Kenan Doğuludan "Avroviziya" etirafı: "Səhərə qədər ağladım"

Kenan Doğuludan "Avroviziya" etirafı: "Səhərə qədər ağladım"
5 yanvar 2026
# 14:36

Türk pop musiqisinin sevilən simalarından olan Kenan Doğulu musiqiçilər Arem Özgüç və Arman Aydının yeni il proqramında iştirak edib.

Kulis.az xəbər verir ki, karyerası ilə bağlı səmimi açıqlamalar verən sənətçi “Heç uğursuzluq hissini yaşamısanmı?” sualına verdiyi cavabla diqqət çəkib.

2007-ci ildə Shake It Up Şekerim mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edən və dördüncü yeri tutan Kenan Doğulu illər sonra bu nəticənin onda ciddi psixoloji sarsıntı yaratdığını etiraf edib:

“Avrovizyada dördüncü olmaq mənim üçün travma oldu. Bütün gecəni səhərə qədər ağladım. Bunu heç kim bilmirdi. Səsvermə vaxtı operatorlar kulisə gələndə mən yox idim. Daim ağlayırdım".

Həmin il müsabiqədə 68 ölkənin iştirak etdiyini xatırladan Doğulu bildirib ki, kənardan dördüncü yer uğur kimi görünsə də, özü bunu uğursuzluq kimi qəbul edib:

Kenan Doğulu'dan yıllar sonra Eurovision itirafı. "Birinci olamadığım için kendime kızdım" 1

“Bu, bir yarışdır. Birinci olmamısansa, deməli, uduzmusan.”

Sənətçi vurğulayıb ki, incəsənətin yarışa çevrilməsinə prinsipial olaraq qarşı olduğu halda bu müsabiqəyə qatılması onun üçün daha ağır olub:

“Başdan bəri sənətin yarışdırıla bilməyəcəyini düşünərək ora getmişdim. Bu, mənim fəlsəfəmə zidd idi. Amma Selin Dionun, Sertab Erenerin uğuru və karyeralarındakı yüksəlişi məni təsirləndirmişdi. Ona görə də təklifi qəbul etdim.”

"SABAHA KADAR AĞLADIM" 2

Atası Yurdaer Doğulunun Balkan yarışmalarında birincilik qazandığını və milli gitaraçı kimi tanındığını xatırladan Kenan Doğulu milli sənətçi olmağın onun üçün çox əhəmiyyətli olduğunu deyib:

“Bütün türklərin bir ürək olması çox vacib idi, amma alınmadı. Mahnı daha yaxşı olsaydı, bəlkə də birinci ola bilərdik. Amma təqdim olunan mahnılar arasından o seçildi.”

"ŞARKI DAHA İYİ OLSA BİRİNCİ OLABİLİRDİK" 5

Kenan Doğulu fikirlərini belə tamamlayıb:

“Bəlkə, kənardan gözəl xatirə kimi görünür, amma mənim özümə gəlməyim çox çətin oldu. Çünki o günə qədər çox uğurlu idim. Orada birinci ola bilmədiyim üçün özümə çox əsəbləşdim.”

"TOPARLAMAM ZOR OLDU" 6

# 1129 dəfə oxunub

Oxşar xəbərlər

"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

10:15 26 avqust 2026
Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər