Vaqif Poeziya Günləri başlayır

Vaqif Poeziya Günləri başlayır
9 iyul 2026
# 16:35

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 16-dan 18-dək növbəti Vaqif Poeziya Günləri keçiriləcək.

Kulis.azxəbər verir ki, “Sözün hekayəsi” şüarı ilə təşkil olunacaq tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır.

Poeziya bayramı iyulun 16-da M.P.Vaqifin doğulduğu Qazax rayonunda başlanacaq, iyulun 17-də isə mədəniyyət paytaxtımız Şuşa şəhərində keçiriləcək.

Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksi önündə keçiriləcək açılış mərasimində rəsmilər, yazıçı və şairlər, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək. Sonra Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunan “Sözün ovçusu – "Könlüm keçir Qarabağdan” adlı səhnə kompozisiyası nümayiş etdiriləcək.

Poeziya günləri çərçivəsində M.P.Vaqifin yaradıcılığına və Azərbaycan klassik poeziyasına həsr olunmuş bədii kompozisiyalar, musiqi proqramları təqdim ediləcək və ədəbi tədbirlər keçiriləcək.

Builki Poeziya günlərində mühüm yeniliklər də olacaq, “Kitab dayanacağı” köşkü istifadəyə veriləcək. Eyni zamanda TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalı Şuşada təşkil olunacaq.

Bundan əlavə, Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Ramiz Rövşən ilə oxucu görüşləri, “Sözün gülüşü – Şuşa hekayələri” adlı teatral kompozisiya da proqramda yer alıb.

Vaqif Poeziya Günlərinin son günü Azərbaycan və ümumtürk ədəbi irsinin görkəmli nümayəndələrinə həsr olunmuş silsilə tədbirlərlə yadda qalacaq. Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans keçiriləcək, Məhəmmədhüseyn Şəhriyarın 120 illiyinə ithaf olunan “Sözün həsrəti – "Heydərbabaya salam” bədii-musiqili kompozisiyası təqdim ediləcək.

Poeziya günləri “Sözün Zəfəri – Zəfərin sədası” adlı möhtəşəm konsert proqramı ilə yekunlaşacaq.

Qeyd edək ki, Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunacaq silsilə tədbirlər “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyatın inkişafı bağlı prioritet hədəflər konteksində xüsusi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb. Eyni zamanda dahi siyasətçinin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən doğma yurdunda – Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlanıb.

# 1049 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər