Fərqli görünmək üçün sırğa taxmalıyam!!!

Fərqli görünmək üçün sırğa taxmalıyam!!!
23 sentyabr 2011
# 16:43
1848-ci ilin yayında Londonda “Kristi və Manson” firması qeyri-adi bir hərrac keçirtdi.

İngiltərənin tanınmış əsilzadələrindən birinin mülklərinin əşyaları satışa çıxarıldı.

Evlər II Bukinqham və Çandos hersoq aid idi. Hersoq qəribə adamıydı. Bütün pullarını və var-dövlətini yeyib bitirdikdən sonra Fransaya qaçmış və əşyaları satışa çıxarılmışdı.

O qədər çox əşya var idi ki, auksion 40 gün çəkdi.

Satılan mallardan biri sonrakı illərdə daha çox müzakirəyə səbəb olacaqdı. Bu 40 yaşında, başı açıq, yaraşıqlı sayıla biləcək bir kişiyə aid ovalşəkilli portret idi.

Kişi saqqallı idi, sol qulağına qızıl sırğa tapmışdı.

Bir iddiaya görə bu qaranlıq portret, Qərb ədəbiyyatının ən böyük ədəbiyyatçısı Şekspirə aid idi.

Əgər iddia doğrudursa, yaşadığı dövrdə çəkilmiş tək portretiydi.

Tablonu alan Lord Ellesmer, ölümündən bir müddət öncə, 1952-ci idə, onu İngiltərənin Millir Portretlər Qalareyasına hədiyyə edəcəkdi.

Portretdəki kişinin Şekspir olub olmadığı illər boyu müzakirə olunacaqdı. 16-cı əsr portretləri barədə mütəxəsis Tarnya Kuper isə portretin Şekspirə aid olduğuna əmindir: “Sırğa bu gün hansı mənanı verirsə, o vaxt da eləydi. Sırğa onun sıradan bir insan yox, daha çox dəbə uyan, bogema və macəraya hazır bir insan olduğunu göstərir”

Tabloda diqqət çəkən başqa bir nüans da geyimlərdir. Doktor Kuperdən öyrəndiyimə görə, o vaxt qara qəng parçanın hazırlanması çətin idi və baha çıxırdı.


Ucuz paltarlar daha çox boz rənglərdən tikilirmiş. Bütün bunları nəzərə alanda, portretdəki adamın Şekspir olduğuna əmin olmaq olarmış.

Tablodan başqa bir qəribə detal var. Dante kimi Şekspirin də bir gözü o birindən böyükmüş. Bunun mənası nədir? Heç nə bilmirəm. Bir Dante, o biri Şekspir.

Bill Braysonun “Şekspir” adlı kitabında bu bilgiləri oxuyarkən, gerilərə, çox gerilərə getdim.

1974 ya da 1975-ci il…

Parisdə tələbəyəm.

Bir tələbə restoranında, yeməyimi götürüb stollardan birinə otururam.

Stolda başqa bir oğlan tələbə də var.

Qulağındakı sırğanı görürəm.

Kişidə sırğa ilk dəfə bu qədər diqqətimi cəlb edir.

O vaxtdan bu beynimə girir ki, bir gün mütləq sırğa taxacam.

Aradan 33 il keçib. Heç vaxt sırğa taxmamışam. Bundan sonra taxma ehtimalım var ya yox bilmirəm.

Sırğa taxmaq fikrim hələ də xoşuma gəlir.

Niyə bu qədər çox istəyirəm sırğa taxmağı?

Estetikasına görə, yoxsa kitabda oxuduğum səbəbə görə?

Çevrəmə “baxın mən fərqli adamam”, - demək üçünmü?

Həyatım boyunca fərqli olduğumu göstərmək üçün bilərəkdən ya bilməyərəkdən çox cəhdlər göstərmişəm.

Niyə görəsə sırğaya cəsarətim çatmadı.

“Hürriyət”in Ankara nümayəndəsi olanda sırğa taxan bir əməkdaşımızı görəndə çox sevinmişdim.

O muxbiri həmişə qorumağa, ona yaxşılıq etməyə çalışmışdım.

İndi düşünürəm.

Əgər o portret doğurdan da Şekspirə aiddirsə, əgər doğurdan da sırğa taxıbsa, yuh olsun mənə.

Sırğa taxmağa cəsarətim çatmayacaq qədər qorxaq bir adam olaraq ölsəm, yuh olsun mənə.

Bu dünyanın ürəkli dəliqanlıları dalımca vedrə qoşsunlar.


Ərtoğrul ÖZKÖK , “Hürriyət” qəzeti

Hazırladı: Elmin HƏSƏNLİ
# 1379 dəfə oxunub

Oxşar xəbərlər

“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

16:40 16 aprel 2025
"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

09:00 16 aprel 2025
On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

12:00 15 aprel 2025
Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər

Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər

17:00 14 aprel 2025
O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

12:20 14 aprel 2025
Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü?

Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü?

12:00 11 aprel 2025
# # #