Vidadi Babanlı: “Vicdan susanda” AJİOTAJ LAYİHƏSİ
18 sentyabr 2012
10:51
Kulis.az saytı “Ajiotaj” adlı yeni layihəyə start verir. Müəlliflər, onların yaxınları, ədəbiyyat adamları çap olunandan sonra böyük ajiotaj yaratmış, geniş oxucu kütləsi tərəfindən sevilmiş, müəllifinə böyük şöhrət qazandırmış əsərlər haqqında danışacaqlar. Uğur qazanmış əsərləri yenidən xatırlayacağıq.
Layihəyə Vidadi Babanlının “Vicdan susanda” əsəri ilə başlayırıq.
Roman klassik romanlara məxsus ikililər, dilemmalar üzərində qurulub. Annotasiyanın sözləri ilə danışsaq “yüksək vətəndaşlıq, nəciblik, xeyirxahlıq hissləri ilə cılızlıq, paxıllıq, sırf şəxsi mənafe güdən bədxahlıq kimi çirkin əməllər qarşı-qarşıya durur”.
Əsərin adıı “Vicdan susanda” adlansa da əsərin baş qəhrəmanları professor Söhrab Günəşli və onun istedadlı aspirantı Vüqar Şəmsizadə vicdanı susmayanlardır. Vicdanı susanlar isə Bəşir Bədirbəyli, Ziya Lələyev, aspirant İsmətdir.
Professor Günəşli və aspirantı Vüqar böyük elmi kəşfin-ekolojik cəhətdən təmiz yanacağın bir addımlığındadır. Lakin əks cəbhə bu kəşfə mane olur. Roman da bu konfliktin üstündə qurulub. Hadisələr də Kimya İnstitutunda baş verir.
“Vicdan susanda” romanında sevgi-məhəbbət, məişət məsələlərinə də geniş yer ayrılıb.
Professor Qəzənfər Kazımov “Vicdan susanda” romanını belə şərh edir:
“Viktor Hüqo kimi nəhəng sənətkar hələ 150 il əvvəl yaxşı başa düşmüşdü ki, heç bir dövlət quruluşu, heç bir ədalətli hakim, heç bir inzibati cəza insanı ağıllandıra bilməz. İnsanı yalnız onun öz qəlbi, vicdanı, daxili duyğu və düşüncələri xilas edə bilər. Buna görə də onun yaradıcılığından vicdan məsələsi, insana humanist münasibət ən parlaq bir xətt kimi keçir.
Vidadi Babanlı da ilk şöhrət kitabını bu cür yüksək bəşəri ideya üzərində kökləyib: ”Vicdan susanda”. Bütün bəlalar vicdan susanda ayaq alır. İnsan faciələri vicdan susanda daha dərinlərə kök atır. Vicdan susanda bir millət deyil, bəşəriyyət ağlını itirir. Vicdan susanda bütün Yer kürəsi təhlükə qarşısında qalır. Millət sükansız gəmi kimi aralıqda qalır, gələcəyin yolunu itirir, bataqlığa sürüklənir. Fəlakət günü-gündən güclənir. Məhşər yaxınlaşır“.
Vidadi Babanlı Kulis.az saytına verdiyi açıqlamada “Vicdan susanda”nı şah əsəri saydığını söyləyib.
Əsərin yazılma prosesi haqqında danışan müəllif deyir ki, romanın ərsəyə gəlməsi üçün 8 ay kitabxanaçı işləmək məcburiyyətində qalıb: “60-cı illərdən başlayaraq ekologiyanın, ətraf mühitin qorunması məsələsinə xüsusi diqqət yetirilməyə başlandı. Bütün dünya bu barədə danışırdı. Mən də bu barədə yazmaq istədim. Birdən-birə beynimə həkk olundu ki, bu barədə yazmaq lazımdır. Bu barədə ciddi düşünməyə başladım, əsər beynimdə formalaşdırdım. Ancaq bir problem vardı, əsərin qəhrəmanı kimyaçı olmalı idi, ancaq mənim kimyadan xəbərim yoxdur. Özümə-özümə deyirdim ki, necə edim? Birdən ağlıma gəldi ki, Elmlər Akademiyasının prezidentinin müavini tənqidçi, ədəbiyyatşünas Məmməd Arif Dadaşzadədən kömək istəyim. O, məni hörmətlə qəbul elədi, tanıyırdı, məni haqqımda da yazmışdı.
Dedim ki, ekologiya mövzusunda roman yazmaq istəyirəm, baş qəhrəman kimyaçıdır, ancaq müəyyən çətinliklərim var. Dedi, nədir çətinliyin? Dedim ki, kimyaçılarla bir yerdə işləmək, onlarla tanış olmaq istəyirəm. Cavab verdi ki, sən axı filoloqsan, kimyaçı deyilsən. Bildirdim ki, axı kimyaçıların da kitabxanası var. Bu, Dadaşzadənin ağlına batdı. O, akademiyanın prezidenti Zahid Xəlilovla danışdı. Zahid müəllim razılıq verdi. Bu məsələ bir həftədən sonra akademiyanın iclasında müzakirə olundu və Məni Neft Kimya Prosesləri İnstitutuna kitabxanaçı təyin elədilər. Bundan sonra Arif müəllimə yaxınlaşıb dedim ki, bir xahişim də var. Qəribə şəkildə üzümə baxdı və bildirdi ki, de görək bu nə xahişdir? Dedim, xahiş edirəm, elə olsun ki, məni orada tanıyan olmasın. Məni yazıçı kimi yox, adi işçi kimi tanısınlar. Tanısalar çox şeyləri məndən gizlədərlər. Arif müəllim bildirdi ki, çox yaxşı düşünmüsən. Direktoru çağırdı, onu da bu barədə təlimatlandırdı.
Kitabxanaçı kimi işləməyə başladım, ancaq kitabxanada çox olmurdum, çalışırdım ki, daha çox alimlərin arasında, laboratoriyalarda olum. Prosesi öyrənmək istəyirdim də. 8 ay sonra direktor Vahab Əliyev məni çağırdı. Dedi ki, sənin barədə Mərkəzi Komitəyə də, Akademiyaya da şikayət ediblər. Yazıblar ki, səni qohumum kimi işə götürmüşəm, müftə maaş alırsan, işləmirsən, avaraçılıq edirsən. Dedi, nə edək indi? Cavab verdim ki, müəllim, mən artıq hazıram, istədiklərimi öyrənmişəm, məsələni aça bilərsiniz. Laboratoriya müdirlərini, alimləri yığdı, məsələnin üstünü açdı. Bundan sonra iki nəfərin qızardığını gördüm və güman etdim ki, şikayəti edən onlar imiş. Çölə çıxandan sonra kimyaçılar mənə yaxınlaşırdı ki, Vidadi müəllim, aramızda söhbətlər, zarafatlar olub, xahiş edirik, onları, adımızı yazmayın. Mən də cavab verirdim ki, narahat olmayın, bu, sənədli yox, bədii əsərdir”.
Vidadi Babanlı bildirir ki, əsəri tamamlayandan sonra “Azərbaycan” jurnalına təqdim edib, ancaq çap etmək istəməyiblər: “Baş redaktor Cəlal Məmmədov idi, təsadüfü adamdı, baxın bu gün heç bir yerdə iz-tozu yoxdur. O, aramızda olan soyuq münasibətə görə əsəri çap etmək istəmirdi. Biz əvvəl bir yerdə işləyirdik. Mən “Azərbaycan” jurnalında nəsr şöbəsinin müdiri idim. Əsərlər barədə müxtəlif mübahisələrimiz olurdu. Əsərləri oxuyurdum, bəyənirdim, çap olunmaq üçün təqdim edirdim, amma Cəlal Məmmədov çapa icazə vermirdi. Bunun üstündə də mübahisəmiz düşürdü. Amma əsas mübahisə Əkrəm Əylislinin üstündə olub. Əkrəm tələbə idi, Moskvada oxuyurdu, ilk povestini - “Mənim nəğməkar bibim”i yazıb bizim jurnala göndərmişdi. Əsəri oxuyub bəyənmişdim, çap üçün təqdim etmişdim, ancaq Cəlal Məmmədov çapı ləngidirdi. Axırda ciddi mübahisəmiz düşdü. Yığıncaqlardan birində dedim ki, Cəlal müəllim, bu əsər 6 aydır burda qalıb, gəlin bu əsəri çap edək. Tələbədir, neçə aydır, bu əsərin çap olunmasını gözləyir, ehtiyacı var, bu əsəri çap eləmək lazımdır.
Cəlal başladı ki, sənin nə marağın var ki, hər dəfə bu əsər barəsində danışırsan. Əlavə etdi ki, Mirzə İbrahimov-o vaxt Yazıçılar İttifaqının sədri idi – Yaltadan məktub göndərib. Xahiş edib ki, onun əsərini onuncu nömrəsində çap edək. Mən də dedim ki, hələ bilmirik, Mirzə müəllim əsəri nə vaxt gətirəcək. O vaxta kimi bu cavan oğlanı çap edək. Cəlal qayıtdı ki, sən Mirzə müəllimi bəyənmirsən? Sən Mirzə müəllimə dərs deyəcəksən? Əsərini oxuyub nöqsan deyəcəksən? Qəsdlə intriqa saldı, aramıza möhkəm müsahibə düşdü. Aradan bir müddət keçmiş Mirzə müəllim məzuniyyətdən qayıtdı. Cəlal olanları Mirzə müəllimə çatdırıb. Bir gün Mirzə İbrahimov məni çağırdı. Otağına girdim, salam verdim, qəzet oxuyurdu, qəzeti kənara tullayıb salamımı da almadan dedi: “Bu nə yekəxanalıqdır edirsən?” Dedim, Mirzə müəllim mən nə etmişəm ki? Cavab verdi ki, sən mənim kimi yazıçını bəyənmirsən? Mənə dərs deyəcəksən? Vəziyyəti izah etməyə çalışdım, dedi, yox, sən özündən çıxmısan, məni bəyənmirsən, özünü yekəxana aparırsan, baş redaktorla yola getmirsən.
Mən də özümü saxlaya bilmədim, qapını çırpıb getdim. Ertəsi gün işə gələndə mənə dedilər ki, burada işdən azad olunub, başqa yerə təyin edilmisən. Məni “Azərbaycan” jurnalında şöbə müdirliyindən çıxarıb “Ədəbiyyat” qəzetinə adi işçi-ədəbi işçi təyin etdilər. Mən də getmədim bu işə. Məhz bu intriqaya görə Cəlal Məmmədov əsərimi çap etmirdi. Mən də məcburiyyət qarşısında qalıb İmran Qasımova müraciət etdim. İmran Qasımov Cəlal Məmmədova dedi ki, bu əsər mütləq çap olunmalıdır. Cəlal atılıb-düşdü, ancaq İmran Qasımov israr etdi. Beləliklə əsər çap olundu, ancaq bir nömrə sonra Asif Əfəndiyev roman haqqında kəskin, sarsıdıcı bir məqalə yazdı, tənqid etdi. Belə şey görünməmişdi, jurnal əsəri çap etsin, sonra da mənfi rəy versin. Düşünürəm ki, bu yazı sifarişlə yazılmışdı, sifarişi də verən Cəlal Məmmədov idi. Məsələ bir az da böyüdü, mənim məsələmi partiya iclasında qoydular”.
Yazıçı deyir ki, həmin iclasda Mirzə İbrahimovla dalaşıb: “Partiya iclasında dedilər ki, bu əsər sovet cəmiyyətinə, sovet ziyalılarına böhtandır. Sovet adamının vicdanı heç vaxt susmur, əsər quruluşa qarşıdır. Mirzə İbrahimov dedi ki, yaxşı, nə cəza verək? Nəriman Həsənzadə partiya təşkilatı katibi idi. O da deyəsən əvvəlcədən Mirzə ilə danışıb-razılaşmışdı, təklif etdi ki, partiyadan çıxarılsın. Əli Vəliyev tez yerindən dedi ki, yox, bu, ağır cəzadır, partiyadan çıxarmaq olmaz. Süleyman Rüstəm, Osman Sarıvəlli, Rəsul Rza da partiyadan çıxarılmağıma etiraz etdilər. Nəsə, mənə şifahi töhmət verdilər. Mən də əsəbi şəkildə partbileti Mirzə İbrahimovun stolunun üstünə atdım. Dedim ki, partiya məni qorumursa, mən belə partiyada olmaq istəmirəm. Bu, o dövr üçün çox böyük etiraz idi. Adamlar quruyub qalmışdırlar, mən də hirslə qapını çırpıb getdim. Gecəynən Brejnevə məktub yazdım ki, bu respublikada mənə imkan vermirlər, işsiz qalmışam, mənə icazə verin Özbəkistana, yaxud Türkmənistana köçüm. Məsələ böyüdü.
Aradan bir müddət keçdi, məni çağırdılar, dil-ağız etdilər, partiya biletini qaytardılar. Az sonra isə məni Cəfər Cabbarlı adına Kinostudiyanın dublyaj şöbəsinə baş redaktor təyin etdilər. Bu intriqaya görə əsərin ikinci hissəsi 6 il sonra çap olundu. 1978-ci ildə hər iki hissə bir kitabda çıxdı, məhz bundan sonra kütləvi yayıldı. 5 dəfə nəşr olundu. 3 dəfə 100 min tirajla Moskvada çap edildi”.
Müəllif deyir ki, əsər rus dilinə tənqidçi Məmməd Cəfərin təşəbbüsü ilə tərcümə olunub: “Bir dəfə rastlaşdıq, dedi ki, sənin əsərini yuxarıdan mənim rəy verməyim üçün göndərmişdilər. Xırda-para qüsurlar istisna olmaqla bəyəndim, müsbət rəy yazdım. Sən gəl bu əsəri tərcümə elətdir, rus dilində çıxsın. Rus ziyalıları bu əsəri çox bəyənəcəklər. Mən də dedim ki, Yazıçılar İttifaqının mənə münasibəti bəllidir, bu əsəri tərcüməyə verməyəcəklər. Cavab verdi ki, bir şey fikirləşərik. Bir müddət sonra “Litfond” məndən əsəri istədi. Əsər əvvəlcə sətri tərcümə edildi və Moskvaya göndərildi.
Sonra isə əsəri “Sovetskıy pisatel” nəşriyyatına göndərdim. Beş-altı ay sonra məktub aldım ki, əsəri bəyənmişik. Amma sizin tərcüməçiniz varmı? Cavab yazdım ki, mənim tərcüməçim yoxdur, siz tərcüməçi tapsanız daha məqsədəuyğun olar. Tərcüməni etdilər və iki il sonra əsər orada çap edildi. Bundan sonra “Literaturnaya qazeta”da, “Komsomolskaya pravda”da əsər haqqında müsbət rəylər yazıldı. Məhz bundan sonra Azərbaycanda bu romana münasibət dəyişdi, müsbət rəylər qələmə alındı”.
Vidadi Babanlı deyir ki, Rusiyanın, Azərbaycanın müxtəlif kənd və qəsəbələrindən ona çoxsaylı oxucu məktubları gəlib: “O vaxt oxucular çox aktiv idi, rəylərini yazırdılar. Məktublar qovluqlarımda indi də qalır. “Vicdan susanda” 2011-ci ildə türk dilində çap olunub. Hətta mənə Amerikadan, Kaliforniya Universitetindən məktub gəlmişdi, əsərin orjinalını istəyirdilər, mən də göndərdim, ancaq bilmədim çap etdilər, ya yox. Ümumiyyətlə “Vicdan susanda” bir neçə dilə tərcümə olunub”.
Yazıçı deyir ki, “Vicdan susanda” bu gün də aktualdır: “Əsərə bu gün də maraq var. O günü ziyalılardan bir neçəsi mənə zəng eləmişdi ki, yayda bu əsəri yenidən oxuyublar. Dedilər ki, əsər elə bil bu gün üçün yazılıb. 40-50 il sonra da bu əsər öz təbiiliyini, müasirliyini qoruyacaq, təravətini qoruyacaq. Həmişə yaşar əsərdir. Bu yaxınlarda təkrar çap etmişdilər, tezcə yayıldı və satıldı. Əsər yazılanda gərək müəyyən müddət üçün olmasın, həmişə yaşasın. Elə mövzulara, mətləblərə toxunulsun ki, təkcə bir dövr üçün yox, bütün dövrlər üçün müasir, aktual olsun, adamları maraqlandırsın. Belə əsərlər yaşayır, insanlara örnək olsun”.
Vidadi Babanlı hesab edir ki, o, “Vicdan susanda” əsəri ilə ədəbiyyat tarixində qala biləcək: “Mənə ən böyük hörmət gətirən bu əsərdir. “Vicdan susanda” tək mənim yox, Azərbaycan ədəbiyyatının ən yaxşı əsərlərindən biridir. Bunu mən yox, tənqidçilər deyir. İki əsərimi-“Vicdan susanda” və “Bulanıq dünya”nı daha çox bəyənirəm. Bu iki əsər yaşayacaq və məni yaşadacaq. Mən bu inamdayam”.
Qan Turalı “Vicdan susanda” romanını belə şərh edir:
Yazıçının 1962-ci ildə yazılıb 1970-lərdə çap etdirə bildiyi bu əsər tezliklə kütlənin sevimli əsərinə çevrildi. Əlbəttə ki, burda Vidadi Babanlının istedadı ilə yanaşı mühiti gözəl duyması da rol oynamışdı. Zaman o zaman idi ki, köhnə ədəbi qvardiyanın-Mirzə İbrahimov, Süleyman Rəhimov, Mehdi Hüseyn, Əli Vəliyevin yazdığı inqilabi məzmunlu, kommunist romantikalı əsərlər insanları doyurmuşdu. İnsanlar daha çox insani şeylər oxumaq istəyirdi, sevgiyə aid bir şeylər oxumağı arzulayırdı, bol intriqalı romanlar sevdasında idilər. Bu gün teleserialların heyrətamiz populyarlığı da əslində eyni şeylə izah edilə bilər. İnsanlara hər dövrdə sevgi, intriqa, məişət məzmunlu incəsənət məzmunları lazımdır. Vidadi Babanlının “Vicdan susanda“ romanı bu mənada tələblərə tam cavab verirdi, buna görə də sovet ideologiyının təbliğ etdiyi romanlardan çox yaşadı, sovet dövrünün sonuna qədər populyarlığını qoruyub saxlaya bildi.
Ağa Cəfərli
P.S. Növbəti yazı İsmayıl Şıxlının “Dəli Kür” əsəri barədə olacaq.

10685 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024