Nobel nitqində intiharı tənqid etdi sonra intihar...
19 avqust 2011
10:58
Yasunari Kavabata 1899-cu ildə Yaponiyanın Osaka şəhərində varlı ailədə doğulmuşdu. Atası həkim idi.
Yasunari atasını iki yaşında itirmişdi. Onun vəfatından bir il sonra isə anasını itirdi.
Yetim qalan balaca Yasunari ana babasının himayəsinə keçir. Bundan sonra da onun həyatı nizama düşmür. Bir müddət sonra Kavabata nənəsini, daha sonra isə bacısını itirdi.
Həyatın növbəti sürprizi isə himayəçisi olan babasını itirməsi oldu. Kavabatanın 15 yaşı vardı. Babasının ölümü ərəfəsində “On altı yaşlı oğlanın gündəliyi” avtobioqrafik əsərini yazdı. Əsər 11 il sonra 1925-ci ildə dərc olunur.
Oxucular və tənqidçilər “On altı yaşlı oğlanın gündəliyi”nin yeniyetmə yazıçının qələmindən çıxmasına inana bilmirlər.
Rəssam olmaq arzusu
Yasunari uşaqlıqda rəssam olmağı arzulayırdı. Da Vinçi, Mikalencelo, Rembrand, Pol Sezan kimi rəssamların əsərləri ilə maraqlanırdı. On iki yaşında isə Yasunari fikrini dəyişərək yazıçı olmağa qərar verir.
Avropa ədəbiyyatına hədsiz marağı olan Kavabata Tokio universitetinə qəbul olanda da ingilis dili və ədəbiyyatı fakultəsini seçmişdi. Lakin bir il sonra fakultənisini yapon ədəbiyyatı fakultəsinə dəyişir.
Rüneske, ondan muğayat ol!
Kavabata universitetin sonuncu kursunda oxuyarkən tələbə jurnalı “Sineyte”(“Yeni istiqamət”) də yazdığı bir məqalə ilə yazıçı Kan Kikutinin diqqətini cəlb edir. Kikuti ona “Bunqay Syuncyu” (“Dövrün ədəbiyyatı”) jurnalının redaksiya heyətinə daxil olmağı təklif edir.
Kikutu Kavabataya böyük ümid bəsləyir, böyük yazıçı olacağına inanırdı. Onun gələcəyi barədə narahatlıq keçirən Kikutu Yaponiyanı tərk edəndə Rüneske Aqutaqavadan Yasunaridən muğayat olmağı xahiş edir.
Bu illərdə Kavabata bir qrup gənc yazarla “Bunqey dziday” (“müasir ədəbiyyat”) adlı jurnalın əsasını qoyurlar. Jurnal “neosensualistlər” adlanan modenist yazarların tribunasına çevrilmişdi. Yaponca “sinkankakuxa” adlanan qrup Qərb modernist yazarlarının, xüsusilə də Ceyms Coys və Gertruda Staynın təsiri altında idi.
Gənc yazara ilk ədəbi uğuru “İdzulu rəqqasə” əsəri gətirdi. Roman cavan rəqqasəyə vurulmuş bir tələbənin əzab və iztirablarından bəhs edirdi.
Yapon “Leyli və Məcnun”u
1933-cü ildə Kavabatanın daha bir əsəri “Quşlar və heyvanlar” dərc olunur. Onun Füzuli yaradıcılığı ilə tanışlığını söyləmək çətindir. Kavabata yəqin ki “Leyli və Məcnun” poemasını oxumamışdı, amma bununla belə sanki məlum poemanın nəsr variantını yazmışdı.
Onun lirik qəhrəmanı da Məcnun kimi cəmiyyətdən üz döndərərək meşəyə heyvanların araasına üz tutur və yalınız orada köhnə sevgilisini xatırlamaqla məşqul olur.
30-cu illərdə əvvəlki ədəbi eksperimentlərindən əl çəkən Kavabata ənənəvi ədəbiyyata meyllənir. Bundan sonra onun yaradıcılığında qərb modernizmi və yapon ənənəvi ədəbiyyatı özünəməxsus şəkildə bir –birinə qovuşur. Onu qərbdə məşhurlaşdıran da ənənəvi yapon ədəbiyyatına modernist yanaşma tərzi idi.
Yazarkən kimono geyinirdi
1931-ci ildə ailə həyatı quran Kavabata Tokionun şimalında yerləşən Kamakura şəhərinə köçür. Bu evlilikdən yazıçının bir qızı dünyaya gəlir.
Kavabata sakit həyat tərzi sürürdü. Beləki yazıçı yayı ailəsilə kurort şəhəri Karuydzavada, qışı isə Dzusidə keçirirdi. O daha çox şəxsi mənzilində yazmağı sevirdi. Bu mənzil ənənəvi yapon üslubunda dizayn edilmişdi. Kavabata yazarkən adətən yapon geyimi - kimono və taxta sandallarda olardı.
Fotoqraf olması yeni bilindi
Bu yaxınlarda yazıçının Kamakurudakı evindən 600-dən çox ağ-qara fotoşəkil tapıldı. Yazıçı 1935-ci ildə qələmə aldığı bir essedə fotoaparat aldığını yazmışdı.
Şəkilləri araşdıran mütəxəsislər onun usta yazıçı olmaqla yanaşı, istedadlı fotoqraf olduğunu da müəyyənləşdirdilər.
O fotokamerayla professional davranmaqla yanaşı, foto kompozisiyalar qurmağı və lazımı səhnəni yaratmağı bacarırdı.
Bu şəkillərdə onun Mancuriyaya səfərindən tutmuş, imperatorla evindəki görüşlərinə qədər həyatının bir çox maraqlı anları əks olunub.
Kavabata bir məktubunda həyat yoldaşına yazırdı: “Mən nə görürəmsə və eşidirəmsə, hamısını öz işimdə istifadə edəcəm”.
Yapon ədəbiyyatına qayıdış
Kavabata 1934-cü ildə “Qarlar ölkəsi”ni yazmağa başlayır və əsər 1937-ci ildə çap olunur. Lakin yazar əsər üzərində daha on il işləyir.
İkinci dünya müharibəsi dövründə Kavabata siyasətdən kənar durmağa çalışır. Ölkədə baş verən hadisələrə nəzər yetirmir. Bunun yerinə o Mancuriyaya səfər edir vaxtının çox hissəsini 11-ci əsr klassik yapon romanı “Qendzi haqqınada saqa” nın öyrənilməsinə sərf edir.
1949-cu ilıdə nəşr olunan “Minqanadlı durna” əsərində “Qendzi haqqında saqa”nın elementlərindən yararlanır. Əsərin əsasında isə ənənəvi yapon çay dəsgahı dururdu.
Roman üçün müxbir oldu
50-ci illərdə Kavabata “Göl”, “Dağların fəryadı”, “Yatmış gözəllər evi” əsərlərini yazdı. “Meydzin” və “Qədim paytaxt” tarixi romanları isə onun dünya çapında bir yazıçı olduğunu bir daha təsdiqlədi.
“Meydzin” romanı yapon-çin oyunu olan qo haqqında idi.
1938-ci ildə əvsanəvi qo oyunçusu Syusai Xonimbo özünün sonuncu oyununu keçirir. Bu möhtəşəm oyun altı ay sürür. Usta oyunçu gənc rəqibinə uduzduqdan bir müddət sonra vəfat edir.
Romandakı hadisələr bir jurnalistin dilindən hekayət olunur, müəllif lazım gəldikcə publisistik məqalələrə də yer ayırır. Romanda iki tip oyunun, iki fərqli xarakter qarşılaşması, köhnəliyin və müasirliyin mübarizəsi əks olunur. Bəzi tənqidçilərə görə Kavabata simvolik dillə Yaponiyanın İkinci Dünya Müharibəsində məğlub olmasını təsvir etmişdi. Kavabata hələ müharibə illərində roman üzərində işləyirdi.
Kavabata “Mayniti Simbun” qəzetinə silsilə reportajlar hazırlamaq üçün 1938-ci ildə baş tutmuş bu məşhur oyunu izləyir. Oyun zamanı müşahidələrini gündəliyində qeyd edir, gələcək romanı üçün lazımı materiallar toplayır.
Beynəlxalq PEN-klubun vitse-prezidenti
Yasunari Kavabata bir sıra mükafatların sahibi idi. O 1937-ci ildə “Ədəbiyyatın inkişafı naminə” mükafatına, daha sonra İncəsənət Akademiyasının ədəbiyyat mükafatına layiq görülür. 1960-cı ildə “Ən yaxşı əcnəbi kitab” naminasiyasında Fransa İncəsənət və Mədəniyyət ordeninə sahib olur. Kavabata yapon PEN-klubunun üzvü, həmçinin beynəlxalq PEN-klubun vitse-prezidenti idi.
“Nobel”i aldı
Kavabata ən böyük mükafatını 1968-ci ildə aldı. Artıq 60-cı illərin ortalarından yapon yazıçılarından kimin Nobelə sahib olacağı mübahisə mövzusu olmuşdu. İki namizədin adı daha çox hallanırdı; Yokio Mişima və Yasunari Kavabata.
Amma mükafat 1968-ci ildə Yasunari Kavabataya qismət oldu: "Yapon şüurunun mahiyyətini əks etdirən yaradıcılıq məharətinə görə".
Mişima da saysız romanları ilə bu mükafata layiq olsa da ondan əvvəl Nobelə müəlliminin sahiblənməsi təbii idi. Mişima uzun müddət Yaponiya və xaricdəki siyasi proseslərə biganə qalmış yazıçını nəhayət ki oyada bilmişdi.
Artıq Kavabata da dostu Mişima kimi ölkədəki siyasi proseslərdə aktiv iştirak edir, ictimai fəallığını artırırdı. ABŞ Dövlət Departamentinin yardımı ilə bir müddət Birləşmiş Ştatlara səfər edən yazıçı orda müxtəlif universitetlərdə yapon ədəbiyyatından mühazirələr oxuyur. Çindəki “mədəni inqilab” adı altındakı təqiblərə qarşı çıxaraq digər yazıçılarla birlikdə qətnamə imzalayır.
İntihar edən müqəddəs deyil
Kavabata Nobel nitqində intihar hadisələrinə toxunmuş, özünəqəsdi kəskin tənqid etmişdi. Onun Nobel nitqindən: "İnsanın dünyaya yadlaşma dərəcəsindən asılı olmayaraq, intihar etiraz forması sayıla bilməz. İntiharla həyatına son qoyan insan nə qədər ideal olsa da, müqəddəs adlandırıla bilməz".
Qəribədir. Bu fikirləri söyləyən adam 4 il sonra Dzusidəki evində özünü dəm qazı ilə zəhərləyərək intihar elədi.
Mirmehdi AĞAOĞLU

1252 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024