writer1

Seymur Baycan

Məqalə sayı

121
clock16:47 calendar-gray 14 Fevral 2014 view-gray5029 dəfə oxunub
view-gray5029 dəfə oxunub

Şabalıd satan qadının əhvalatı

Dahilərdən biri deyib - kişinin özünü qadına bənzətməsi nə qədər eybəcərdirsə, qadının da özünü kişiyə bənzətməsi bir o qədər eybəcərdi. Bu mənada qadın hər şeydən əvvəl qadın, kişi hər şeydən əvvəl kişi olmalıdı. Təbiət dəyişməzdi. Qoy hər kəs özü bu məsələdə heç olmasa öz içində səmimi olsun. Formalar dəyişə bilər, məzmun dəyişməzdi. Bu mənim subyektiv fikrimdi. Gizlətmirəm.

Mən kişini xəsis təsəvvür edə bilmirəm. Kişi arvada verdiyi on manatın xırdasın gözləməməlidi. Heç bu haqda söhbət belə getməməlidi. Cibinin pulunun sayın bilməməlidi. Hərdən arvadın və uşaqların cibdən çox da ağın çıxartmamaq şərti ilə pul çırpışdırmasına da şərait yaratmalıdı. Xırdaçılıq etməməlidi. Bir dostum var. Mən ondan çox şey öyrənmişəm. Düzdü dediklərinin bir çoxlarına əməl edə bilmirdim. Ağlıma girmirdi. Gənclik romantikası reallığı qəbul etməyə imkan vermirdi. Gərək adamı həyat özü ağıllandırsın. Mən həmişə həyata beş il gecikmişəm. Həmişə demişəm ki, kaş indiki ağlım beş il əvvəl məndə olaydı. Təəssüf ki, bu mümkün deyil. Kunderanın təbirincə desəm nəyi düz, nəyi səhv etdiyimizi dəqiq bilmək üçün biz geri qayıtmalı, ikinci bir həyat yaşamalıyıq. Yəni geriyə qayıdıb süjeti başqa istiqamətə doğru davam etdirməliyik. Bu da heç mümkün deyil. Həyatda məşq yoxdu. Bizbirbaşa səhnəyə çıxırıq. Təəssüf ki, bir yerin, bir insanın tam qiymətini bilmək üçün onu itirmək lazımdı. Özü də həmişəlik...

Böyük həyat təcrübəsinə malik dostum (yaşda məndən xeyli böyükdü) deyirdi ki, kişi tərəziyə baxmaz. Qoy, səni aldatsınlar, amma tərəziyə baxma. Kişi "petruşka"nın, kələmin, badımcanın qiymətin aşağı salmaz. Ya al, ya da heç alma. Deyirdi ki, mən bazara girəndə qəssaba deyirəm ki, beş kilo ət çək gəlirəm. Gedib bir dəfə bazarı fırlanıb qayıdıb görürəm ki, qəssab qoyunun ən yaxşı yerindən çəkib. Özündən asılı olmayaraq. Yəni bu arxayınlıq, ərkyanalıq qəssaba istər-istəməz təsir edib. Hətta deyir bəziləri artıq çəkirlər, mən də beş kilonun pulun verib gedirəm.

Doğrudan da həyatda belə adamlar var. Bir neçə dəfə görmüşəm. Onların hərəkətlərin yamsılamaq olmur. Onların ərkyanalığın hamı qəbul edir. Məsələn, bir dostum var. Restoranda ofisiant yaxınlaşıb soruşanda ki, nə istəyirsiniz. Sifarişin verir, axırda da deyir ki, get mənə bir döşəkcə gətir. Ofisiant da gedir hardansa tapır gətirir. Elə adamlar var ki, hamıyla zarafat edir. Hamıya da xoş olur. Görünür hər şeyi ustalıqla etmək lazımdı. Hər şey peşəkarlıq tələb edir.

