Bu gün Bəxtiyar Vahabzadənin anım günüdür

Bu gün Bəxtiyar Vahabzadənin anım günüdür
16 avqust 2011
# 12:09
Ad var qarşısında hökmən kim olduğu yazılmalıdır, ad da var, qarşısına yazılan təqdimat o adın yanında mənasızlaşır. Məsələn, Bəxtiyar Vahabzadə... Qarşısında nə xalq yazıçısı, nə professor, heç şair belə yazmağa ehtiyac yoxdur. Sadəcə bu ad özü o sadalananların hamısını etiva edir. Biz onu belə tanıdıq, sevdik, sonra ona fəxri adlar, titullar verildi. Ona qədər Sovet rejiminin qılıncının qəbzəsi də kəsən vaxtlarda “Gülüstan” kimi poemanı yazdığına, təpədən-dırnağa millətə, xalqa bağlı olduğuna, içində azadlıq təşnəsi daşıdığına, o tay-bu tay Azərbaycan deyə haray saldığına görə içimizə daxil oldu. Çünki mənəvi dünyamızdan, dərdlərimizdən xəbər verə bilirdi, bizdən biri olduğunu biz çəkənləri çəkməsi ilə büruzə verirdi. Bütün yazdıqları elə bil hər bir azərbaycanlının qələminin məhsulu idi.

Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür. O Bəxtiyar Vahabzadənin ki, “millətçi” damğası verilib ev dustağı edilmişdi. O Bəxtiyar Vahabzadənin ki, işğalçı Sovet rəhbərinin gözünün içinə işğalçı olduğunu, əlinin millətimin qanına batırdığını deməkdən belə çəkinməmişdi. 20 yanvar səhəri Sovet əsgərinin silah qaldırmasından da qorxmadan onu yarıb keçmişdi, radio ilə xalqı haqqını tələb etməyə səsləmişdi. Yandı, yazdı, yazdı yandı.

Uğrunda mübarizə apardığı müstəqillik, azadlıq əldə olunandan sonra səhhəti bu arzusunda olduğu zövqü-səfanı yaşamağa qoymadı. Uzun xəstəlikdən sonra 2009-cu ilin fevralında dünyasını dəyişdi.

Neçə il yaşamaq istəyirəm mən?
Yüz il, yox, beş yüz il, min il, milyon il.
Yox, yox, sonu olan ömrü istəmirəm mən,
Çıxaydım zamanın çərçivəsindən.

Zamanın çərçivəsindən isə çıxmaq mümkünsüzdür. Sadəcə, o zaman çərçivəsinə həkk olunanlar olur. Dünya fırlandıqca adın o əbədi çərçivənin bir tərəfində tarixə düşmüş halda göz önündən keçir. Bəxtiyar Vahabzadə kimi. Bəzən kimlərsə nəyisə etmədiyinə görə özünün nə etdiyini düşünmədən qınaya bilər səni, günahlandırar, tarixdən silməyə, yaxud o tarixə yazıldığın kimi olmadığını sübut etməyə çalışar. Amma zaman öz işini gördükcə, kimin haqlı, kimin haqsız olduğu da dəfələrlə üzə çıxar. Axı, dünya fırlanır...

Ramilə QURBANLI
# 2131 dəfə oxunub

Oxşar xəbərlər

Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

15:54 12 may 2026
"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

12:00 12 may 2026
Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

12:05 10 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər