Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?

Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?
6 iyun 2026
# 12:51

Kulis.az Firidun Ağazadənin "Səməd Vurğunun 120 illik yubileyinə" yazısını təqdim edir.

1969-cu ildə Moskvada “Proqress” nəşriyyatında buraxılmış “50 sovet şairi” (Пятьдесят Советских Поэтов. Fifty Sovet Poets) antologiyasında (rus və ingilis dillərində, tərtib edəni Vladimir Ognyov və Dorian Rottenberq (ikinci nəşri 1974-cü ildə çap olunub) “çoxmillətli sovet ədəbiyyatının bayraqdarlarından birı” (“один из «знаменосцев» всей советской многонациональной литературы”) olan Səməd Vurğunun adı yoxdur. Nəşrdə Andreı Voznesensky, Davıd Kugultınov, Borıs Pasternak, Qaysın Quliyev, İrakli Abaşidze, Mirzo Tursunzadə, Rəsul Həmzətov, Eduardas Mejelaytis və “başqaları” var, amma Səməd Vurğun yoxdur...

Birinci nəşrin (1969) linki:

https://books.google.az/books/about/%D0%9F%D1%8F%D1%82%D1%8C%D0%B4%D0%B5%D1%81%D1%8F%D1%82_%D0%A1%D0%BE%D0%B2%D0%B5%D1%82%D1%81%D0%BA%D0%B8% D1%85_%D0%9F.html?id=iMVfAAAAMAAJ&redir_esc=y

İkinci nəşrin (1974) linki:

https://dn790000.ca.archive.org/0/items/OgnevRottenbergFiftySovietPoets/Ognev-Rottenberg-Fifty-Soviet-Poets.pdf

Antologiyada Səməd Vurğunun ən yaxın dostları, Nikolay Tixonov, Konstantın Sımonov ... da var, üstəgəl, o illərdə, respublikamız, axı, bir az öndə gedənlərdən idi... Amma yenə bizi gözardı eləyiblər.

Həmin illərdə bizim Yazıçılar İttifaqı hara baxırdı?”.

İndi neçə gündür yata bilmirəm – demək, hər şey... İttifaqda olduğumuz 80 il boşuna imiş?..

Dostlar, sizi bilmirəm, bu məlumat mənə çox toxunur. Bir ehtimalım var – bilirik ki, o vaxt İttifaq nəşriyyatlarında, Moskva nəşrlərində adı çəkilməz naxələf və yağı qövmdən çoxlu ədəbiyyatçı və redaktorlar işləyib, bu onların işi ola bilər, onların barmağı ola bilər, necə ki, Həzi Aslanovun ikinci dəfə “Sovet İttifaqı Qəhrəmanı” adına verilmiş təqdimatı üzə çıxmağa qoymayıblar, bu da belə. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin dünyaya çıxmasına imkan verməyiblər. Onsuz da dünyaya çıxışımız “çerez russkoqo yazıka” mümkün idi, orda da düşmən barmağı öz işini görüb. Səməd Vurğun, oxuduğumuz, bildiyimiz və fəxr etdiyimiz kimi, illərcə “sovet poeziyasının generallarından biri” olub, o illəri, o quruluşu, o dövrü də çox yüksək poetik dillə tərənnüm edib. Dünyaya hesablanmış çox nüfuzlu nəşrdə “Azərbaycan sovet poeziyasının qüdrətli nümayəndəsi, XX əsr milli ədəbiyyatımızın ən parlaq siması” Səməd Vurğunun adı yoxdur! Nəşrdə Azərbaycan təmsil olunmur, heç olmasa... (Heç olmasa!) Səməd Vurğun yoxdur.

Dostlar, sizdən soruşuram: niyə yoxdur?. Və bu necəolur? İndi bunun səbəbini kimdən soruşaq?

“Həmin illərdə bizim Yazıçılar İttifaqı hara baxırdı?”.

# 1386 dəfə oxunub

Oxşar xəbərlər

Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açıldı

Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açıldı

15:42 5 sentyabr 2026
80 illik yubileyə unikal hədiyyə - Freddi Merkurinin Uemblidə 9 metrlik qeyri-adi portreti

80 illik yubileyə unikal hədiyyə - Freddi Merkurinin Uemblidə 9 metrlik qeyri-adi portreti

14:50 5 sentyabr 2026
Rəsulzadənin dostu, kommunizmin düşməni -  Türküstanlı jurnalistin keşməkeşli həyatı

Rəsulzadənin dostu, kommunizmin düşməni - Türküstanlı jurnalistin keşməkeşli həyatı

14:00 5 sentyabr 2026
Tomazzo Kampanella kimdir? - 27 il həbsdə qalan filosofun faciəvi həyatı

Tomazzo Kampanella kimdir? - 27 il həbsdə qalan filosofun faciəvi həyatı

13:30 5 sentyabr 2026
Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri

Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri

12:30 5 sentyabr 2026
"Mən başqası ilə evlənsəm qeyrətsiz olaram" - Səyavuş Aslanın film kimi həyatı

"Mən başqası ilə evlənsəm qeyrətsiz olaram" - Səyavuş Aslanın film kimi həyatı

11:30 5 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər