writer1

Şərif Ağayar

Məqalə sayı

540
clock11:32 calendar-gray 24 Oktyabr 2013 view-gray2275 dəfə oxunub
view-gray2275 dəfə oxunub

Sözü ekstazdan ayıltmaq

Şərif Ağayarın yazısı...

Azərbaycan aqrar məmləkət olduğu üçün dilimizin əsasən kənd mahiyyəti daşıdığı barədə ötən yazımızda qısa da olsa bəhs etmişdik. Dil istehsalatla bağlı hadisədir. İnsan nəyi kəşf edirsə ona özü ad qoyur və bütün dünya bu addan istifadə etməyə başlayır. Beləliklə dil tərəqqi edir və yayılır.

Eyni zamanda dilin daxili qatları, poetik ifadə imkanları çox zaman insanların məişəti ilə bağlı olur. Bu mənada idiomatik ifadələri dilin əsl kimliyi hesab etmək olar. Təsadüfi deyil ki, bu ifadələr heç vaxt başqa dillərə tərcümə olunmur. Ancaq bütün dillərdə idiomların qarşılığını bildirən ifadələr vardır. Başqa sözlərlə... Bəzən tərcüməçinin bu qarşılığı tapıb yerinə qoyması oxucular tərəfindən birmənalı qarşılanmır. Tutaq ki, guya, hansısa Con “Gözüm səndən su içmir” ifadəsini söyləyə bilməz. Bu, kökündən yanlışmış! Ona qalsa, Con heç Azərbaycan dilində danışa bilməz.

Şeirimizdə idiomatik ifadələrlə bağlı maraqlı manevrlər diqqət çəkməkdədir. Füzuılidən başlayaraq ən istedadlı qələm sahibləri bu daşlaşmış ifadələri ələ salıb, onu titrətməyə çalışıblar.

Uzun zaman istedadlı yazarlar idiomları sındırmaq istəsələr də, dilin gözəlliklərini əks etdirmək xarakterini ondan ala bilməyiblər. Əksinə biri ironiya edibsə, beşi bu ifadələrdən geninə-boluna bəhrələnib. İstehza edənlər belə əslində həm də idiomatik ifadələrin cazibə gücünü nümayiş etdirməyə çalışıb.

Heç bir idiomatik ifadə təsadüfi işlənməyib.

Hər birinin altında azəri məişəti ilə bağlı bir ayin, bir inanc, bir əhvalat dayanır.

Ancaq, zaman-zaman ifadələrin altında qıvrılıb yatan bu ayin, inanc və əhvalatlar unudulub, yalnız bəlli mənalar qalıb. Məsələn, dilimizdə maraqlı bir ifadə var: yük əyməsə, daş qürbətə düşməz! İlk baxışdan biri biri ilə bağlılığı olmayan sözlərin verdiyi məna əslində oxucu üçün aydındır.

Təxminən belə: zəmanə naxələf çıxmasa, heç kim dərdə- qüssəyə mübtəla olmaz. Əslində isə ifadənin konkret tərəkəmə məişəti ilə bağlı mənası vardır.

Köçəri insanlar yük daşımaq üçün xurcundan stifadə edirlər. Xurcun iki tərəfinə yük yığılaraq minik heyvanlarının belinə aşırılır. Bir tərəf yüngül olanda xurcun – yük əyilir. Bu vaxt insanlar tarazlıq yaratmaq üçün xurcunun və ya yükün yüngül tərəfinə daş qoyurlar. Vədə başına çatanda həmin daş lazımsız olduğu üçün kənara atılır.

Beləliklə yükün – xurcunun əyilməsi daşı “günahsız yerə” öz “yerindən-yurdundan” edir.

Dilin, altında bu cür mənalar gizləyən ifadələri çoxdur. Yazıçının işi həm də söz və ifadələrin ilkin yaddaşını oyatmaq, onu diriltmək, min illik dərin yuxudan oyatmaqdan. Söz o zaman sənət materialına çevrilir ki, ekstazdan ayılır, yaşayır, nəfəs alır.

Böyük istedadla yazılmış şeir və nəsr nümunələrində işlənən sözlərin bizim adi danışıqda işlətdiyimiz eyni sözlərdən əsas fərqi budur.

Beləcə, bəzən mətnin gücü tərcüməyə nə qədər az gəlməsi ilə də ölçülə bilər.

Dil öz sirli pəncərələrini hər kəsin üzünə açmır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Mən xəbərləri oxuyanda qarşımda avtomatlı əsgər dayanmışdı” - Məşhur diktor 19 yanvar gecəsi AzTV-də baş verənlərdən danışır – Müsahibə
15:11 19 Yanvar 2021
“Arşın mal alan” Düşənbədə təqdim olundu
14:38 19 Yanvar 2021
Xalq artisti dünyasını dəyişdi
14:00 19 Yanvar 2021
Məşhur tarzən müğənnini qınadı: "Şəhid verdiyimiz dövrdə toy oxumusan"
13:17 19 Yanvar 2021
Leonardo da Vinçinin itmiş əsəri tapıldı
12:39 19 Yanvar 2021
Şair-əsgər anası: “Gizlində oğlumun çəkmələrini öpürdüm” – Müsahibə
12:01 19 Yanvar 2021
Məşhur prodüser həbsxanda vəfat etdi
11:25 19 Yanvar 2021
Nizami yenidən tədqiq edilməlidir - İradə Musayeva yazır...
10:52 19 Yanvar 2021
Tanınmış aktyor vəfat etdi
10:20 19 Yanvar 2021
Haaqada “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi açıldı
09:55 19 Yanvar 2021
Müasir monqol hekayəsi: Portret - Orijinaldan tərcümə
09:00 19 Yanvar 2021
Nizaminin əsərləri ilə bağlı müsabiqə elan olundu
18:54 18 Yanvar 2021
“Şəhərin qış gecələri” tamaşası onlayn nümayiş ediləcək
18:22 18 Yanvar 2021
İsa Hüseynovun hekayəsi Gürcüstan kitabxanasında
17:58 18 Yanvar 2021
"Üç peyğəmbər" xalçasının müəllifi - Ziyadxan Əliyev yazır...
17:43 18 Yanvar 2021
Dəyişən gerçəkliklərdə gizlənən həyat - Aliyə yazır...
17:01 18 Yanvar 2021
Xalq artisti xəstəxanaya yerləşdirildi
16:19 18 Yanvar 2021
"Şanlı tarix" sərgisi açılacaq
16:09 18 Yanvar 2021
Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı – Maraqlı faktlar
15:27 18 Yanvar 2021
Yeşilçam filmlərinin məşhur aktyoru vəfat etdi
14:46 18 Yanvar 2021