Təxminən on gün bundan əvvəl ürəyim şabalıd qovurması istədi. Zaqatalada meyvə mağazalarında şabalıd tapa bilmədim. Səhəri gün tezdən getdim bazara. Bazarın girəcəyində bir orta yaşlı qadın dedi ki, qardaş, şabalıd lazımdı? Dedim, hə. Dedi, məndə var, çöldə şaxta vurur deyə içəri qoymuşam. Dedim, ən yaxşısından üç kilo çək gəlirəm. Getdim bazarı bir partiya fırlanıb qayıtdım. Qadından soruşdum ki, borcum nə qədərdi? Məlum oldu ki, qadın şabalıdı çəkməyib. Səbəbin soruşdum. Dedi, qardaş şabalıdın kilosu altı manatdı. Dedim birdən çəkərəm, sonra qiyməti xoşuna gəlməz. Ona görə gözlədim ki, qiymətin sənə deyim. Baxdım qadının üzünə. Dedim, narahat olma, çək və öz-özümə düşündüm. Deməli, mən hələ kişi ola bilməmişəm. Əgər bazarda şabalıd satan bir qadın mənim kilosu altı manata olan şabalıdı ala biləcəyimə şübhəylə yanaşırsa bu yerlə göylə əlləşən Freydi, Dostoyevskini, Kafkanı oxumuşlar niyə məni bir kişi kimi qəbul etməlidirlər. Bir daha başa düşdüm ki, başqasının ayaqqabısını geyinmək olar, amma başqasının yerişin yerimək olmaz...

P.S. Sözün açığı, doğrudan da şabalıdın qiyməti bir az mənə baha göründü. Çünki Bakıda şabalıdı 5 manata, beş manat əlli qəpiyə alıram. Zaqatalada şabalıdın kilosunun altı manata olması bir az qəribə gəldi. Evə gələndə şabalıdı görəndə hər şeyi başa düşdüm. Bu şabalıdı on manata satsalar belə qiyməti yenə dəaz olardı...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Mənim qadınım, sən varsan deyə... - Çağdaş ərəb şeiri
17:01 21 Aprel 2021
Azərbaycanlı aktyor vəfat etdi
16:13 21 Aprel 2021
Kann film festivalının açılışında bu film nümayiş olunacaq
15:32 21 Aprel 2021
Nazir Anar Kərimov koronavirusa yoluxub
14:42 21 Aprel 2021
Anarla Seymur Baycanın oxşarlığı
14:02 21 Aprel 2021
“Qırmızı papaq” onlayn nümayiş ediləcək
13:17 21 Aprel 2021
Azərbaycanlı filosof qız-oğlan münasibətlərindən roman yazdı
12:30 21 Aprel 2021
Gənclərin qarşısını kəsən Rəşad Dağlı: O, niyə ustad ola bilmir?
11:55 21 Aprel 2021
Seymur Baycan nədən narahatdır?
11:02 21 Aprel 2021
Özünü ingilis kimi göstərən gəncəli
10:26 21 Aprel 2021
Tanınmış bəstəkar vəfat etdi
09:36 21 Aprel 2021
Çar arvadının göndərdiyi fotoqraf Aşıq Ələsgərin şəklini necə çəkdi? – Bilmədiyimiz faktlarMüsahibə
09:01 21 Aprel 2021
Milli Kitabxananın direktoru beynəlxalq konfransda iştirak edib
19:00 20 Aprel 2021
Nizami haqda məqalə Malayziya mətbuatında dərc olunub - Foto
18:29 20 Aprel 2021
Bir də yarpaq salma külək poçtuna – Qulu Ağsəsdən şeirlər
17:44 20 Aprel 2021
Çingiz Aytmatovun xanımı vəfat etdi
17:30 20 Aprel 2021
“Kurtlar vadisi”nin Güllüsü Qənimətlər parkında - Foto
17:16 20 Aprel 2021
“Mütaliə edək, dinləyək, tanıyaq” adlı layihə başlayıb
16:25 20 Aprel 2021
Məşhur roman əsasında film çəkilir
15:40 20 Aprel 2021
Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim... - Ən böyük donosbaz kim idi?
15:01 20 Aprel 2021