Azərbaycanın neçə faizi cinə inanır?

Azərbaycanın neçə faizi cinə inanır?
6 dekabr 2013
# 12:29

Orxan Fərəcli, psixoterapevt

Həyatınızın elə bir dönəmi olubmu ki, sizə dua cadu edildiyini, göz dəydiyini düşünəsiniz? Əgər belə bir şey olduğunu düşünübsünüzsə siz tək deyilsiniz. Azərbaycan əhalisinin təxminən 18 faizi caduya, 15 faizi cinlərə, 47 faizi isə bəd nəzərə inanan insanlardan ibarətdir.

Rəqəmlər dünyanın ən nüfuzlu araşdırma şirkətlərindən olan “American Pew”in uzun illər üzərində işlədikdən sonra yayımladıqı İslam araşdırmasındandır.

Araşdırma aparanlar 1 milyard 600 milyon müsəlmanın yaşadığı 39 ölkədə 38 min nəfər insanla üzbəüz görüşüblər. Anket nəticələrinə görə müsəlmanların 85-100 faizi Allaha və Məhəmməd Peyğəmbərə inanır. Buna baxmayaraq “Quran” və hədislərdə tez - tez adı hallanan cin, cadu, bədnəzərə inanma faizi müxtəlif ölkələrdə ciddi mənada dəyişir.

Bəs görəsən cin və ya caduya inanmağımızın, məntiqlə izah olunmayan hər bir hadisədə falçı, cindar qəbuluna getməyimizin səbəbi nədir?

Yəqin çoxunuza dərədən keçərkən təsadüfən cin toyuna düşən və üzərində yağlı əl ləkəsi olan , eləcə də hər gün çapılmış tərli atın üzərində bir gün “hal” arvadının geri dönməsi nağılları danışılıb.

Bəzi nağıl danışanlar hətta bunun nağıl yox, həqiqətən də keçmişdə bir qohumumuzun başına gəldiyini israrla söyləyirdilər. Beyni bu cür doldurulan uşağın təhsil səviyyəsi aşağıdırsa onun “cin”ə inanmağı təbiidir.

“Cin” ərəbcə “cənnə” sözündəndir, mənası örtmək, gizləmək anlamındadır. İslamdan öncəki dövrdə gözlə görünməyən, məntiqlə izah olunmayan hər şey cinlərlə izah edilirdi. Bu mənada xəstəlik törədən bakteriyalar, insan orqanizmi üçün zərərli olan və gözlə görünməyən şüalar da cin adlandırılıb və xəstəliklərin məhz onlar tərəfindən törədildiyinə inanılıb. “Qurani- Kərim”də “Cin” surəsi var, amma Bəqərə surəsinin 102-ci ayəsində vurğulanır ki, Allahın izni olmadan kimsəyə zərər verməzlər.

Məsələnin psixoloji tərəfi vardır. Bir insan deyirsə ki, içimdə cin var, onları görür və yaxud eşidir, deməli onun psixoloji problemləri var. Hallüsinasiya və ya sayaqlamanı da unutmamalı...

Həkimlik fəaliyyətim dövründə onlarla belə xəstə görməyimə baxmayaraq müşahidə etdiyim bir şey var ki, xəstə yaxınları dərmanlarla bərabər özlərinin inandığı mollaya və ya ekstrasens ehtiyac duyurlar. Caduları və qəribə aksesuarları xəstənin üzərinə taxır, “oxunmuş” suları xəstələrinə içirməkdən çəkinmirlər. Ən qəribəsi isə budur ki, xəstə sağaldıqdan sonra dərmanlardan daha çox həmin “şəfalı suyun” hikmətinə inanır.

Sonda isə sizə təqdim edəcəyim bu diaqnostik kriteriləri diqqətlə oxuyun. Əksəriyyətimiz bu adamların yanında olub onların “xidmətlərindən” istifadə etmişik.

DSM - IV-R diaqnostik kriterilərinə görə "Şizotipal şəxsiyyət pozuntusu". Görün efirlərdə, ətrafınızda bunlardan nə qədərdir.

1. Davranışlara təsir edən və mədəni dəyərlərə uyğun gəlməyən əcaib inanclar. Məsələn: batil inanc, qeybdən xəbər vermə və yaxud vergi verildiyinə inanma, telepatiya ya da altıncı hiss, cin çıxarma, xəstə sağaltmaq


2. Əcaib düşünmə forması , geyim və danışıq tərzi. Məsələn: uzun saç, çoxlu üzüklər, qəribə boyunbağılar və akssesuarlardan geniş istifadə


3. Ehtiyatlılıq ya da paranoid düşüncə

4. Uyğunsuz ya da məhdud əhval-ruhiyyə

# 3882 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #