news-inner
clock12:09 calendar-gray 10 Aprel 2014 view-gray2183 dəfə oxunub
view-gray2183 dəfə oxunub

Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor

Dağlı balası Gündüz

Tamaşaçılar onu istedadlı kinoaktyor, oxucular isə yazıçı və tərcüməçi kimi tanıyır. Üstəlik peşəkar jurnalist və rəssam kimi də özünü sınayıb. Amma tamaşaçıların sevimlisi Gündüz Abbasov çox nadir hallara mətbuatın, televiziyaların yadına düşür. Çünki onun heç bir fəxri adı, təltifi yoxdur. Sevilən kinoaktyorun, istedadlı yazıçının 65 illik həyatında yeganə qazancı tamaşaçı diqqəti və oxucu sevgisi olub.

Kinorejissor Əlisəttar Atakişiyevin 1959-cu ildə Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında çəkdiyi "Bir qalanın sirri" film-nağılındakı Elşən rolunu ifa etmiş kinoaktyoru yaşlı və orta nəsil tamaşaçılar daha yaxşı xatırlayırlar.

Yəqin ki, siz də Göygöz Kosaya qalib gəlib sevgilisi Mətanəti xilas edən, kitabların köməyi ilə heyvanların quşların dilini öyrənən, Həkim babanın qollarını açan, dağları yaran Elşəni tanıdınız.

1942-ci ildə “Sovet pəhləvanı” adlı qısametrajlı filmə çəkilən Gündüz Abbasovun böyük kinoya gəlişi 1958-ci ilə təsadüf edir. Kino-dramaturq İmran Qasımovun ssenarisi əsasında rejissor Əjdər İbrahimovun çəkdiyi "Onun böyük ürəyi" bədii filmində prokuror Rəcəb obrazı Gündüz Abbasovun böyük kinoda ilk işi hesab olunur. Bu rola çəkiləndə yenicə ailə qurmuş və iki övlad atası olan Gündüz 28 yaşında idi. Yeri gəlmişkən, filmin çəkilişləri zamanı altıaylıq olan qızı Şəhla da həmin filmdə Rəcəbin bacısı Səmayənin qızı Lalənin körpəlik dövrünü canlandırıb. Yaratdığı bu obraz onun kinoaktyor kimi xeyli populyarlaşdırır.

1930-cu ildə Bakının məşhur Dağlı məhəlləsində, böyük dramaturq Cəfər Cabbarlının qardaşı qızı Mələk xanım və tanınmış yazıçı və jurnalist, Azərbaycan radiosunun ilk sədri, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya gələn oğlanın adını “Sevil” pyesindəki Balaşın oğlu Gündüzün şərəfinə qoydular.

Ədəbiyyat və incəsənətlə sıx bağlı olan ailədə böyüyən Gündüzün uşaqlığı teatrda, kinoda aktyorlar arasında keçirdi, rəssamlığa, yazı-pozuya böyük marağı vardı. 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib.

Ədəbiyyatdan kinoya

Uşaqlıqdan kitaba böyük marağı olan Gündüz Abbasov tələbəlik illərində artıq ədəbi yaradıcılıqla məşğul olur, hekayələr yazır, tərcümələr edirdi. 50-60-cı illərdə “Papasının qızı”, “Canlı körpü” və “Qanadlar” adlı üç kitabı nəşr edilir, yüzlərlə hekayə, felyeton, məqalə və oçerki dövri mətbuatda dərc olunur.

Özünü müxtəlif sahələrdə sınayan Gündüz Abbasov bir müddət Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri işləyir, “Uşaqgəncnəşr” və “Azərnəşr”də redaktor kimi fəaliyyət göstərir. Böyük kinoya addımlarını atmaqla yanaşı bir müddət “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri vəzifəsində çalışır.

Gündüz Abbasov yazıçı kimi kifayət qədər məhsuldar olsa da, 1958-1990-cı illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 20-dək filmdə, o cümlədən 8 ekran əsərində əsas rollarda çəkilib, yaddaqalan, dolğun surətlər yaradıb. “Bir qalanın sirri” film-nağılında Elşən, “Aygün” televiziya filmində Elyar, “Bizim küçə”də Rasim, “Leyli və Məcnun”da Zeyd, “Telefonçu qız”da Mehribanın atası, “Vulkana doğru”da Uzun, “Dədə Qorqud”da Bəybura, “Qərib cinlər diyarında”da İblis, “Babək”də Pərvinin babası, “İşarəni dənizdən gözləyin”də şair, “Qəm pəncərəsi”ndə qoca kəndli, “Alman klinikasına şəxsi səfər”də milyonçu Lioznov, “Doğma sahillər”də Bəndalı kişi, “Yuxu”da Hidayət kişi və s. obrazları Gündüz Abbasov yaradıcılığının maraqlı səhifələridir.

Fransızların maraqlandığı aktyor

Gündüz Abbasov kinoda müəyyən qədər bəxti gətirməyən adamlardandır. Müasirlərini dediyinə görə o “Koroğlu” filmində baş rolu ifa etməli idi. Onu filmdə baş rola sınaq çəkilişlərinə dəvət etmək üçün Moskvaya teleqram vurulur. O vaxt “Bir qalanın sirri” filminin müəyyən epizodları Moskvada çəkildiyi üçün aktyor da orada idi. Rejissor Əlisəttar Atakişiyev teleqramı Gündüzə verməyib gizlədir, onun paralel olaraq başqa filmdə baş rola çəkilməsini istəmir.

Daha sonra çəkilişinə hazırlıq gedən “Şah İsmayıl” filmində Şah İsmayıl roluna təsdiq olunur. Amma müəmmalı şəraitdə bu filmin istehsalı baş tutmur. Halbuki Gündüz, foto və kino sınaq çəkilişlərindən uğurla çıxmışdı.

Ancaq Gündüz Abbasov rejissor Əlisəttar Atakişiyevin “Bir qalanın sirri” film-nağılı ilə kifayət qədər məşhurlaşır. Film Fransada nümayiş olunandan sonra fransız kinematoqrafları Gündüz Abbasovla maraqlanmağa başlayır. Məlum məsələdir ki, o vaxt SSRİ-dən çıxmaq çox çətin məsələ idi…

Bənzərsiz obrazlar…

Həsən Seyidbəylinin “Telefonçu qız” filmindəki Mehribanın atası rolu Gündüz Abbasovun ən sevimli ekran işlərindən biri hesab olunur. Bu filmdəki ata rolu aktyorun bu filmə qədər yaratdığı surətlərdən tamamilə fərqlənən, yeni, təsirli bir surətdir.

Çəkildiyi filmlərdə Gündüz Abbasov müxtəlif planlı xarakterik rollarda çıxış edir.

Ciddi rollarla yanaşı Gündüz Abbasov “Mozalan” respublika satirik kinojurnalının bir çox kinosüjetlərində yaddaqalan surətlər yaradıb. Aktyorun sonuncu filmi rejissor Fikrət Əliyevin “Yuxu” filmidir. Filimdə canlandırdığı Hidayət kişi epizodik rol olsa da yaddaqalandır.

Yazılmamış xatirələr, yarımçıq qalan roman

Gündüz Abbasovun istedadı aktyorluqla yekunlaşmır. O, sənətin bir çox sahələrində kifayət qədər istedadlı idi. Bakı Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirən sənətkar peşəkar şəkildə rəssamlıqla və yazıçılıqla məşğul olub. Yuxarıda qeyd etdiyimiz kimi üç kitabı, yüzlərlə hekayə, felyeton və məqalələri nəşr olunub. Kitablarındakı illüstrasiyaları da o özü çəkib. Həmçinin xarici ölkə yazıçılarının əsərlərini, dublyaj üçün ssenariləri yüksək səviyyədə dilimizə tərcümə edib. Onun tərcümə etdiyi müəlliflərdən Anatoli Aleksin, Aleksey Tolstoyun və Çandar Krişanın adlarını çəkmək olar.

O həm də peşəkar idmançı idi. Əvvəlcə respublika voleybol komandasının üzvü, daha sonra kapitanı kimi beynəlxalq yarışlara da qatılıb.

Gündüz Abbasov ömrünün son illərində xatirələrini yazır, “Keçmişsiz” adlı roman üzərində işləyirdi.

Oxşar xəbərlər

Xəbər lenti

Mahatma Qandinin aforizmləri
21:02 03 İyul 2020
Haqverdiyevlə bağlı film hazırlanır
18:30 03 İyul 2020
Ondan qorxurduq – Bacısı qızı Kafkadan yazır...
17:47 03 İyul 2020
Mehriban Vəzirdən yeni kitab
16:58 03 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
16:13 03 İyul 2020
"Sehrbaz qadın" onlayn nümayiş olunacaq
15:21 03 İyul 2020
Xarici İşlər Nazirliyi nota göndərməlidir - Kino adamları od püskürdü
14:30 03 İyul 2020
Uşaqlar üçün tamaşa
13:57 03 İyul 2020
Anar yeni ssenarisini çəkməyə vəsait tapmır
13:15 03 İyul 2020
Hoşcakal, İrfan bey! – Ayxan Ayvaz yazır...
12:33 03 İyul 2020
Dünya ilə oynayan iki qadın - Mehman Qaraxanoğlu yazır...
12:07 03 İyul 2020
Qəmli-qəmli sevişmək – Oğuz Ayvaz yazır...
11:41 03 İyul 2020
Türkiyənin Azərbaycandakı keçmiş müşaviri vəfat edib
11:16 03 İyul 2020
Günün şeiri Küçük İsgəndərdən - Mətn
10:58 03 İyul 2020
Orxan Pamuk qızına çap qadağası qoydu
10:26 03 İyul 2020
İstəyirdim kimsə məni itələyib küçənin ortasına yıxsın - Bircənin romanı
09:00 03 İyul 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020