Şairdən yox, danadan danışmaq lazım idi
1 iyun 2011
09:05
2002-ci ilin 23 mart axşamı idi. İki gün idi ki, atamgildə Novruz bayramını qeyd edirdim (Onlar Xanlıqlar kəndindəki qaçqınlar məhəlləsində yaşayırlar). Həmin axşam dostum Şaiq Musayevlə rastlaşdıq. O da yazı-pozu əhli olduğundan söhbətimiz ədəbiyyatdan düşdü. Başımız söhbətə elə qarışdı ki, bir də gördük artıq Didəban gölünə yaxınlaşmışıq. Söhbətimiz şair taleyi, şairə zamanında qiymət verilməməsi barədə idi.
Ləzzətli hava vardı. Dedik, gedək axşam-axşam gölü də seyr edək. Hətta sabah bir az yemək-içmək götürüb elə gölün qırağındaca xudmani bir məslis açmağı qərarlaşdırdıq.
Güllə səsi, “Dayan!” əmri
Elə bu anda başımızın üstündən güllə atdılar. Və sonra da “Dayan!” əmri eşidildi (əslində güllə bu əmrdən sonra açılmalıydı). Sanki bu tərs-məzhəb açılmış güllə işimizin də tərsə düşəcəyinə bir siqnal oldu. Bir də gördük, iki mülki geyimli şəxsin əhatəsində yaxası-başı açıq bir polis var. Avtomat silah da mülki geyimli şəxslərin birində. Polis həmən təhqirə başladı və cavab gözləmədən soruşdu:
- Burda nə qayırırsınız?
Mən işin ciddi olduğunu görüb şairlərin əbədi mövzusu olan yalan mövzusuna müraciət etmək istədim. Deyəcəkdim ki, bəs dədəmin danası itib, onu gəzirik.
Artıq polis bizə lap yaxınlaşmışdı. O iki nəfər isə sanki qeybə çəkilmişdilər. Elə istədim ağzımı açım ki, Şaiq işləri korladı. Guya polisi rəhmə gətirəcəkdi:
- Cənab polis, bu adam məşhur şair Yaralı Bəxtiyardır. Bu günlərdə də kitabının təqdimatı olub. Şair adamdı, dedi, bir az gölün səsinə qulaq asaq. Mən də gətirdim bura.
- Dəli özünüzsünüz, əə, gölün səsi-zadı nədir!? Siz burda turba oğurlayırsınız, mən də sizi hadisə yerindən əlli metr kənarda yaxalamışam.
Hər ikimiz başladıq yalvarmağa ki, oğurluqla-filanla işimiz yoxdur. Xeyri olmadı.
“Pele”nin kələyi
Şaiq polisi tanıdı. Adı Zahid imiş, Astanbəyli kəndindən, “qarabala” olduğundan “Pele” ləqəbi ilə tanınır. Öz-özümə dedim ki, daha işlər düzəldi, Astanbəylidə bir qoşun dost-tanış var. əvvəlcə Elnurun adını çəkdim, tanımadı. Elnurun atası Raqif kişini də tanımadı. Məmməd İlqarı da, Alı Babanı da, Akif Səmədi də, İbrahim İlyaslını da tanımadı.
Əlac qaldı yenə yalvarmağa. Başladıq şeirdən, poeziyadan danışmağa. Nəhayət, rəhmə gəldi:
- Bir şərtim var, növbətçi otağına gedin mənimlə. Orda çörəyə əl basın ki, şairik, gölün səsinə qulaq asmağa gəlmişik, mən də inanım.
Biz də dovşan kimi “Pele”nin qabağına düşüb növbətçi otağına getdik. Elə otağa daxil olmuşduq ki, qapını bağlayıb harasa zəng etdi:
- Rəis, oğruları yaxalayıb salmışam otağa. Qapını da qıfıllamışam.
Bu an yadıma sovetin qoruqçuları düşdü. Onlar da qoruğa girən danaları beləcə gətirib xalxala salardılar və xalxalın qapısına da iri bir qıfıl asardılar və bu qıfıl hökmən paslı olmalı idi.
Gecə polisinin rəisi Rəhim müəllim gəlincə, Şaiqi danladım ki, niyə qoymadın danadan danışım? Dedi, şairə inanmayan danaya inanarmı!?
Nəhayət, Rəhim müəllim gəldi. Hərəmizi bir-iki ilişdirdi. Biz də əl qaldırmasaq da, ağır cavablar verdik.
Beləcə də Rəhim müəllimin maşını ilə şöbəyə gətirildik. Bəxtimizdən bir tanış polisə rast gəlmədik. Gecə boyu təhqir və şəbədələrə qonaq olduq.
Tualetsiz axşam
Səhər həmin ərazini sahə müvəkkili Elşən adlı şəxs gəldi ki, dədənizin neçə toğlusu var? Yoxsa evinizə axtarışa yollanıram. Başladıq ki, şairdə toğlu nə gəzir-filan, dədəmiz də qaçqındı, bizdən əlini üz, o da acıqlanıb getdi axtarış aparmağa.
Daha sonra “Pele” gəldi. Adam üzümüzə durdu ki, bunları boruları tullayıb qaçarkən yaxalamışam. Borular da gölün qırağındakı növbətçi otağındadır. Biz and-aman elədik, xeyri olmadı.
Sonra da dedilər, rəis müavini Mahmud müəllim sizi gözləyir. Bizi yuxarı qaldırdılar. Şaiq sərt danışdı və buna görə də Mahmud müəllim onu otaqdan qovdu. Mənə dedi ki, boynuna al, işin yüngül olsun.
Bu ara axtarışa gedənlərdən biri gəlib məlumat verdi ki, “Rəis, heç nə tapılmadı”.
Mən də Mahmud müəllimə sərtləndim ki, di sübut elə.
Dedi, əllərini aç görüm. “Fatihə” verirmiş kimi əllərimi paralel açıb dedim, bu da əllərim. O, əllərimin qabarını göstərib:
- Sübut bu qabarlardır, turba sökəndə qabar olub, - dedi.
Dedim, rəis yaz qabağıdır kartof səpmişəm, lobya üçün yer əkmişəm, çəpər payalamışam. Ona görə yaranıb bu qabarlar. Həm də axı görürsünüz ki, bu qabardır, əgər axşamdan yaransa hələ yeri tuluq olardı.
Rəis müavini “Mənə ağıl öyrətmə!” - dedi. Az qaldı dilim-ağzım qurusun.
Otaqdan çıxanda gözüm qarşı tərəfin divarında bir fotostendə sataşdı. “Bizdə şeir də var, sənət də vardır, şairə, sənətə hörmət də vardır” yazılmışdı fotostendin yuxarısına. Rayon şairləri və rayondakı müxtəlif tədbirlərdə iştirak edən digər şairlərin şəkilləri sanki məni polislərdən betər ələ salırdılar ki, biz divarı bəzəyirik, sən isə dörd divar arasına gedirsən. İçim burxuldu sanki. Yenə də Şaiqi qınadım ki, gərək imkan verəydi, mən danadan danışaydım.
Sonra da aşağı endirdilər məni. Məlum oldu ki, hələ üç gün burdayıq. Və o da məlum oldu ki, Şaiqin sərt danışdığına görə tualetə getməyimiz yasaqlanıb.
Beləcə, əməlli-başlı şairliyin zibilinə düşmüşdüm və deyəsən, özüm də tualet məsələsinə görə zibil qabına dönəcəkdim.
Xilaskarınız – şair Həvəskar
Bu ara evdəkilər də gəldilər. Hansısa məbləğə razı olduqlarını, amma polislərlə hələ dil tapmadıqlarını bildirdilər. Birdən beynimə bir ideya gəldi. Şair Həvəskarı tapmaq. Çünki onun polisdə çox böyük hərməti vardı. Çünki rayona yeni gələn polis rəisi Təhməzovu o şair eləmişdi. Onun əvəzinə şeirlər yazırdı. Xeyli deyişmələri vardı.
Ümumiyyətlə, Qazaxın havası hansı məmuru vurursa, dərhal şairlik eşqinə mütbəla olur. Deyilənə görə, sabiq icra başçımız Əsəd Orucov da şairlik sevdasına düşüb.
Vaxtilə burda Əmir müəllim adlı bir məhkəmə sədri varmış ki, sonda o “xanəxərab” da şair olub, amma deyilənə görə şeirlərini özü yox, rayonun bir neçə şairi yazıb öz işlərini məhkəmədən adlatdırmışlar. Eləcə də RİH-nin sabiq müavinlərindən olmuş Tofiq Əhmədov. Onun bir misrası indi də rayonda məşhurdur. “Qara-qıvrım saçlarıma sığal çəkəydi anam”. Amma adamın saçları sarı idi. Məlum olurdu ki, şeir hansısa kasıb şairin şeiridir. Və şübhələr Həvəskara doğru istiqamətlənirdi.
Eləcə də hansısa bir kanalizasiya məmuru. Onun da kitabını Tofiq Salehin yazdığı deyilir.
Bu xəstəlik indi Ağstafaya da keçib. Ağstafa RİH başçısının birinci müavini Ramiz Tatarov da şairlik edir. Onun da Həvəskarla xeyli deyişməsi var və onun yazdıqlarında da Həvəskarın nəfəsi açıq-aşkar hiss olunur.
Nəhayət, Həvəskar gəlib çıxdı. Bizə izahat yazdırdılar. Guya gecə vaxtı azıb gedib çıxmışıq Didəban gölünün qırağına. Sənədlərimiz üstümüzdə olmadığına görə də polis bizdən şübhələnib şöbəyə gətirib. Və biz də tez-tələsik bir daha sənədsiz-filansız bir yerə çıxmayacağımıza dair yazılı izahat verdik. Çünki tualet məsələsi lap karıxdırmışdı bizi.
Hər ikimiz azadlığa buraxıldıq. Təhməzov özü məni çağırıb soruşdu:
- Ən böyük şair kimdir?
Nizaminin, Füzulinin, Abbas Tufarqanlının, Sabirin, Əli Kərimin yeri deyildi. Bu vaxt yadıma Hüseyn Arifin məhşur “Dedim-dedi” şeiri düşdü:
Maddə var əlimdə
Bəmi çəkib zil eylər.
Beş gün beş ilə dönər,
Beşi on beş il eylər.
Bir oyun açaram ki
Adın düşməz yadına.
Heç Nizami baban da
Gəlib çatmaz dadına.
Avtomatik cavab verdim:
- Həvəskar.
- Hə, düz dedin, səndən şair olacaq.
Beləliklə, azadlığa çıxdıq. Amma bu heyfi “Pele”də qoyası deyildim. Ona bir həcv yazdım və bir-iki toyda o həcvi “efirə buraxdım”. Bir də eşitdim ki, “Pele” kaset gəzir, maddi sübut kimi məni yenidən ilişdirmək üçün. Əsas da şeirin bu yeri ona pis təsir edibmiş:
Sən kimi gecə polisindənsə,
Gecə kəpənəyi yaxşıdır məncə.
“Pele”dən alınan qisas
Mən özümü qalib hiss edirdim. Və “Pele”ni görmək istəyirdim. Çünki tanış polislər onun o həcvdən çox təsirləndiyini demişdilər.
Bir gün gördüm ki “Pele” Akif Səmədlə çay içir. Sən demə, adam Akif Səmədin xalası oğlu imiş. Dedim, bəs deyirdim Akif Səmədi tanımıram? Akif Səməd də onu xeyli danladı. “Pele” üzümüzə baxa bilmirdi. Daha kaset axtarışına da son verdiyini bildirdi.
Təbii ki, Mahmud müəllimi də boş buraxmadım. Ona da bu şeiri yazdım:
Əlimdə qabardı necə qabqarım
Qabqar cinayəti qabara qarşı.
İnan ki bir belə iş açmaz idi
Hindistan polisi Qabbara qarşı.
Sənin kimiləri ulduz alınca
Görən göydən neçə ulduz axıbdı.
Neçə günahsızın ulduzu göydən
Çiyininə düşübdür, rütbən qalxıbdı.
Bilmirəm bu şeir Mahmud müəllimə çatdı, ya yox.
P. S. Hələ də bilmirəm ki, Qazada mənim bir dana qədər hörmətim var, ya yox...

1355 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024