Sevgi vardır ki... - Mikayıl Müşfiq

Sevgi vardır ki... - Mikayıl Müşfiq
26 fevral 2026
# 14:27

Kulis.az Mikayıl Müşfiqin "Sevgilər" şeirini təqdim edir.

Sevgi vardır ki, dodaqda açar güllərini
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır ki, oxudur qəlbində bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir!

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür.
Ona yaqlaşmayalım, çünki o zülmətlə dolu
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar!
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar
Sevgi vardır bizə çox dadlı əməllər gətirir.

Fəqət! Həpsində qaranlıq gecələr kölgəsi var!
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var!

# 508 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş Fatma Qədri kimdir?

Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş Fatma Qədri kimdir?

11:54 14 aprel 2026
Nikolay Qoqolun mistik ölümü… - Vüsal Bağırlı

Nikolay Qoqolun mistik ölümü… - Vüsal Bağırlı

11:30 14 aprel 2026
Azərbaycan Kaskadyorlar Gildiyası  rəsmi saytını ictimaiyyətə təqdim etdi

Azərbaycan Kaskadyorlar Gildiyası rəsmi saytını ictimaiyyətə təqdim etdi

11:15 14 aprel 2026
Bakını erməniləşməkdən xilas edən Nəriman Nərimanov - Onu necə aldatdılar?

Bakını erməniləşməkdən xilas edən Nəriman Nərimanov - Onu necə aldatdılar?

10:48 14 aprel 2026
Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq

10:09 14 aprel 2026
"Xəstələrin yorğanı başına tam çəkməsinə ona görə icazə vermirdik ki..." - Psixiatriya Xəstəxanasında keçən illərim

"Xəstələrin yorğanı başına tam çəkməsinə ona görə icazə vermirdik ki..." - Psixiatriya Xəstəxanasında keçən illərim

10:00 14 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər