Rəfsancaniyə güllə atan azərbaycanlı jurnalist

Rəfsancaniyə güllə atan azərbaycanlı jurnalist
30 avqust 2011
# 06:00
Orda sutka axşam saat 20-dən başlayırdı. Axşam saat 8-ə 20 dəqiqə qalmış «Okşa» deyə çağırdığımız praporşik Cəlilov «naryada» çıxacaq heyəti növbəti dəfə təlimatlandıracaqdı.

Ənənəvi «ritual»ı yerinə yetirdikdən sonra 4 nəfərlik heyətlə Şaxtaxtı kəndinin ətyindəki 5 və 6-cı sahələri Allah qoymamış guya sərhəd pozucularından qorumalıydıq. «Naryad»a bu sətirlərin müəllifindən başqa əslən Moskvadan olan kursant Kozlov, rostovlu serjant Belozorkin və bir də adını unutduğum bir xoxol balası daxil idi.

Sözün açığı, Naxçıvan cəbhəçiləri sərhəd məftillərini sökəndən sonra biz daha əvvəlki kimi pusqu qurub sərhədpozan güdmürdük. İndi əksinə, kod adı «Oriqon» olan zastavamızda hamı məhşur filmdə deyildiyi kimi «gecə» növbəsi arzulayırdı.

Ona görə yox ki, yuxumuz qaçmışdı. Sadəcə, sərhəd məftilləri söküləndən sonra təbii ki siqnalizasiya da yox idi. Həm cənublu, həm də şimallı qardaşlarımız-hərdən bacılara da rast gəlmək olurdu- yaralı Arazı o yan, bu yana keçməklə sovet-İran sərhəddini su yoluna döndərmişdilər.

Və belə bir situasida sərhəd qorumaq bizim üçün bir əyləncə idi, nəinki ulu SSRİ-yə borc.

***

Həmin «naryad» günü hər şey yaxşı gedirdi. Sakilik idi, səma mavi, hələ üstəlik uzaqdan Türkiyə sərhəddindn görünən Ağrı dayının qarlı zirvəsi də bir romantika yaradırdı. Bütün bunlar cəhənnəmə, hətta geninə-boluna siqaretimiz də vardı. Elə siqaret çəkə-çəkə – hə, onu da deyim ki, sərhəd sökülməzdən əvvəl bu siqaret çəkmə məsələsini bilsəydilər anamızı ağladardılar- şanlı sovet sərhəddimizi qoyuyurduq. Təxminən 6 saat «naryad»da olmalıydıq. Bu lənətə gəlmiş «naryad»dın heç 3 saatı getməmiş Belozorkin yaxınlaşdı:

-Kibritimiz qurtardı.

- İndi neyləyəcəyik, siqareti necə yandıracağıq?

- Nə bilim…

Kibriitin qurtarması siqaret çəkmək həvəsini daha da alovlandırdı. Mən Belozorkinə «bu lənətə gəlmiş kibrit dənələrinə qənaət etməli idiniz» deyə təpindim. Rostovlu balası susdu. Amma heç on dəqiqə keçməmiş Arximed kimi qaçıb gəldi ki, tapdım.

Belozorkin iddia edirdi ki, əlimizdəki ratsiya bizim növbəti 3 saatda siqaret çkmyimizə kömək edəcək. Bu çox bilmiş rus aşağıdakıları təklif edirdi; ratsiyanın baterayasının mənfi və müsbət uclarına nazik simli məftildən yaxınlaşdırırıq və yaranan spiralla siqareti yanıdırırıq.

Eksprement uğurla həyata keçdi və biz Arazın o tayında yerləşən İranın Poldeşt şəhərinin evlərinin işıqlarına baxa-baxa siqaret tüstülətməyyə başladıq…

- Yoldaş serjant, göydə təyyarə görünür…

- Cəhənnəmə görünsün, nə olub?

- Zastavaya xəbər vermək lazımdır.

- Xəbər verin.

- Ratsiya işləmir axı?

- Niyə?

- Bayaqdan batareyasından isttiafadə edib siqaret çəkirik, bateraya işləmir.

- Onda təlimata uyğun…
-
Təlimatı isə əzbər bilirdik. SSRİ tərəfə sərhəddən quru və ya havadan bir obyekt keçəcəyi təqdirdə göyə üç qırmızı raket atmalıydıq. Təbii ki belə də etdik. Sonra isə əlimizdə olan silah-sursatdan həmin obyektin dayanması üçün atəş yağdırmalıydıq.

Bizim atəşmiz təyyarəyə çatmayacaqdı. Amma bunu etməliydik. Çünki zəhrimar-təlimat belə yazılmışdı.

Etdik də….

Tappatapardan artq zastavada da xəbər tutmuşdular. Amma təkcə bu tappatarapdan yox…

…-Mamedov, ya tvoyu…

- Çto sluçilos?

- Blin, ostanavite… Kuda strelyayete? Eto Rafsandjani letaet…

Hmmm…İşə düşmüşdük.

Leytenant Rudenko yanımıza çatıb hələ də söyüşlərini davam etdirdi. Amma biz ondan yenə də israrla nə baş verdiyini soruşurduq. Və məlum oldu ki, biz bayaq havadan uçan təyyarəyə, İranın o vatkı prezidenti Əli Əkbər Rəfsancaninin uçduğu təyyarəyəə güllə atırmışıq.

Sən demə, Moskvadan o vaxtkı hərbi dairə mərkəzi Tiflisə, ordan da Naxçıvan sərhəd dəstəsinə, dəstədən isə bizim zasavaya telefenoqram göndəriblər ki, filan zastavanın qoruduğu ərazinin hava məkanından İran prezidenti Avropanın harasınasa uçacaqmış. Əslində zastavanın rabitəçisi bu telefonoqramanı alandan sonra bizimlə əlaqə saxlayıbmış. Amma ratsiyamızın baterayasından alışqan yerinə istifadə etməyimiz onun bizə xəbər verməsinə mane olubmuş. Çünki baterya tam sönmüşdü…

…Təbii bizi cəzalandırdılar. Özü də çox sərt. Amma

Rəfsancaninin təyyarəsinə güllə atmağa görə yox! Səhlənkar xidmətə görə…

Rəfsəncani kimə lazım idi ki? Heç indii də heç kimə lazım deyil…
# 1749 dəfə oxunub

Oxşar xəbərlər

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

12:40 3 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər