Təzadın gözəlliyi

Təzadın gözəlliyi
13 sentyabr 2011
# 12:13
Bəstəkar, əməkdar incəsənət xadimi, xalq artisti, professor, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar incəsənət xadimi adına layiq görülmüş, “Şərəf Nişanı” ordeni ilə təltif olunmuş, siyahını uzatmaq da olar...

Dmitri Şostakoviçin fikri maraqlıdır: "Arif Məlikov istedadlı bəstəkardır. Musiqisi əsl professionaldır. Onun əsərində dərin musiqi dramaturgiyası, daxil inkişaf, dəqiqlik, qəhrəmanların xarakterini yüksək səviyyədə ifadə etmək məziyyətləri var. Orkestrin idarə edilməsində Arif Məlikovun nadir istedadı musiqiyə rəngarənglik və tamaşaçılara məftunluq gətirib".

1933-cü il sentyabrın 13-də Bakıda anadan olub.

1958-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq sinfi üzrə bitirib.

Baletlər: “Məhəbbət əfsanəsi” (1961), "İki nəfər" (1969), "İki ürək dastanı" (1981), "Fövqəlgözəl Yusif" (1999).

Səkkiz simfoniya (1958-2000), "Qağıl", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" simfonik poemaları; kamera instrumental əsərlər (prelüdlər, süitalar); Nazim Hikmətin sözlərinə 2 vokal silsilə; Xalq Çalğı alətləri Orkestri üçün əsərlər. 7 saylı Simfoniya (1995); Ç.İldırımın söz. səs və simfonik orkestr üçün “Azərbaycan” balladası (1995); 8 saylı Simfoniya (2001).

Teatr tamaşalarına və kinofilmlərə musiqi (1990 – 2001).

"Simfonik nağıl".

Onun “Məhəbbət əfsanəsi” Sank-Peterburqun “İmperator” teatrında 50 ildir ki, səhnədən düşmür. Eyni sözləri Moskvanın Böyük Teatrı haqqında da demək olar. 48 ildir ki, Böyük Teatrın səhnəsində “Məhəbbət əfsanəsi” oynanılır. Avropanın ən məşhur teatrları bu əsərə daim müraciət edirlər. Almaniyanın 12 teatrında, o cümlədən Leypsiq, Drezden, Berlin teatrlarında “Məhəbbət əfsanəsi” səhnəyə qoyulub. Rusiyanın bütün teatrlarında, Saratov, Novosibirsk, Yekaterinburq, Çelyabinsk şəhərlərində, Orta Asiya respublikarında əsərlərimi səhnələşdirirlər. Daşkənddə iki əsərim səhnəyə birdən qoyulur. Ukraynanın bütün teatrlarında adıçəkliən baletim səhnələşdirilib. Türkiyənin Ankara teatrında iki baletim, Sofiya, İstanbul teatrlarında isə “Məhəbbət əfsanəsi” səhnə ömrü yaşayır. Helsinkidə, Yuqoslaviyada, Moldovada bu baletə dönə-dönə qayıdırlar. Bu teatrların qastrol səfərlərində “Məhəbbət əfsanəsi” bütün dünyanı gəzib.

Sağlığında dahilik qazanmış bəstəkar öz vətənində peyğəmbər ola bilmir.

Bəstəkarı təbrik edir. Ona can sağlığı mədəniyyətimizə aidiyyəti olan təşkilatlara təpər arzulayırıq.


Ramilə Qurbanlı
# 2044 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər