Uşaqlaşmaq üçün bir bənd yetər

Uşaqlaşmaq üçün bir bənd yetər
16 fevral 2014
# 03:03

Roman əsrinə düşmüşük.

Roman mübtəlası olmuşuq.

Əsrin, minilliyin bu dar macalında, bu dar zamanında ya stutus axtararıq “like” eləməyə, ya da roman axtararıq oxumağa.

Kitab mağazasına girib gözümüz vitrində ən qalın kitabı, ən uzun hekayə kitabını axtarar.

Şeir kitablarına gözümüzün ucu ilə də baxmarıq.

Elə bil kitab almırıq, ruhumuzu yedirtməyə “ərzaq” almırıq, mədəmizi doyurmağa kartof-soğan alırıq.

Pulumuza tən gəlsin, ağır gəlsin.

Pul sayırıq, qoy kitabın hərfləri də çox olsun, vərəqlərinin sayı da.

Odur ki, şeirdən uzağıq.

Aldığımız şeir kitabları çox vaxt ya maşınımızın “bardaçok”unda, ya rəfimizin bir küncündə unudulub qalar.

Bizə roman lazımdır. Şeir nəyə gərək.

Yaxşı ki, Mətləb Ağanın şeir kitabını əlimə götürdüm, varağladım.

Elə bil, isti otaqdan soyuq qış havasına çıxdım.

Ruhum təzələndi.

Onun bu adsız şeirləri içində anaya həsr edilmiş bir şeirini oxudum. Gözlərimin önünə balca Mətləb yox, balaca Mirmehdi gəldi.

Kövrəldim.

***

Kənddə bir axşamüstü

gördüm fağır Mətləbi...

qoyma gedib böyüsün,

ana, çağır Mətləbi...

Çörəyini ver yesin,

suyunu ver, getməsin...

istədiyi yerini,

göyünü ver, getməsin...

...hanı həminki Mətləb

nə zaman yoxa çıxdı?..

hansı dənizdə batdı,

ya hansı dağa çıxdı?..

...indi çağır, dayansın,

sonra çətin çatarsan...

yenə gedib Kür üstə

qoyunları otarsın...

...deyərsən:-“mənim balam,

məni bu işə qatma;

öz anası çağırsın,

mən çağırsam, qayıtmaz...”

...Və bir də Yeseninin məşhur “Anama məktub” şeiri gəldi durdu gözümün önündə. Eyni ruh, eyni nisgil, eyni həsrət...

Deyirlər, övladlar nə qədər yaşlansalar da valideynlərinin gözündə uşaq olaraq qalırlar. Amma bu məsələnin başqa tərəfi də varmış.

Elə biz də nə qədər böyüsək də nə zamansa, hansı andasa, hansı məqamdasa anamızın balaca Mətləbi, balaca Mirmehdisi, balaca Əlisi, balaca Vəlisi olmaq istəmirikmi?

Bu dünyadan küsəndə, özümüzdən küsəndə, zaman bizi haxlayanda, dünyanın çirkabına batanda hərdən silkinib o qayğısız, o qoyun otaran çağımızı istəmirikmi?

... Həəə, şeir belədir, şeir kitabı belədir. Əlinə götürərsən, bir vərəqləyərsən, ruhun durular, təzələnərsən, dua kimi təskinlik taparsan.

Paklanarsan.

Balacalaşarsan.

Uşaqlaşarsan.

Balaca özün olarsan.

Elə bil, yenidən doğularsan.

Günahlarından arınarsan.

Dünyaya başqa gözlə baxarsan...

Tələsmək lazımdır.

Nə qədər vaxtımız qalıb ki, bu dünyada. Cəmisi 11-ə qədərdir.

# 3722 dəfə oxunub

Oxşar xəbərlər

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

16:00 1 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

10:40 1 iyun 2026
"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... -  Tanınmış alim xatirələrində nə yazırdı?

"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... - Tanınmış alim xatirələrində nə yazırdı?

09:48 1 iyun 2026
Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər