Sən şair deyilsən

Sən şair deyilsən
5 iyun 2014
# 07:30

Tofiq Nurəli

Necəsən şair?

Soyuq sözlər,

isti sözlər,

Acı sözlər,

tüstü sözlər...

Hara qeyb olub getdilər,

Səndən niyə küsdü sözlər?!

Necəsən şair?!

Bir vaxt başından qovurdun,

Sonra havaya sovurdun...

İndi bir söz də tapmırsan.

Bom-boş qalıb könül yurdun

Necəsən şair?!

Bax acı-acı gülümsə...

Soyumuş ocaq külüsən...

İndi sən şair deyilsən-

Sən bir şair ölüsüsən...

Necəsən şair?!

Heç kəs ölmür biz gedəndə..,

Əl titrədib diz gedəndə...

Sözdə tanrı qüdrəti var-

Şair ölür söz gedəndə

Necəsən şair?!

04.11.12

Sevgi yaşı

Adamla doludu indi bu şəhər,

İşə gecikmirəm, qaçmıram işdən.

Məni də ram etdi həyat birtəhər

Bir az başım çıxdı alış-verişdən...

Özümdən çıxmıram əvvəlki kimi,

Köçüb ürəyimdən gedib o təlaş.

İndi axtarmıram səadətimi -

Olmayan bir şeyi gəzməkmi əlac?!

Dostlar xəbər almır səni də daha,

Bir də ki..., dostların çoxusu yoxdur...

Səninlə rastlaşmaq həyəcanı yox,

Səni də itirmək qorxusu yoxdu.

İtənin nəyini itirəcəyəm,

Deyək ki, lap tapdım? – nə faydası var?

O başqa dünyaydı, bu başqa dünya –

Hərənin qaydasız öz qaydası var...

Bilmirəm o sevgi qalır, ya da yox,

Elə bil canımda həyat yorulur...

O sevgidən mənə qalan budur, bax –

Əllərim həm boşdu, həm də ki, dolu...

Bir zaman yağışlar bizimki idi...

Özgə könüllərə yağır indilər...

Bir vaxt pəncərəmdən baxan ulduzlar

Özgə pəncərəyə baxır indilər...

Həmən bu yağışlar səndən çox kiçik,

Yağdığı könül də pöhran-pöhrandı...

Həmən bu ulduzlar sevgi yaşında,

Həmən pəncərə də məndən cavandı...

08.01.12

# 1711 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #