Yeni roman – “Qatil üçün nekroloq”

Yeni roman – “Qatil üçün nekroloq”
10 iyun 2014
# 13:34

Detektiv yazar Müşfiq XAN ordu haqqında detektiv roman yazıb.

Bu barədə Kulis.az-a müəllifin özü məlumat verib.

Müəllif deyib ki, “Qatil üçün nekroloq” Azərbaycan ədəbiyyatında tərsinə detektiv alt janrında yazılmış ilk romandır.

Onun fikrincə roman detektiv həvəskarları üçün maraqlı sürpriz olacaq: “Qatil üçün nekroloq” detektivlə maraqlanmayan oxucuların da sevə biləcəyi romandır. Qatilin romantik ovqatı, şeirə, şairlərə isti münasibəti detektiv romanlar üçün yenilik sayıla bilər ”.

Müşfiq XAN onu da bildirib ki, hazırda roman redaktora təhvil verilib və bu ayın sonuna qədər çap olunması planlaşdırılır.

Qeyd edək ki, “Qatil üçün nekroloq” müəllifin sayca 7-ci bədii kitabıdır.

# 2374 dəfə oxunub

Müəllifin son yazıları

# # #