“Ayı” tamaşasının premyerası olacaq

“Ayı”  tamaşasının premyerası olacaq
26 fevral 2026
# 18:45

3 mart, saat 15:00-da Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavloviç Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsinin l kurs tələbəsi yazıçı-rejissor Samirə Əşrəf, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Səhnə əsərində İncəsənət Universitetinin tələbələri Qriqori Stepanoviç Smirnov (Hüseyn Quluzadə), Yelena İvanovna Popova (Türkel Ələsgər), Anfisa (Nərmin Ağayeva) iştirak edirlər.

Gənc yaşda dul qalan Popovanın yaslı, sakit həyatı qəfildən mərhum ərinin borclu qaldığı Smirnov tərəfindən pozulur. Borcu qaytarmaq üçün Popova və qulluqçu Anfisa çıxış yolu axtarmağa çalışarkən, hadisələrin gedişatı gözlənilməz məcraya yönəlir.

# 1143 dəfə oxunub

Oxşar xəbərlər

Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
“Ağıldan kəm Jurden”  tamaşasının premyerası baş tutdu

“Ağıldan kəm Jurden” tamaşasının premyerası baş tutdu

14:30 15 iyul 2026
"Ağıldan kəm Jurden"  tamaşasına daxili baxış keçirildi

"Ağıldan kəm Jurden" tamaşasına daxili baxış keçirildi

13:12 13 iyul 2026
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

11:40 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər