Sən bəxtiyarsan öz yoxluğunda – Rasim Qaracadan yeni şeir

Sən bəxtiyarsan öz yoxluğunda – Rasim Qaracadan yeni şeir
17 dekabr 2020
# 10:01

Kulis.az Rasim Qaracanın Hikmət Hacızadənin vəfatına yazdığı “Hikmət üçün elegiya” şeirini təqdim edir.

Hikmət yoxdur, inanılmazdır
lakin inanmaq azdır, onun yoxluğunu qəbul etməliyik
elmi dəlillər gətirib sübuta yetirməliyik.
"Acı reallıqla barışmalıyıq" - o özü belə deyərdi
reallıqda bir hikmət olduğunu sübut edərdi.

Lakin reallıqda heç zaman heç yerdə heç bir şəkildə hikmət olmayıb
bəlkə yarım reallıqda, yuxu ilə aşkarlığın neytral ərazisində
haqq-nahaq tərəzisində, tərəzinin oynayan milində
yerüstü zamanda deyil, naməlum quş ilində bir məna,
bir hikmət olub...

Ancaq onun özü bütün bunlara təbəssümlə baxardı
bir siqaret yandırardı öz tabutunun arxasınca
"yob tvoyu mat, neujeli mən yoxam" deyərdi,
heyrət dolu gözlərlə və əllərini yana açaraq,
sonra təbəssüm qonardı üzünə, ağ saqqalına, bığaltı qımışardı,
sanki həyatın, yaşamağın mənasını, hikmətini tapardı
səssizcə barışardı öz yoxluğuyla.
Lakin, indi bir həqiqət var - Hikmət yoxdur!
Həqiqətin özü var, ancaq o həqiqətdə hikmət yoxdur
məna yoxdur, dərinlik yoxdur belə canım sizə desin,
qardaşlıq yoxdur, acıma yoxdur, anmaq yoxdur,
duymaq, ürəkdən yanmaq yoxdur
kim, axı kim baxar indi sizin hikməti olmayan həqiqətinizə
bir həqiqət ki hikməti olmaya apar onu tulla dənizə...

Əzizim Hikmət, sən fikir vermə bunlara,
indi sən bəxtiyarsan öz yoxluğunda
aqillər səni göydə arar, amma sən yerdəsən
göyün xəyalpərəstliyində deyil torpağın acı reallığındasan,
çox dərinlərdəsən, yerin dərinliyində daha bərəkətlisən indi,
minerallarla dolusan, ot olub torpaqda göyərəcəksən
gediləsi bu uzun yolda hələ xalqa neçə il bələdçilik edəcəksən...
səni soruşanlara deyəcəm, bir hikmət var idisə həyatda artıq o yoxdur,
hikmətsizdir hər şey və hər kəs...

# 3452 dəfə oxunub

Oxşar xəbərlər

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər