news-inner
clock09:00 calendar-gray 02 Oktyabr 2013 view-gray1338 dəfə oxunub
view-gray1338 dəfə oxunub

“Kennedinin ölümünə şeir yazmışdım” ƏYALƏT LAYİHƏSİ

Dərələrdən yel kimi, təpələrdən sel kimi... Gəlib çatdıq səfərimizin sonuna. Amma yox, olmadı. Ona görə olmadı ki, nə dərə gördük, nə sel, nə də yel. Həm də belə giriş ənənəvi alınır deyəsən. Ona görə də yazıya girişsiz başlayaq.

Cəlilabadda gördüyümüz, görüşdüyümüz sonuncu şairAzərbaycan Yazıçılar Birliyinin üzvü, Şabanlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Əfrahim Abbas oldu.

Ədalət Salman deyirdi ki, sevgi şeiri yazdım, məktəbdən qovdular, Gülabala Teymur söyləyirdiki,Vaqif Səmədoğlu şairliyi gözdən saldı. Görək Əfrahim kişi nə deyir.

Yaradıcılıqla bağlı söhbətdən əvvəl müəllim bizi bir balaca danladı. Dedi, niyə moteldə qalırdınız, bəs bizim ev-eşiyə nə gəlib. Bir qonağı da qarşılıya bilmiriksə, onda biz nə şair, nə müəllimik.

Müəllimə söz verəndən sonra ki növbəti dəfə yolumuz burdan düşəndə mütləq ona xəbər edəcəyik, bir az sakitləşdi.

Və bundan sonra onun yaradıcılığı haqqında söhbətimiz başladı.

Şairin indiyədək beş kitabı çıxıb. Deyir, altıncı kitabı bu yaxınlarda “Qanun” nəşriyyatında işıq üzü görəcək, amma hələ kitaba ad tapa bilmirlər: “Kitabın adının üstündə Ədalətlə müəllimlə (Cəlilabadda nəşr olunan “Sözün işığı jurnalının baş redaktoru Ədalət Salman – red.) birlikdə “Sən niyə tənhasan?” adının üzərində müzakirələr apardıq. Mən kitabın adını belə fikirləşmişdim. Nəşriyyatda “Sən niyə tənhasan?” adıyla bağlı problem yarandı. Adla bağlı bir xeyli fikirləşdik. Kitabın içərisində “Sən niyə tənhasan?” poeması var. Orda ata, ana məhəbbəti, övlad məhəbbəti verilir. Bunun da mənası belə idi ki, hər şeyi, bu məhəbbəti insanlara verən sənsən, amma sən niyə tənhasan?!

Əslində sualı Allaha ünvanlasam da, fikrimdə ana məhəbbətini, ata məhəbbətini, övlad məhəbbətini qabartmışam. Allah qoysa çıxandan sonra kitab barədə şair yoldaşlarım öz fikirlərini yazacaqlar. O poemanın yazılmasında əsas məqsəd ata, ana məhəbbətini, övlad məhəbbətini yüksək səviyyədə qabartmaq olub. Bu, sanki Allaha müraciətdir. Sən bu boyda varlıq yaratmısan, əgər bütün dünyanı sən yaratmasaydın, bir ana məhəbbətini yaratmağın bəs edərdi ki, sənin o böyüklüyünə zərrə qədər də zərər gəlməsin”.

Ana, ata, övlad məhəbbətindən poema yazsa da Əfrahim Abbasın yaradıcılığının əsas xəttini satira təşkil edir: “Deməzdim ki, yaradıcılığımın əsas xətti məhəbbətdir. Bizim yazıçılarımızın əksəriyyəti məhəbbətə çox fikir verir, amma mən daha çox satirik şeirlər yazıram. Ancaq məhəbbətdən yazmaq təbiidir”.

Şair hesab edir ki, yaradıcı adamlar daha çox vətənpərvərlik mövzusunda yazmalıdırlar: “Bilirsiniz, bu gün bütün hallarda vətənpərvərlik, vətənə, torpağa sədaqət ön planda olmalıdır. Torpaqlarımızın 20 faizindən artığı işğal altındadır. Bu gün bir ziyalı, bir müəllim olaraq bütün işim boyu buna cəhd edirəm ki, hər bir kəs vətənə, torpağa sədaqət ruhunda böyüsün. Yazılarımızda elə edək ki, heç vaxt Qarabağ torpağı bizim yadımızdan çıxmasın”.

Şair onuncu sinifdə oxuyanda Amerika Birləşmiş Ştatlarının prezidenti Con Kennedinin ölümü ilə əlaqədar “Amerikanın faciəsi” adlı şeir yazıb: “O vaxt gənc idim, heç bilmirdim “Kommunist” qəzeti nəyi verə bilər, nəyi verə bilməz. Şeiri verdilər, amma təbii ki müəyyən ixtisarlarla”.

Əfrahim müəllim də Yazıçılar Birliyinə gec üzv olanlardandır. 2008-ci ildə üzv olub bu birliyə: “Əyalətdə yaşamağın da buna təsiri var. O vaxt ərizə verdik, qəbul olunduq. O vaxt indiki kimi deyildi, qəbul olmaq da yaxşı idi”.

Şair deyir ki, əvvəlki illərlə müqayisədə kitaba maraq azalıb: “Əvvəlki illərlə müqayisədə kitaba həvəs xeyli azalıb. Bu da ondan irəli gəlir ki, mənim özümə də bir şair kimi nəsə lazım olanda internet qabağımdadır, internetdən istifadə edirəm. Yazarların yaradıcılığı ilə tanış ola bilirəm. Ümumiyyətlə, tək ədəbiyyat adamlarını oxumuram, ölkədə, dünyada gedən prosesləri izləyirəm. Çünki kimin qəbul edib, kimin qəbul etməməyindən asılı olmayaraq əyalətdəki insanlar adətən ölkədə və dünyada baş verənləri savadlı adamlardan soruşurlar. Ona görə bir ziyalı kimi hamımızın buna hazırlıqlı olması lazımdır və labüddür. Başqa cür də ola bilməz. “Dad əlindən zalım dünya” kitabımda bir şəxsiyyətə həsr olunmuş yazıda onun doğulduğu torpaqla bağlı bütün yerlər barədə internetə müraciət elədim. İnternetdən istifadə etməklə o poema yarandı”.

Hansı imzaları bəyəndiyini soruşuruq, şair ad çəkmək istəmir: “Geniş sahə olduğu üçün konkret deyə bilmərəm kimisə bəyənirəm, kimisə bəyənmirəm. Bəzən tanımadığım yazarın da imzasına rast gəlirəm, bəyənirəm”.

Əfrahim Abbas müəllim olduğu üçün təhsilin səviyyəsindən söhbət düşür: “Təhsilin vəziyyəti nəinki rayonda, hətta respublikada heç birimizi qane eləmir. Bu gün təhsil nazirinin dəyişdirilməsi ölkə başçısının təhsilə olan qayğısının təzahürüdür. Yəqin ki, bu təhsilin səviyyəsinə bilavasitə təsir edib və edəcək. Hamınıza məlumdur, yeni Təhsil Nazirinin gəlməsi ilə 2 alan uşaqlara attestatlar verildi. Onlardan 128 nəfərin ali məktəbə qəbul olması, hətta bir nəfərin 559 bal toplaması kiçik hadisə deyil. Bu çox şeydən xəbər verir. Bu ən ədalətli qərardır. Bir fəndən 2 alan uşaq, bu fənni oxumur, amma o biri fənni bilir. Ancaq bütün bunlarla bərabər hələ də problemlər çoxdur”.

“Şagirdlərinizdə ədəbiyyata, şeirə maraq yaratmaq üçün hansısa işlər görürsünüzmü?” sualına müəllim belə cavab verir: “Bu gün yazıçılara diqqət yüksək səviyyədə deyil, amma inanıram ki, gələcəkdə daha yaxşı olacaq. Elə gənclərimiz var ki, meyl, maraq göstərir, müəyyən istedadı var. O istedadlar da müxtəlif çərçivəyə salınmalıdır. Düşəndə kömək edirik ki, gələcəkdə hansı sənət sahibi olmasından asılı olmayaraq Allahın ona bəxş etdiyi bu istedadı üzə çıxara bilsin”.

Əfrahim Abbas təqaüdə iddialı olub-olmadığını soruşuruq:

“Hər il təqaüdə 70 nəfər düşür, yaxın vaxtlarda hamıya növbə çatacaq. Yerdə qalan olmayacaq, hər bir kəs alacaq. Bazarla götürəndə o təqaüdlərin də səviyyəsi çox aşağıdır. Çox sağ olsunlar yenə də verirlər, ancaq bazar iqtisadiyyatı şəraitində çox aşağıdır”.

Söhbəti yekunlaşdırıb getmək istəyirdik, amma müəllim buraxmadı. Dedi ki, sizi bir tikə çörəyəqonaq eləməsək, ta nə şair, nə müəllim, nə kişi olduq.

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020
Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
13:53 12 Avqust 2020
Manaf Ağayevin döydüyü model sevgili – “Ay canı yanmış” rəzaləti
13:49 12 Avqust 2020
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
13:12 12 Avqust 2020
Özündən 45 yaş kiçik şagirdini hamilə qoyan müəllim
12:53 12 Avqust 2020
Azərbaycanlı yazarın kitabı Türkiyədə nəşr olundu
12:09 12 Avqust 2020
Mədəniyyət Nazirliyinin mətbuat katibi işindən ayrıldığını açıqladı
11:23 12 Avqust 2020
Əfsanəvi müğənninin gitarası rekord qiymətə satıldı
11:10 12 Avqust 2020
Namazı ana dilimizdə qılsaq, daha səmimi olarıq
10:31 12 Avqust 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
09:57 12 Avqust 2020
Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
09:00 12 Avqust 2020
Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020