Ölən nömrələr
27 sentyabr 2012
09:38
Kənan Hacı
Daha tabım qalmayıb...
Daha dost itkisini söz də ovuda bilmir...
O payız da belə gəldi... Qəfil və amansız itkilərlə... Budaqlarımız bir az da
çılpaqlaşdı, budaqlarımızdan qopan yarpaqlarla bu dünyanı saatbasaat, anbaan itirməkdəyik.
Dünyanın duaları tükənir, “yolda vurulan dualar” yerə düşüb çabalayırdı.
O, özü öz ayağıyla öz qəbrinə doğru gedirdi. Ürəyilə sözün arasına girənlər onu yaşamağa qoymadılar... Nəhayətsiz yuxu onu ağuşuna çəkdi. O dünyaya özü boyda bir işıq apardı.
Əvvəlcə telefonumun yaddaşında Şahin Ağabəylinin nömrəsi “dondu”.
Bu gün isə qarabəxt telefonda daha bir nömrə də “öldü.” A düyməsini basanda monitorda birinci onun adı görünürdü-Alimin...
Elçin Səlcuqun nömrəsi hələ də telefonumda qalır, silməyə əlim gəlmir. Elə bilirəm ki, nömrəsini silsəm, Elçinin ölümüylə barışmış olacağam...
Sonuncu dəfə nəşriyyatın birinci mərtəbəsində rastlaşdıq.
-Voznesenskini oxudum, əla tərcümədir!
“Ədəbiyyat naminə” qəzetində onun tərcüməsində Anna Varenberqin Andrey Voznesenskinin həyatıyla bağlı son dərəcə maraqlı yazısı dərc olunmuşdu. Alimin bu səpgili tərcümələrini acgözlüklə oxuyurdum.
-Harda oxudun o yazını?-deyə soruşdu.
-Kəramətin qəzetində gedib. Bəs özün baxmamısan?
-Yox, xəbərim yoxdu. O qəzeti hardan tapa bilərəm?
-Mən dünən metrodan aldım.
-Görürsən, Voznesenski necə əjdaha olub?!
Öz içindəki əjdahadan xəbəri vardımı görən?
Səhər çay içmək məqsədilə nəşriyyatın yeməkxanasına üz tutdum. Ondan savayı bir kimsə gözə dəymirdi. Ayağını ayağının üstünə aşırıb oturmuşdu. Masanın üzərində bir parç dolu pivə, yüz qram araq, bir də balaca nəlbəkidə iki dilim limon vardı. Hə, bir də boş “Camel” qutusu. Barmaqları arasında siqaret acı-acı tüstüləyirdi.
-Çox içirsən, Alim... Özünü qoru.
Əlini yelləyib dərhal başqa mövzuya keçdi.
-Bir qutu bundan al də mənə,-boş siqaret qutusuna işarə edir. Xahişini yerinə yetirirəm.
Altı-yeddi il bundan əvvəl əlacsızlıqdan mən də bu vəziyyətə düşmüşdüm. Taleyin amansız zərbələri göz açmağa aman vermirdi. “Ədalət” qəzetində köşə yazmışdım: “Bu şəhərin Allahı yoxdu!..”
Aqil Abbas bir gün qayıtdı ki, lap istəyirsən, küpünə gir, səndən Səməd Vurğun olmayacaq! Uzaqbaşı İlyas Ərnəfəs olacaqsan.
İlyasın canı möhkəmdir, hamımızdan dözümlü çıxdı.
Alimin ümidləri qəriblikdə yaşadı, özü də doğma vətəndə qərib ömrün yiyəsi oldu.
Görək neçə payız, neçə yaz qalır,
Dünyayla aramda vaxt lap az qalır.
Hələ də dilimdə bir avaz qalır,
“Gəl bizə”-deyirəm, bu yır-yığışda.
O müdhiş sonluq mənə əyan olmuşdu. Görünür, özünə də agah imiş. Dünyayla öz arasındakı bağları belə tələm-tələsik qırmaqda qəsdi nəydi axı?.. Can qəfəsində qıfıl gəmirən üsyankar ruhu dinclik tapdımı barı?!.
Vüsal qəzetin dizaynıyla məşğul idi. Dəhlizdə vurnuxurdum. Başımı qaldıranda qarşımda onu gördüm.
-Qəzetiniz nə vaxt çıxır?
-Bu gün səhifələnir, sabah satışda olacaq.
-Yeriniz qalıbsa, bir yazı verim...
-Yer problem deyil, təki sən yazı ver.
Fləşdən yazısını götürürəm. Uzun sürən sükutdan sonra deyir:
-Sən onunla necə işləyirsən? Çox dözülməz adamdır.
-Neyləyim, birtəhər yola veririk də...
Gülümsünür.
-Yox e, sən söz adamısan, o sənə uyğun adam deyil.
Bütün bunlar vaxtaşırı görüşlərimizdən fraqmentlərdir.
Son ümidi siqaret kimi barmaqları arasında qaralır...
Haqqında “zamanənin nəbzini tuta bilmir” deyənlər vardı. O, sözün nəbzini tuta bilmişdi və bundan artığını da istəmirdi.
Bir də bircə arzusu vardı:
Bu dünyaya qoyan olmaz,
bir dəfə də gəlim... gedim.
Bir dəfə gəldin, bu dünya səni yaşada bilmədi. Daha bu tərəflərə gəlmə... Onsuz da hamımız sənin yanına gələcəyik. ..

1181 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024