Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı

Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı
27 fevral 2026
# 17:40

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci və “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmova həsr olunan tədbir təşkil olunub.

Kulis.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu tədbir barədə məlumat verib. Qeyd edib ki, anım tədbirinin keçirilməsində əsas məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, tarixi həqiqətlərin təbliği və gələcək nəsillərə çatdırılmasıdır.

Milli Qəhrəmana həsr olunan “İgid ömrü” kitabının müəllifi Nəzirməmməd Zöhrablı söyləyib ki, nəşrin qələmə alındığı dövr 44 günlük Vətən müharibəsi illərinə təsadüf etdiyindən, həmin dövrün ab-havası və qəhrəmanın xatirələri də əsərdə geniş şəkildə əksini tapıb. “Qəhrəman Xocalı şəhərində Zamin adı ilə tanınıb. Kitab vasitəsilə qəhrəmanlıq ruhunu, vətənpərvərlik ideyalarını və yaşanan tarixi hadisələrin yaddaşlarda qorunmasının vacibliyini oxucuya çatdırırıq”,- deyə N.Zöhrablı əlavə edib.

Professor Mübariz Allahverdiyev, Əməkdar artist Ağalar Bayramov və digər çıxışçılar Xocalı soyqırımının Azərbaycan tarixində ən ağır və faciəli səhifələrdən biri olduğunu vurğulayıb, bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıblar. Onlar diqqətə çatdırıb ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixi həqiqətlərin unudulmaması hər birimizin mənəvi borcudur.

Tədbir çərçivəsində Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri mövzuya həsr olunan ədəbi-bədii kompozisiya təqdim edib, Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub.

# 979 dəfə oxunub

Oxşar xəbərlər

"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

10:15 26 avqust 2026
Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər