, türk xalqları ədəbiyyatlarını Azərbaycan dilinə və Azərbaycan ədəbiyyatını türk xalqlarının dillərinə tərcümə edəcəyik. Türk xalqları ədəbiyyatlarınının Azərbaycan dilinə tərcüməsi, nəşri və populyarlaşdırılması üçün hər sayı konkret bir türkdilli xalqın ədəbiyyatına həsr olunmaqla ildə iki dəfə “Ulu Çinar” dərgisi nəşr olunacaq. İkincisi isə, Azərbaycan ədəbiyyatının əsasən Avropa və yaxın xarici ölkə dillərinə, eləcə də dünya xalqları ədəbiyyatlarını Azərbaycan dilinə tərcüməsini və nəşrini gerçəkləşdirəcəyik ki, burda da hər sayı konkret bir xalqın ədəbiyyatına həsr olunmaqla ildə iki dəfə “Dünya ədəbiyyatı” toplusunu nəşr olunacaq. Bizim tərcümə fəaliyyətimiz bununla məhdudlaşacaq. Qalan işlər isə yalnız xariclə bağlı olacaq. Qoy, sürpriz olsun. Bir çox islahatlar aparmaq və yeniliklər eləmək niyyətindəyik. İnşallah, Allahdan xeyirlisi.

# 4406 dəfə oxunub

Oxşar xəbərlər

"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

17:00 19 may 2026
Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

16:00 19 may 2026
Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

11:30 19 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər