Səfər Alışarlı: “Rusdillilər milli azlıqdır” - MÜSAHİBƏ
24 may 2011
10:00
Yazıçı Səfər Alışarlı ilə müsahibəni 3 ay öncə planlaşdırsam da, şair Rəşid Göyçənin məsləhəti planımı çox geri saldı. Rəşid Göyçə “Səfər böyük yazıçıdır. Onun kimliyini hələ bu ölkədə dərk etməyiblər. Heç olmaya, onun “Maestro” romanını oxu, sonra get müsahibəyə”.
Başladım “Maestro”nun axtarışına. 3 aylıq axtarışlarım nəticəsiz qalsa da müsahibəmiz baş tutdu. Elə söhbətə də “Maestro” romanından başladıq.
- “Maestro”nu 3 ay axtardım, amma “gördüm” deyən olmadı.
- Bu kitab satış üçün nəzərdə tutulmamışdı. 2004-cü ildə cəmi 300 tirajla çap olundu. Elə dost-tanışa payladım. İndi özümdə cəmi bir-iki nüsxə kitab qalıb.
-“Tiraj” dediniz, yadıma mərhum yazıçımız Əlibala Hacızadənin sovet dönəmində 30 min tirajla çap olunan “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası düşdü. Aradan bu qədər illər keçib. Amma görünür, hələ də ciddi ədəbiyyatın inkişafında əngəllər var.
- Görünür, belədir. Əsəri yenidən çap etmək fikrim var. Amma bu kitabın çapından sonra belə bir maraqlı hadisə baş verdi. Bunu mənim yazıçı həyatımın nadir hadisələrindən də saymaq olar. Kitab çıxandan təxminən bir-iki ay sonra məni “Gənclik” nəşriyyatının mərhum direktoru Əlican Əliyev axtarıb tapdı və dedi ki, mənim istənilən kitabımı nəşr etməyə hazırdır. Çapa veriləsi yeni heç nəyim olmadığına görə Əlican Əliyevə təşəkkür edib ondan ayrıldım. Bu illər ərzində məndən “Maestro” romanını istəyənlər çox olub. Bilmirəm... Əsərlər də insanlar kimi müxtəlif taleləri yaşayırlar.
- Görüşümüz Yazıçılar Birliyinin qurultayı ərəfəsinə təsadüf etdi. Bu qurultaydan nə gözləyirsiniz?
- Ciddi heç nə gözləmirəm. Son illərin təcrübəsi göstərir ki, Yazıçılar Birliyində qeyri-ədəbi ehtiraslar və qanunlar işləyir.
- “Yazıçılar Birliyi” dedim, yadıma Nobel mükafatı düşdü. Axır vaxtlar bu mövzu çox müzakirə olunur. Hətta bu yaxınlarda Yazıçılar Birliyinin sədri Anar dedi ki, mən Qarabağın bir kəndini vermərəm min Nobel mükafatına. Nobel almaq üçün gərək dövlətçiliyə zidd danışasan.
- O cür nüfuzlu beynəlxalq mükafata ticarət obyekti kimi baxmağın əleyhinəyəm. Kəndi mükafata dəyişirlər? Yoxsa hansısa dövlətə xoş gəlməyən sözə mükafat verirlər? Yanlış qiymətləndirmədir. Hər şeydən əvvəl o ali beynəlxalq mükafata layiq olmaq lazımdır. Və yeri gəlmişkən, qeyd etmək istərdim ki, kəndi həqiqətən dəyərli ədəbiyyatla tərbiyə olunmuş yaxşı oğlanlar qorumalıdır ki, sonradan onu mükafata dəyişməyə lüzum qalmasın.
Azərbaycanda bir neçə dəfə Nobel mükafatına əsər təqdim etməyə cəhdlər olub. Amma bu, ölkəmizə və ədəbiyyatımıza müsbət heç nə gətirməyib. Avropa yazıçını tamam başqa meyarlarla qiymətləndirir. Məsələn, onların fikrincə, yazıçılıq və məmurluq bir-birini müəyyən mənada inkar edən anlayışlardır. Onların fikrincə, yazıçı başını aşağı salıb əsər yazmaqla məşğul olmalıdır və yazdıqlarının içində şəxsiyyət olaraq əriyib ölməyi bacarmalıdır. Coys, Folkner, Kamyu, Platonov, Markes, Kastaneda, Pamuk və s. kimi.
Biz o günü “Eurovision” birinciliyini qazandıq: bizdən neçə kənd istədilər? Avropanın mədəniyyətə yanaşması Azərbaycanın yanaşması deyil, Avropa bu məsələlərə əsl sənət meyarlarından yanaşır və obyektiv qiymətini verir. Nobel mükafatı doğrudan da yazar düşüncəsinə verilən ən ali mükafatdır. Hansısa dövlət xeyli pul xərcləyib, belə bir mükafat vermək istəsə belə onun Nobelə çatmasına əlli il vaxt və ilahi məram gərəkdir. “Orxan Pamuka bu mükafat Türkiyə əleyhinə danışdığı üçün verilib” deyənlər səhv edir. Orxan Pamukun “Mənim adım qırmızıdır”, “Qara kitab” romanları müasir dünya nəsrinin şedevrlərindəndir. Üstəlik, Orxan döyülən, qısnanan yazıçı taleyi yaşayıb, tox və harın məmur taleyi yox. O, yazıçı həyatının bütün acı və məhrumiyyətlərini görüb: yumurta atəşindən tutmuş, alçaldıcı məhkəmələrə qədər. O həm şəxsiyyət olaraq, həm də yazar olaraq Nobel mükafatına layiqdir.
Azərbaycanda Nobel mükafatına layiq yazar yoxdur. Yaxın əlli ildə də olmayacaq. Biz dərk etsək ki, bizə Nobel mükafatı yox, yaxşı ədəbiyyat lazımdır, onda o mükafatı almaq şansımız yarana bilər. Biz dərk etsək ki, ədəbiyyat dövlətimizə və xalqımıza vacib olan çox mühüm dəyərlərdən biridir, ona belə qeyri-ciddi münasibət bəsləmərik.
- Siz Azərbaycanda rusdilli ədəbiyyatın yaranmasına necə baxırsınız?
- Rus dili öz-özlüyündə böyük dildir, amma Azərbaycanda o, müəyyən milli azlığın dilidir. Ona hər hansı bir başqa statusun verilməsinin əleyhinəyəm. Bütün milli azlıqların öz ana dilində ədəbiyyat yaratmaq hüququ var. Amma son illər bəzi ədəbi müsabiqələr yolu ilə rusdilli ədəbiyyatın önəm və hüquqlarını ana dilimizdə yaradılan ədəbiyyatla eyniləşdirmə, hətta üstünləşdirmə cəhdlərini görməmək mümkün deyil. Öz milli mədəniyyətinə hörmət edən adamlar buna heç zaman yol verməzdi. Əslində, Yazıçılar Birliyinin kabinetlərində doğulmuş bu antimilli ənənə Azərbaycanda yeni deyil, onun ən azı 50-60 yaşı var. Amma siz mənə Azərbaycan rusdilli ədəbiyyatından bizə nişanə kimi qalan, milli dəyərə malik bir dənə də olsun əsər göstərə bilməzsiniz. Deməli, bu ədəbiyyat yox, ədəbi mühitdə müəyyən işbazlar tərəfindən uğurla yerinə yetirilən kommersiya layihəsindən başqa heç nə deyil.
- Yazar qadınlarımızın da arasında bu həvəsdə bulunanlar çoxdur. Amma belə baxanda yazar qadınlarda bir ahu-zar var. Sevgilisi qarşısında ağlayıb-sıtqayıb alçalması var. Bu zarıltı Məhsətidən üzü bəri yol alıb gəlir.
- Mənə elə gəlir ki, son 200 ildə kişilərimizin qadınlar üçün yaratdığı həyat çox eybəcərdir. Oradan da bütün bəlalar qaynaqlanır. Bizim qadınlar istəyir ki, həm yazıçı, həm ana, həm evdar qadın, həm arvad olsun, həm də, məsələn, neft şirkətində işləsin. Qadın yazardırsa, o bütün bunları qurban verməlidir. Çünki üçü, beşi birində alına bilməz. Amma nisbətən gənc nəslə məxsus yazar xanımlarımızın həyat və yaradıcılıq fəlsəfəsində tamam başqa motivlər var. Onların yaradıcılığında başlıca olaraq yorğanın qaldırılması prosesini gördüm. Bəlkə də onların çoxu bu aktları heç o dərəcədə yaşamayıb, sadəcə, uydurub ortaya atırlar. Əksər hallarda buna “ədəbi striptiz” də demək olar.
- Bu cərəyanı ədəbiyyatımıza şairə Nuridə Atəşi gətirdi?
- Nuridə xanım istedadlı və cəsarətlidir. Deyir ki:
Ey prus gənci,
Sən gərək müsəlman olasan,
Həsrətdən vüsala keç,
Sünnətin öldürdü məni.
Nuridənin belə şeirləri yazmağa nə vaxtdan başladığını deyə bilmərəm, amma sonra gələn nisbətən gənc xanımlar çox böyük həvəslə seksual mövzuya xitab etdilər. Cavanlıqdır. Başa düşüləndir. Biz də vaxtilə az yazmamışıq. Sadəcə, burada bir şeyi diqqətə çatdırmaq istərdim. Ən azı, texnologiyanı mükəmməl mənimsəyəndən sonra bu cür açıq-saçıqlığa qələmlə girişmək olar. Əks-təqdirdə, normal seks adi pornoqrafiyaya çevrilir.
- Əslində, bizdə qadın ədəbiyyatının kökündə zarıltı olub. Ona görə də siz deyən kimi, Nuridə Atəşi cərəyanı bizdə yaransa da, kökü olmadığı üçün yamaq kimi göründü. Söz yox ki, Natəvanın, Məhsətini yaradıcılığında öz dövrlərinə görə müəyyən dərəcədə açıqlıq var idi, amma zarıltı daha çox idi. Ümumiyyətlə, qadının qələmə sarılmasına necə baxırsınız?
- Çox yaxşı baxıram. Cəmiyyətin necəliyi kişidən çox qadından asılıdır. Ona görə də qadının ictimai fəallığı çox vacibdir. Tanıdığım inkişaf etmiş cəmiyyətlərdə qadınları çox fəal görmüşəm. Ədəbi-bədii yaradıcılıq da bu fəallığın yaxşı tərəflərindəndir. Biz hələ indi vətəndaş cəmiyyəti səviyyəsində gender problemlərilə məşğul olmağa başlamışıq. Amma normal ölkələrdə artıq “bu qadındır” anlayışı yoxdur. İstər vəzifə bölgüsündə, istərsə də başqa məqamlarda artıq insanları cinslərə ayırmırlar. Qadın fiziki cəhətdən kişidən zəif olsa da, kino, ədəbiyyat bu zəifliyi arxa plana ataraq, onun mənəvi, əqli, intellektual, estetik baxımdan önəmli xüsusiyyətlərini qabardır və qadını müasir kişi ilə eyni səviyyəyə qaldırır. Bugünkü gəncliyimizin insanlara məhz belə yanaşmamasına təəssüflənirəm. Məsələn, dünən qaynana məsələsini problem kimi Facebook-a atıb polemika istəyən gəncə mən deyirəm ki, dünya mədəniyyətində bu məsələ ən azı 50 il öncə çözülüb qurtarıb və mövzu, faktik olaraq, qadağan edilmiş mövzular sırasındadır. Başqa bir gənc etiraz edərək belə deyir: qaynana da anadır, ana mövzusu hamı üçün əzizdir. Bu nəyin göstəricisidir? Bu o deməkdir ki, gənc öz inkişafında xeyli geri qalıb. Bayaq mən rusdilli ədəbiyyata niyə etirazımı bildirdim? Ona görə ki ədəbiyyat bu gəncin mənəvi, mədəni zənginləşməsinə kömək etməlidir. Rusdilli ədəbiyyat bunu edə bilməz, çünki o gənc rus dilini bilmir və heç zaman da bilməyəcək. Məncə, qadın-kişi anlayışı ancaq nəsil artırma prosesində fərqlidir. Qalan bütün məqamlarda bu fərqi heçə endirmək gərəkdir.
O ki qaldı qadınlarımızın ədəbiyyatla məşğul olmasına, bizdə poetik ənənələr çox güclüdür. Qadınlarımız müəyyən məqamlar əldə ediblər. Nəsr, dramaturgiya sahəsində də bu uğurları əldə etsələr yaxşı olar. Hələ də Azərbaycan qadını yazı yazanda fikirləşir ki, qohumlarım bunu oxuyub nə deyər. Bir qrup da var ki deyir, mən bunu yazıram, qoy görsünlər, mən necə azad və seksualam. Bunun heç biri ciddi məqam deyil. Ciddi olan odur ki, cəmiyyət yavaş-yavaş çalışmalıdır ki, bu böyük fərq aradan götürülsün və müsəlman aləmi bir də heç zaman hicabsız gəzən qadının başına küçədə neft töküb yandırmasın. Bu məsələdə kinonun, ədəbiyyatın, ümumiyyətlə, sənətin rolu fövqəladə dərəcədə yüksəkdir.
- Siz gender məsələsindən danışdınız. Bu gün polis və ya hərbi məktəblərdə qız tələbələrə az rast gəlinir. Qonşu Gürcüstanda qadın nazir var, amma bizdə parlamentdə də kişilər çoxluq təşkil edir.
- Bütün bunlar “mentalitet” adlı eybəcər sözün guya kəsb elədiyi mənalardan gəlir. İnzibati iradə ilə qadınların gömrük və yaxud polis akademiyasına gətirilməsi hələ cəmiyyətin sivil hala gətirilməsi demək deyil. Cəmiyyət özü bunu yetişdirməlidir və qadının intellektual, mədəni, mənəvi səviyyəsi yüksəldikcə onun beynindəki bütün “mental tabular” dağıdılmalıdır. O halda polis akademiyası ilə tibb məktəbində oxumağın cinsəl fərqi qalmayacaq. İnsan sevdiyi və bacardığı işlə məşğul olmalıdır. Burada cinsdən asılı bir şey yoxdur, bu gün dünyanın bütün orduları, polis heyətləri, gömrük orqanları qadınlarla doludur. Qadınlar korrupsiyaya, haqsızlığa qarşı mübarizədə daha həssasdırlar. Qadınların bu sahələrə gəlişi bir sıra sivil ənənələrin başlanğıcı ola bilər. Ədəbiyyat bizim zehiyyətimizə bunları gətirməli, işıqlandırmlaı və həzm etdirməlidir. Çox təəssüf ki, bu gün ekransız ədəbiyyat bunu edə bilmir. Oxucu problemi mövcuddur.
Bu gün ədəbiyyatın ciddiliyi başa düşülmür. Əgər bu gün sənin ədəbiyyatın Novruzəlinin qalstuklu formasını yaratmaqla məşğuldursa, bu milli inkişafa maneə yaradır. Yazıçı həqiqi insan obrazı yaratmaq istəyirsə, onu bir balaca yerdən qaldırmalıdır. Zatən, yerdə zir-zibil çoxdur.
Qarabağ müharibəsi başladı, amma bizim hərbiçi obrazımız yox idi. Napoleonun bu gün dünyada mövcud olan “böyük sərkərdə” obrazının əlli faizini ədəbiyyat yaradıb. Rus reallığındakı dəyərli hərbi ənənələrin əlli faizi ədəbiyyatın xidmətləri nəticəsində formalaşıb. Ədəbiyyat insanı kəşf edir, milli obrazı yaradır verir xalqa, deyir al, yaşat, belə ol. Bunun öhdəsindən yalnız böyük yazıçı gələ bilər. Ona görə dövlət əsl istedadların qədrini bilməlidir. İstedad addımbaşı rast gəlinən şey deyil. Dövlətin düzgün ədəbi siyasəti olmalıdır.
- Niyə Azərbaycan ədəbiyyatı reallıqdakı Azərbaycan insanının obrazını yarada bilmədi?
- Bu çox ciddi məqamdır. Keçmişdə, məsələn, romantizmdən sonra naturalizm ədəbi cərəyanı var idi. Naturalizmin məğzi gördüklərinin şəklini çəkməkdən ibarət idi. Bu, mövcud quruluşların tənqidində müəyyən qədər iş görə bildi. Amma naturalizm çox tezliklə ədəbiyyatı darıxdırdı. Çünki həyata olanların şəklinə nə qədər baxmaq olar? Sonralar çox ədəbi cərəyanlar dəyişdi. Ancaq bizdə nəsr ənənələri zəif olduğu üçün əksər yazıçılarımızın yaradıcılığında naturalizm meylləri indi də hökm sürməkdədir. Bu gün ədəbiyyat “ölan”la bərabər “olmalını” da böyük ustalıqla, “olanın” səviyyəsinə enmədən yarada bilməlidir. Yalnız o halda oxucuya nəsə ciddi bir söz demək və onu həqiqətən irəli aparmaq mümkündür. Bu baxımdan, mənim oxucum o küçədən keçən deyil, tanıdığım məşhur və dərrakəli insanlardır: bu dünyada olanları da var, olmayanları da. Küçədəki, əsas etibarilə, kütlədir. Onun tamam başqa təyinatları və vəzifələri var. Amma onu yönəldən, onun tərbiyəsinə, əxlaqına, zövqünə, dünyagörüşünə təsir edən on minlər var ki, onlar gec-tez özlərinin yaxşı yazıçılarını axtarıb tapacaqlar.
- Oxuduqlarımın arasında daha çox Azərbaycan insanını yaradan bir müəllif var. Bu mərhum yazarımız Sabir Əhmədovdur. Məncə, o, yaradıcılığyla istər sovet dönəmində, istərsə də müstəqillik illərində ideologiyaya deyil, insana və ədəbiyyata xidmət etmişdi.
- Allah rəhmət eləsin Sabir müəllimə. O çox ciddi yazar idi. Onun 60-70-ci illərdə yazdığı əsərlərini oxumuşam. Amma sonrakı yaradıcılığyla, təəssüf ki, elə də yaxından tanış deyiləm. Bu gün yaşaya biləcək obrazlar sovet rejimini, sonra da müstəqillik dövrünü yaşayan insanlardır. O quruluşun transformasiyasını göstərmək gərəkdir. Sovet quruluşunun dağılması həm də böyük insan faciəsi idi. Bu quruluşun dağıdılması təkcə kimlərinsə vəzifədən getməsi və ya gəlməsi demək deyildi. Bunu yaza bilmədiyimə görə daim özümü qınayıram. İndiyə qədər Azərbaycanda bu talelər epopeyasını Şoloxov, Bulqakov səviyyəsində yazan yazıçımız yoxdur. Bu nəsillərin və insanın faciəsi idi. Bizdə sanki heç kimə gərək deyil. Amma bunu yazmaq mütləq lazımdır ki, sən müstəqil dövlətinin siyasətini daha mütəhərrik qurmaq üçün mühüm nəticələr çıxara biləsən. Bir dövlət başçısının fərmanı və sərəncamı ilə dövlət qurmaq mümkün deyil, dövlətin ən təhlükəli məqamlardan belə qorunmağa mənəvi zirehləri olmalıdır. Ədəbiyyat orada Qurani-Kərimdən sonra birincidir. Ədəbiyyat insanın yaşamasına, özünü dərk etməsinə kömək edə biləndə müəyyən dəyərə malik olur.
- Bu gün yaranan ədəbiyyatımızı bir cümlə ilə necə dəyərləndirə bilərsiz?
- Ədəbiyyat haqqında bu gün söz demək çətindir. Bu ədəbiyyatın nə olduğunu iyirmi il sonra biləcəyik. İndi çox qızdırbas mövzular götürürlər. ATƏT-in Minsk qrupunun üzvləri də bəzən bizim romanlara düşür. Romanı dartıb bu günə gətirmək ehtirası yazıçının təcrübəsizliyindən irəli gəlir. Bernard Fasye ədəbiyyatımız üçün birmənalı olaraq düşmən obrazının mücəssəməsidir, amma dost obrazında gəlir və gedir. Bunu da bizim ədəbiyyat “kopirovka” edir ki, gəlmişdi bizə sülh gətirməyə, nə bilim nə... Eləcə də erməni məsələsi. Bunlar çox gülüncdür.
- Biz də bu yaxınlarda bir “Aramızda qalsın” serialı çəkilib. Türkiyədə gedən “Çocuklar duymasın” serialının çox aşağı səviyyəli “kopyasıdır” əslində. Serialın qadın qəhrəmanı mətbəxdə dikdaban ayaqqabıda yemək bişirir, nənə-babasının sevə-sevə qonağının qabağına qoyduğu bozbaşın iyindən iyrəndiyi üçün ağzına qaz əleyhinə maska taxır və Bakının kanalizasiya suyu axan, tüpürcəklə dolu küçələrində gəzdiyi ayaqqabıda gəlib birbaşa mətbəxə girir, evə girəndə bütün günü işdə ayağında olan hündür dabanlı ayaqqabılarını soyunmur.
- Azərbaycanda kino, ekran sənəti yalnız dəyərli ədəbiyyata müraciət edəcəyi halda uğur qazana bilər. Yəni ciddi filmlər üçün ssenari ədəbiyyatdan götürülməlidir. Qalan bütün hallarda biabırçı məğlubiyyət qaçılmazdır. Uğursuzluğun ikinci səbəb: bütün operatorlar, aktyorlar iki filmin çəkilişində iştirak edəndən sonra dönüb olurlar quruluşçu rejissor və bununla kifayətlənməyib, ssenarini də özləri yazırlar ki, filmə ayrılmış puldan daha çox qapazlaya bilsinlər. Bu eybəcərliklər adətən filmlərin ilk kadrlarından görünür. Deyir, istedadlara kömək edin, istedadsızlar özləri yol tapıb qabağa çıxacaqlar. İndi film çəkmək üçün vəsait tapmaq lazımdır. İstedadsızlar bütün dövrlərdə həmişə qazanın böyründə olublar. Çünki istedadlılar həmişə təvazökar, aza qane olan olur.
Arzu ABDULLA

1366 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024