Şərifin qəddar kitabı

Şərifin qəddar kitabı
31 iyul 2011
# 13:53
Şərifin “Harami”sini yolda oxudum.

Yol başa çatsa da, romanın son səhifələri qalmışdı.

Yerimi rahatlayan kimi çay sifariş edib romanı bitirdim.

İlk təəssürat: möhtəşəm.

Bu kitabı “Ən yeni ədəbiyyat” seriyasının tacı adlandırmaq olar.

“Harami”də bir romanda olması gərəkən bütün keyfiyyətlər var.

Bol faktura, mükəmməl struktur, axıcı dil, mütərəqqi ideya, soyuqqanlı yanaşma.

Sürükləyici bir kitabdır “Harami”.

Dünya ədəbiyyatında sujetsiz romanlar mövcuddur.

Lakin onu yazanlar bizimkilərdən fərqli olaraq sujeti yaza bilmədikləri üçün bu yola baş vurmayıblar.

Şərif sujeti əlinə alır və 260 səhifə onu idarə edir.

Azərbaycan ədəbiyyatında dişimə vurmadığım şairlər var.

Amma belə bir yazıçı yoxdur.

Qətiyyətlə deyirəm, Cahandar ağadan (“Dəli Kür”) sonra Səməndər ən dolğun obrazdır.

Bir tərəfdən atasının gözü qarşısında qızını zorlayan amma maşında musiqiyə qulaq asıb ağlayacaq qədər təzadlı.

Vaxtilə Tolstoy yazırdı ki, insanı həm yaxşı, həm də pis, həm səfeh, həm də ağıllı göstərəcək obrazlar yaratmaq lazımdır.

Təkcə Səməndər yox, romanın dilindən yazıldığı İdris də təzadlıdır.

Kənd kitabxanasında oxunmamış kitab qoymayan ali təhsilli aqronom eyni zamanda quzu oğurluğuna gedən çobandır.

Həyatın amansızlığı, fərdi və ictimai əxlaqsızlıq, “altın” dünyasının əzəməti, gücün qələbəsi...

Romanı bu sözlərlə də ifadə etmək olar.

Realizm Şərif Ağayarı bir yazıçı kimi qəddarlığa sövq edir.

Vaxtilə Dostoyevski qəhrəmanlarının kobud danışığına irad tutanlara belə cavab vermişdi: “Qəhrəmanlarım belə danışır” .

Şərifin də yazıçı kimi soyuqqanlı qəddarlığı həyatın qəddarlığından doğur.

Yaşamaq uğrunda mübarizədə güzəşt yoxdur.

Güclü mütləq qalib gələcək.

Romanı oxuduqca Buninin təsvir etdiyi amansız rus kəndinin gerçəklərini xatırlayırsan.

Bunin Azərbaycanda yenidən doğulur.

Daha yeni üslubda, daha modern təzahürdə, daha mürəkkəb strukturda...

Azərbaycan gerçəkliyinin xam torpaqlarında yetişən bu romanı mütləq oxumaq lazımdır.
# 1776 dəfə oxunub

Oxşar xəbərlər

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

12:40 3 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər