50 yaş təkcə təqvim rəqəmi deyil... - Miri Rəsulzadə

50 yaş  təkcə təqvim rəqəmi deyil... - Miri Rəsulzadə
9 iyul 2026
# 18:30

Kulis.az Miri Rəsulzadənin Əvəz Qurbanlının 50 illiyinə həsr etdiyi yazını təqdim edir.

Bu gün şair Əvəz Qurbanlının doğum günüdür. 50 yaşı tamam olur. O mənim təkcə dostum deyil, eyni zamanda şeiriyyatı bizə sevdirən, klassik ədəbiyyata bizdə həvəs yaradan, satiranın, sarkazmın incəliklərini öyrədən söz ustadıdır.

Əvəz Qurbanlı ömrün Sabir yaşını tamamladı. Bunu deməmək də olardı. Ancaq, məsələ burasındadır ki, Əvəz müəllimin şeirləri ilə onun yaşı arasında qəribə bir uyğunluq var. O, öz şeirlərinə çox oxşayır. Şeirləri də ona bənzəyir: hamısı gənc, hərarətli; hamısında nəsə bir narahatlıq var, həyəcan var.

Bu illər ərzində onun həyat və yaradıcılığında bir-birindən maraqlı, təsirli şeirlər yaranıb. Demək bu şeirlərin ən böyüyü 50 yaşındadır. Əvəz bəyin şeirlərini oxuyub adi məntiq dili ilə danışmaq mümkün deyil. Hər şeir öz yaşında, hər şeir öz boyunda-buxununda... Bəlkə adama ona görə belə gəlir ki, şeirlər canlıdır, lal insan kimi canlıdır və mən onları açıq-aşkar görə bilirəm - hardasa daha genişliklərdə, hardasa daha dərinliklərdə; adi dünyadan, adi məntiqdən uzaqlarda.

Bu şeirlər ədəbiyyatımızda elə öz yaşlarındaca qalacaqlar: 30, 35, 40- pozitiv bir gənc kimi...

Əvəz Qurbanlının qəzəlləri, bəhri-təvilləri, satirik şeirləri ruhumuza çox yaxındır. O öz dövrünün övladıdır. Səsi amiranə deyil, sadədir, səmimidir. Birbaşa ürəkdən gəlir. Daha çox nəğməyə oxşarı var, bir az da laylaya, nağıla...

Onun kövrək ürəyinin səsini eşitdikcə insan düşünür, arzulayır, xatırlayır və sevinir ki, İlahi, dünyana belə bir şair gəlib.

Əvəz müəllim, 50 yaş təkcə təqvim rəqəmi deyil, bu, ədəbiyyatımıza, ruhumuza bəxş etdiyiniz qəzəllərin, bəhri-təvillərin və o incə sarkazmla yoğrulmuş satirik şeirlərin yarıməsrlik təntənəsidir.

# 674 dəfə oxunub

Oxşar xəbərlər

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

17:11 17 iyul 2026
“FotoBax”  milli fotomüsabiqəsinə müraciət davam edir

“FotoBax” milli fotomüsabiqəsinə müraciət davam edir

16:30 17 iyul 2026
“Musa Cəlil ömürlüyü…”  kitabı çap olundu

“Musa Cəlil ömürlüyü…” kitabı çap olundu

16:15 17 iyul 2026
Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

16:10 17 iyul 2026
Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

15:00 17 iyul 2026
İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

13:50 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər