news-inner
clock08:15 calendar-gray 07 İyun 2014 view-gray1863 dəfə oxunub
view-gray1863 dəfə oxunub

Çində toy günü bəy-gəlinin saçını kim darayır?

Kulis.Az Çinin, yemək, toy adətləri haqqında maraqlı faktları təqdim edir.

Çinlilərin «yeməklə qidalanmaq, dərmanla qidalanmaqdan yaxşıdır» deyə bir atalar sözü var. Bu söz, insanların sağlam qidalanmalarına diqqət etmələri üçündür. Bəzi insanlar, maddi vəziyyəti çətin olsa belə, yaxşı və sağlam qidalar hazırlamağa çalışır. Maddi vəziyyətləri yaxşı olanlar isə buna hər zaman əməl edir. Çinlilər gündəlik hazırlanan yeməklərdən əlavə, müxtəlif mərasimlər və ya iş üçün ayrıca yeməklər də hazırlayır. Buna, yeni il və digər bayramlar, iş görüşləri, toy, yas, ad günü və s. aiddir.

Çinlilər bir-birinə qonaq getməyi sevir. Bu zaman ev sahibinin düşündüyü şey, qonaqlara hansı yeməyi və içkini verməsidir. Mümkün olduğu qədər, çox və gözəl yeməklər hazırlanmalı və gələnlər bu qonaqlıqdan məmnun olmalıdır. İş adamları da «iş yeməkləri»nə xüsusi diqqət verir. Yemək bitəndə, iş də bitir.

Hər bölgənin adət və ənənələri fərqli olduğu üçün qonaqlara verilən yeməklər də öz xüsusiyyətlərinə görə fərqlənir. Əvvəllər Beijinqdə qonaqlara makaron verilirdisə, bu, ev sahibinin qonağın qalmasını istədiyini bildirirdi. Əgər qonaq qalsa, ev sahibi ona jiao zi (türklərdəki mantı) yeməyi verir. Qohumlar və dostların evinə qonaq gedəndə hədiyyə olaraq «jinqbaijan», yəni səkkiz növ tort aparılır. Cənubi Çinin bəzi kəndlərində ev sahibi gələn qonağa çay gətirəndən sonra, dərhal mətbəxə gedib tort bişirir, ya da yumurta ilə «nianqao» (yapışqan düyüdən hazırlanan şirni) qaynadılaraq şəkərə batırılır və bu halda qonaqlara təqdim edilir, bundan sonra isə yemək bişirilir.

Çinin şərqindəki Fu Jian bölgəsindəki Quanzhou şəhərində insanlar qonağı meyvələrlə qarşılayır. Yerli camaat buna «Tian-Tian», yəni «Şirin-Şirin» deyirlər. Bu eyni zamanda qonaqları şirin yeməyə dəvət emək mənası verir. Bu meyvələr içində mütləq naringi olmalıdır. Çünki yerli ləhcədə «ju» yəni naringi, «ji» «uğurlu» sözüylə eyni mənanı verir. Bölgələrə görə, yeməyə dəvət etmək ənənələri də dəyişir. Beijingdə ən sadə qonaqlıq süfrəsində səkkiz qab soyuq yemək və səkkiz kasa isti yemək olmalıdır. Çinin şimalında olan Heilonqjianqda isə qonaqlara cüt ədədli yemək verilməlidir, yəni hər yemək cüt ədədli olmalıdır.

Bəzi ərazilərdə yemək menyusunda mütləq balıq da yer almalıdır. Balıq, ailənin zəngin olduğunu və «çoxlu var» demək istədiyini bildirir. Müxtəlif mərasimlərin hərəsinin öz yeməkləri var. Məsələn, elçilik zamanı olan, nişan, toy və ya yeni evlilərin ana-atanı ziyarət edərkən verilən yeməklər və s. bunların içində ən gözəli toy yeməyidir. Məsələn, Çinin şimal bölgəsindəki Şanxi əyalətində toy yeməklərinin hər birinin öz mənası var. İlk yemək qırmızı ətdən olur. Yəni «qırmızı» ilə «ailənin xoşbəxt olduğu» ifadə edilir.

İkincisi, «xoşbəxt ailə» yeməyidir, bunun isə mənası «bütün ailənin sevinc içində yaşamaları» mənasını verir. Üçüncü yemək dabaofandır. Bu yemək yapışqan düyü, Çin xurması, zanbaq, quru meyvələr və su zanbağından ibarət səkkiz növ məhsuldan hazırlanır. Bu yeməyin mənası bir-birini sevərək evlənənlərin sona qədər birlikdə yaşamaları mənasını verir. Ümumiyyətlə çinlilər, əlamətlərə çox inanırlar. Buna görə onların toy adət-ənənələri də qeyri-adidi. Çinlilərin toyları 3 mərhələdən ibarətdir. İlk mərhələ tarixin düzgün seçilməsidi. Həmişə toy üçün uğurlu gün seçməyə çalışırlar, çünki bu, onlar üçün çox vacibdir. Buna görə hətta falçıya müraciət edirlər.

Falçı isə onların doğum tarixlərinə görə hesablama apararaq uğurlu gün təyin edir. Çində avqustda uğursuz günlərin çox olduğunu düşünürlər. Buna görə də həmin ay toy demək olar ki, keçirilmir. Müasir çinlilər isə belə adətlərə fikir vermir. İkinci mərhələ toy geyiminin düzgün seçilməsidir. Elə ki, toy üçün gün təyin edildi, bəylə-gəlin bu gün üçün paltar seçməyə başlayır. Honq-Konqda əsasən gəlinlər qərbsayağı geyimə üstünlük verir və qonaqları da belə qarşılayır. Sonra isə gəlin patlarını dəyişir və ənənəvi Çin toy geyimini geyinir.

Toy günü gəlinə əsasən üzərində əjdaha ilə simurq quşu olan bəzək əşyaları hədiyyə edilir. Onlar düşünür ki, bu hədiyyə, yeni evlilərə uğur gətirir. Sonuncu mərhələ şirin arzular adlanır. Toydan 3 gün sonra bəyin valideynləri gəlini ilk yeməyə dəvət edir. Bu yeməkdə əsasən cücə, balıq, göbələk və səhləb çiçəyi toxumları olur.

Sonra isə gəlinin valideynləri onları qonaq dəvət edir. Bu zaman qonaqlıq süfrəsində göbələk xüsusi əhəmiyyət daşıyır. Göbələyi yumru qəpiklərə bənzətdikləri üçün, süfrədə nə qədər çox göbələk olsa, evdə bir o qədər bolluq və xoşbəxtlik olacağını güman edirlər. Toy günü bəyi bir dəstə musiqiçi müşayət edir və yolboyu musiqi çalınır. Sonra isə bəy gəlini öz evinə gətirir və bununla da toy mərasimi başlayır.

Çinlilərin toyunda qırmızı rəngdən çox istifadə edilir. Demək olar ki, burada hər şey qırmızı olur. Ümumiyyətlə onlar xoşbəxt günlərində qırmızı rəngdən çox istifadə edirlər. Toyda bəylə gəlin ata-analarının və özlərinin şərəfinə tost deməlidilər. Valideynləri isə onlara qırmızı çanta (honqbao və ya lai sii) hədiyyə edirlər. Bu kiçik qırmızı zərfin içində pul olur.

Toya gəlin çətirlə gəlir və qonaqlar onların üzərinə qırmızı gül ləçəkləri atır. Maraqlı adətlərdən biri də budur ki, toy günün gəlinlə bəyin saçını mütləq uğurlu evliliyi olan qadın və kişi daramalıdır. Onların saçını 4 dəfə darayırlar və bunların da hərəsinin öz mənası olur: ömürlərinin sonuna qədər bir yerdə olsunlar; ailədə həmişə mehribanlıq olsun; çoxlu nəvə-nəticə; var-dövlət.

Çində toylar həddindən artıq çox olur. Hətta çinlilər belə zarafat edir ki, gəlinlə-bəy toy zamanı qonaqlar içində tanımadıqları adamları da görür. Bəzən qonaqlar çaşıb bir toy mərasiminə girmək əvəzinə digər toya girir. Əslində onları qınamaq olmaz, çünki bir restoranda 3-4 toy keçirilir. Qonaqlar toya pul salır. Bəylə-gəlinin toya faytonla gətirilməsi də dəbdədir.

Çinlilərdə qədim zamanlardan bəri ad və soyad mədəniyyəti bu millətin maddi və mənəvi həyatının əhəmiyyətli parçası olub, siyasi, mədəni və ictimai fəaliyyətlərdə mühüm rol oynayır. Arxeoloji qazıntılar nəticəsində müəyyən olunub ki, çinlilərin soyaddan istifadəsi təxminən 5-6 min il əvvəldən başlayıb.

Çində ən köhnə soyadlarının sayı 22-dir. Qədim zamanlardan Çindəki xanların dəyişməsilə yeni adlar və soyadlar yaranmağa başladı. Ona görə də, soyad onlarda ictimai sinfin simvolu olaraq xüsusi bir mədəniyyət meydana gətirdi. Çinlilərə məxsus olan ata və kök şüuru burdan yaranıb. Çinlilərdəki soyad mədəniyyəti onların uzun tarixini fərqli tərəflərdən araşdırmağa imkan verib.

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Mikayıl Müşfiq qadına görə öldürülüb - İddia
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020