Kulis.az şair Alik Alioğlunun yeni şeirini təqdim edir
Və budur
Paslanmış dəmir qapı
Cırıltısının müşayətilə
Çıxıram yenidən küçəyə
İllərdir toz basmış
adam heykəli!
Olduğun kimi yox,
Olmaq istədiyin kimi
Görürəm səni.
- Şeytanın nəfəsini hiss etdirən yazıçımız
- Robert Hosseinin göz yaşları
- Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə
Yəni
Adamlar əslində
Olduğundan
Olmaq istədiyinə qədər
Bir məsafə boşluqdan
İbarətdir.
Boşluq dediyim şeylər
Bahalı salonlarda
Ütülü alqışlardır.
Bahalı maşınlar,
Bahalı geyimlər,
Bahalı daş qaşlardır
Və budur
Paslanmış pəncərə
Cırıltısının müşayətilə
Boylanıram yola.
Bir uşaq başını qaldırır:
- Əmi, bəlkə köhnə ayaqqabın ola?