Tokioda möhtəşəm "Qızılgül həftəsi"

Tokioda möhtəşəm "Qızılgül həftəsi"
4 may 2026
# 11:35

Tokionun yaxınlığında iyunun əvvəlinə qədər – bir ay davam edəcək "Qızılgül həftəsi" festivalı başlayıb.

Kulis.az xəbər verir ki, festival mayın 2-də Yaponiyanın Yokohama şəhərində start götürüb.

Tədbirin mərkəzi okean sahilindəki "Yamaşita" parkı və ona bitişik olan "Liman görünən təpədəki park"dır. Ümumilikdə parkda 160 növə aid 2 min qızılgül kolu var.

Okean sahilindəki mənzərə və nəhəng qızılgül qapıları

Bundan əlavə, parkda dibçək gülləri, qızılgül və digər bitkilərin qələmlərini almaq mümkün olan müvəqqəti bazar təşkil edilib. Agentlik vurğulayır ki, ziyarətçilər arasında Tokiodan uşaqları ilə gələnlər çoxluq təşkil edir. Parka ən yaxın stansiyada isə çıxış üçün böyük növbə yaranıb.

"Liman görünən təpədəki park"da dırmaşan ağ qızılgüllərdən ibarət nəhəng qapılar, eləcə də "qızılgül kaskadı" – fərqli hündürlüklərdə yerləşən və aşağıya doğru uzanan, eyni anda çoxlu sayda çiçək açmış kolu görməyə imkan verən gül yataqları bəzədilib.

Şəhər boyu davam edən bayram əhvali-ruhiyyəsi

Festivalda həmçinin qızılgüllər və onlardan hazırlanmış kompozisiyalarla bəzədilmiş şəhər parkları, xiyabanlar, ticarət mərkəzləri və inzibati binaların ətrafındakı zonalar da iştirak edir.

"Qızılgül həftəsi" günlərində Yokohamada konsertlər, rəqs kollektivlərinin çıxışları planlaşdırılır. Eyni zamanda, şəhərin digər parklarında da müvəqqəti gül bazarlarının fəaliyyət göstərəcəyi bildirilir.

# 805 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər