Elşən Rüstəmov: “Ayağımı Fuad Poladov sındırdı” - FOTOSESSİYA
17 iyun 2011
13:26
Elşən Rüstəmov maraqlı aktyordur. Tamaşaçılar onu “İtgin gəlin” teleserialındakı yaratdığı Elməddin rolundan tanıyırlar. Səsi isə özündən daha çox tanınıb, çünki dublyajda da çalışır. Məsələn, hamının sevdiyi “Həzrəti Yusif” serialında Yusifin səsi əslində Elşən Rüstəmovun səsidir. Çox təbii alınıb və o səslə Yusif sevilib. Elşən özü də bunu obrazı sevməsi ilə əlaqələndirir.
Son vaxtlar Bakı filmin çəkdiyi “Seçilən” filmində baş rolu-general Əli Talıbov rolunu oynayıb. Gənc Tamaşaçılar Teatrında çalışır. Onunla eyni dövrün gəncləriyik, indi artıq eyni orta yaş dövründəyik. Eyni problemləri, eyni qayğıları yaşayırıq. Bəzən düşüncələrimiz də üst-üstə düşür. Ona görə də rastlaşanda, dərdləşəndə hər ikimizə xoş olur. Elə bilirəm bu söhbətimiz də həmin söhbətlərdən biridir. Gənc Tamaşaçılar Teatrının qarşısında açıq havada oturub ürəyimizdən keçənləri dilimizə gətirib hal-əhval tutduq. Bu da o söhbətdən qısa çıxarışdır.
- Sənə görə sevinirəm, Elşən.
- Yəni sevinməli bir şey var?
- Niyə kinoda Mirzə Fətəli Axundov roluna çəkilirsən, teatrda Hamleti oynayacaqsan. Sənət yolun uğurlu mərhələyə başlayıb.
- Hə...düzdür, bundan o yanası yoxdur.
- Ailə həyatında vəziyyət necədir, neçə uşağın var?
- İki. Yaxşıdır hər şey.
- Uşaqların ayaqları uğurlu oldu. Bir vaxtlar çalışdığın Gənc Tamaşaçılar Teatrının binası sənin üçün evi də əvəz edirdi. İndi ailə, uşaq, sənətdə də irəliləyişlər gedir, bəs, evin var indi?
- Yox, elə ona görə də hər şey mənasızdır. Çoxdandır heç jurnalistlər də maraqlanmır mənimlə. Sən köhnə silahdaşımsan, jurnalist deyəndə gözlərimin qarşısına sən gəlirsən. Nədənsə həyatınmı, yoxsa sənətimizinmi mənası yoxa çıxıb. Deyirsən, Hamleti, Mirzə Fətəlini oynamağa hazırlaşan aktyoru təbrik etməyə dəyər, haqlısan, amma stimul yoxdur, mənasızdır. Oynadın, oynamadın, heç kimi maraqlandırmır.
Düzdür, ailə qurandan sonra bir-çox qapılar üzümə açıldı. “Lider” televiziyasında dublyajda işlədim, sonra da dövlət televiziyasında. İndi demək olar ki, bütün telekanallarda dublyaj edirəm. Teatrda əvvəl rollarım daha çox idi, ilin sonunda məlum olurdu ki, ən çox mən rol oynamışam. Bekar adam idim, nə versələr oynayırdım, özü də həvəslə. Sonralar “ən çox sən oynamısan” sözü məni əsəbləşdirməyə başladı. Çünki nə qədər çox oynayırdımsa, o qədər maddi və mənəvi çətinliklər məngənəsində idim. Heç sağ ol deyən də yoxdur. İndi də həmçinin. 15 il əvvəlki azar da yoxdur artıq. Yalnız maddı baxımdan demirəm, nə isə bir stimul olmalıdır.
- Sənə nə stimul verə bilər? Bir-neçə əvvəl Laeri oynayırdın, bu gün Hamlet rolu üçün yetişmisən, bunun özü stimul deyil?
- Özlüyümdə stimuldur, kənardan qiymət yoxdur.
- “Qiymət” deyəndə konkret nəyi nəzərdə tutursan?
- Mən bütün günü məişət uğrunda mübarizə aparıram. Bununla belə, ailəmi saxlamaq üçün yanaşı dörd divarım yoxdur. Öz işimlə məşğulam, bu işlə də...
- ... isə ev almaq olmaz?
- Nəinki ev almağa heç yol puluna bəs eləmir. Belə olan halda mənim rahat Mirzə Fətəli, Hamlet oynamağım üçün ailəmin rahatlığın, işdən sonra dincəlməyim üçün gedəcək evim, ocağım olmasının qayğısına kim qalmalıdır.
- Kirayə qalırsan?
- Bəli, özü də Bayılda.
- Kirayə haqqını ödəyə bilirsənmi?
- Ona görə bütün gün qaçhaqaçdayam, bayaq nə dedim, məişət üçün mübarizədəyəm. Ona görə bayaq sən deyəndə ki, sənətdə böyümüsən, içimdə əsəbləşdim. Nə böyümək, 20 ildir sənətin köləsiyəm, qaçıram. Düzdür, aktyorun hərəkətdə olması yaxşıdır, amma istirahəti də olmalıdır. Əgər ora-bura qaçıramsa, işim çoxdursa, maddiyyatdan asılı olmamalıyam. Bir gün qaçmasam, sonda kirayə haqqını ödəyə bilməyəcəm. Maddiyyat üçün qaçhaqaçda, qovhaqovda olmalı deyiləm. Sənətdə işim çox olsun, yorulum, amma yenə işləyim, yalnız maddiyyat barədə düşünməli olmayım, bu adamı yorur.
- Bizim nəslin çiyinlərinə də bu tale yükü düşdü, eyni qayğılarla, eyni problemlərlə yaşayırıq.
- Qəm eləmə, belə davam etməz, bir gün bizim də üzümüzə tale gülər.
- Sağ ol, əladır, artıq mənə təskinliyə keçdinsə, deməli, o qədər də pessimist deyilsən. Onda keçək yeni işlərindən danışmağa.
- Yeni işlərimin yaşadığım bu çətinliklərə dəxli yoxdur. Kinonu çox sevirəm, Mirzə Fətəli obrazı üçün isə çox şadam, çox da məsuliyyətliyəm.
- Sənətə gəlişinin ilk vaxtlarından kinoya çəkilirsən, sadəcə, o kinoları tamaşaçılar görə bilməyib, hər halda qədərincə göstərilmir. Səni “İtkin gəlin”dən Elməddin kimi daha çox tanıyarlar.
- Elə də olur, bəzən o adla çağrılıram. Ona qədər “Etiraf” bədii filminə çəkilmişdim. Sonra Eldar Quliyevin “Ah, bu gözəl, gözəl dünya”, Mehriban Ələkbərzadənin “Məhkumlar”, Hüseyn Mehdiyevin “Özgə vaxt”, Oqtay Mirqasımov “Günaydın, mələyim”.
- Teatrda da çox obrazların olub, amma Fuad Poladov oynadıqlarından cəmi dörd obrazın adını çəkir.
- Fuad Poladovun oynadığı hər obraz bir hadisədir, O, dörd obrazın adını çəkirsə, mən gərək heç ad deməyəm.
- O vaxt Milli Dram Teatrında “Hamlet”də Hamleti Fuad Poladov, Laeri sən oynayırdın, premyerada da qıçın qırılmışdı. Üstündən illər keçib, bəlkə, o hadisəni danışasan. Necə oldu ki, rekvizit qılıncla sənin qıçın qırıldı, Fuad Poladov hansı qüvvə ilə vurmuşdu o qılıncı?
- Rekvizit deyildi. Rekvizit qılınclar tez-tez əyildiyindən biz onu əsil qılıncla əvəz etmək qərarına gəldik, çünki fərli rekvizit tapılmadı. Kinostudiyadan hər biri 10 kq-lıq olan qılınclar gətirildi. Fuad Poladovla premyeradan bir gün öncə həmin qılınclarla məşq də etdik, elə ağır idilər ki, iki əllə tutub istifadə edirdik. Premyerada necə oldusa Fuad Poladovun qılıncı iki əlli vurduğu zərbə ilə qıçımdan tutdu. Hiss etdim ki, nə isə qırıldı qıçımda, amma o səhnəni axıra çatdırdım, isti-isti ağrı hiss etmirdim. Hamlet məni öldürdü, hətta “paklona” da çıxdım, səhnədən çıxanda artıq ayağımı yerə qoya bilmədim, qıçım həm də şişmişdi, ordan birbaşa xəstəxanaya apardılar.
- Hamletin, daha doğrusu Fuad Poladovun təsadüfi xətasını ənənəyə çevirmək fikrin yoxdur?
- Yox, Allah saxlasın, o qılıncları elə o vaxtdan yığışdırdılar. Məni də Anar Heybətov əvəz etdi, ayağım sağalıncaya qədər.
- Deyəsən, Laerdən Hamletə doğru gəldiyin yolda pis adətlərə meyl etmisən. Bu gün içkilisən, ona qurşanmayasan.
- İçkili olduğum hiss olunur?
- Mən hiss etdim.
- Bu yaxınlarda ürəyimdən əməliyyat olunmuşam, damar sıxılmasından. Həkim deyib ki, hərdən içkidən istifadə et, stresi atmaq, damarları yumşaltmaq üçün. Ona qurşanmaq fikrim yoxdur, zatən həkim hərdən, az miqdarda deyib.
Beləliklə, ürəyimizi boşaldıb Elşən Rüstəmov məşqə, mən də işə yollandıq. Kaş, növbəti görüşümüzdə söhbətimizin mövzusu tamam fərqli, daha optimist olsun.
Ramilə QURBANLI

2262 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024