Nurəddin Mehdixanlının 70 illik yubileyinə benefis tamaşa hazırlanacaq

Nurəddin Mehdixanlının 70 illik yubileyinə benefis tamaşa hazırlanacaq
5 yanvar 2026
# 10:27

Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli sənətkar Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunan Vilyam Şekspirin "Kral Lir" əsəri əsasında eyniadlı benefis tamaşa hazırlanacaq.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və bəstəkarı Şota Rustavelli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidzedir.

2025-ci ilin fevralında Akademik Milli Dram Teatrı ilə Şota Rustavelli adına Gürcüstan Milli Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb. "Kral Lir" Memorandumun üçüncü mərhələsinin icrasıdır.

Əsərin tərcümə və səhnə variantının müəllifi Kamran Nəzirli, quruluşçu və geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur.

Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Sabir Məmmədov, Əməkdar artistlər Münəvvər Əliyeva, Elnar Qarayev, Anar Heybətov, Elşən Rüstəmov, aktyorlar İlahə Həsənova, Rəbbilə Ələkbərzadə, Tural İbrahimov, Elsevər Rəhimov, Elçin Nurəliyev və başqaları iştirak edirlər.

"Kral Lir"in əsas ideyası iyerarxik sistemin süqutu, yalan və yaltaqlıqdan kənarda həqiqi dəyərlərin axtarışı, nizamla xaosun toqquşması, eləcə də mənəvi qanunlar və cəzanın labüdlüyü ilə bağlıdır.

Qeyd edək ki, tamaşanın premyerası aprel ayında olacaq.

# 1287 dəfə oxunub

Oxşar xəbərlər

“7 Ruh: Cənnətə”  adlı tamaşa nümayiş olundu

“7 Ruh: Cənnətə” adlı tamaşa nümayiş olundu

12:52 27 may 2026
“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

13:46 26 may 2026
Uşaqların Müdafiəsi Günü yeni tamaşa: “Sehrli yaylıq”

Uşaqların Müdafiəsi Günü yeni tamaşa: “Sehrli yaylıq”

15:03 25 may 2026
Qılınc əvəzinə yaba sapı, qraf əvəzinə Kəbirlinski – Səs-küylü premyeranın pərdəarxası

Qılınc əvəzinə yaba sapı, qraf əvəzinə Kəbirlinski – Səs-küylü premyeranın pərdəarxası

12:00 25 may 2026
Milli Teatrda "Payız sonatası"  hazırlanır

Milli Teatrda "Payız sonatası" hazırlanır

16:01 23 may 2026
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək

16:01 21 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər