Musiqili Teatrda premyera olacaq

Musiqili Teatrda premyera olacaq
4 dekabr 2024
# 09:57

Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Sabit Rəhmanın “Əliqulu evlənir” pyesi əsasında Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanan "Əliqulu bu gün evlənir" komediyasının premyerası olacaq.

Kulis.az-ın məlumatına görə, Teatrdan bildirilib ki, dövrümüzlə səsləşən, maraqlı və dinamik süjet xətti olan komediyanın bəstəkarı Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi isə Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğludur.

Səhnə əsərində İlham Namiq Kamalın ifasında təqdim olunan Əliqulu obrazının timsalında “kreslo xəstəliyi”nə düçar olan vəzifə düşkünləri satira və gülüş hədəfinə çevrilir.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Fidan Əliyevadır.

Tamaşada Xalq artisti İlham Namiq Kamalla yanaşı, Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar Zemfira Əbdülsəmədova, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Böyükxanım Məmmədova, Mehriban Rəcəbova, Əzizəxanım Kazımova, həmçinin xor və balet artistləri iştirak edirlər.

Premyera üçün biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket. az" saytından əldə etmək olar.

# 1773 dəfə oxunub

Oxşar xəbərlər

Kuklaçılar festivala  gedir

Kuklaçılar festivala gedir

16:26 4 sentyabr 2025
Gənc Tamaşaçılar Teatrında  yeni mövsümünün başlanması münasibətilə görüş keçirildi

Gənc Tamaşaçılar Teatrında yeni mövsümünün başlanması münasibətilə görüş keçirildi

11:00 3 sentyabr 2025
Kventin Tarantinodan ilk teatr tamaşası

Kventin Tarantinodan ilk teatr tamaşası

10:30 21 avqust 2025
“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda...

“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda...

10:30 4 avqust 2025
“Axirətdən gələn zəng” tamaşası yeni quruluşda

“Axirətdən gələn zəng” tamaşası yeni quruluşda

18:37 14 iyul 2025
Aydın Talıbzadə:  "O, sovet hökumətinin köləsidir..."

Aydın Talıbzadə: "O, sovet hökumətinin köləsidir..."

09:00 8 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər