Qaçqınlığa tərifdi tələbə yataqxanasında böyümək

Qaçqınlığa tərifdi tələbə yataqxanasında böyümək
15 avqust 2013
# 15:09

Binamızın bir sakini var. Əli dayı... İllər əvvəl hər səhər evdən çıxanda, salamlaşıb görüşən, atama rəhmət oxuyan bu həlim insana üz-gözüm öyrəşmişdi.

Bir müddət keçəndən sonra daha görmədim, papirosu papirosa calayan, gözü yol çəkən Əli dayımı. Soruşdum, dedilər ki, xəstələnib artıq pilləkənləri düşə bilmir, gözləri də görmür...

3 dəfə ziyarətinə getmişəm. Onu xəstəliyin əlində bu qədər acız, köməksiz görməyə dözmürəm...

Bayramını təbrik etməyə getdim bu dəfə də Əli dayımın. Sarsıldım...

Həyatında bir qarışqanı belə incitməyib, heç kimin qəlbinə dəyməyib deyirlər...

Amma bu həyatda imtahanı ağır olub təəssüf ki. Dünya işığına həsrət qalıb, bədəni yumağa dönüb, taleyinin ağrı-acısı üzündə qırışlara çevrilib...

Bəlkə də onun acınacaqlı vəziyyətini görməsəydim, nə qaysaq bağlayan 21 illik bu yaram qanayacaqdı, nə də bu yazını yazacaqdım.

Elə ağrılar var ki, insanı öldürmür, nə qədər ölmək istəsən də.

Yalnız işgəncə verir iliyinə, qanına qədər, amma yaşadır.

Bizim yaşadığımız kimi...

21 il....

Hər anı nisgilli, boynumuzda minnət və bir də qınaq dolu qocaman 21 il...

Çarəsiz və ümidsizcəsinə paytaxta üz tutan qaçqın karvanı...

Gücü gözlərinin yaşına çatan bir ananın ağısıyla başlayan və tələbə yataqxanalarından birində sonlanan yolçuluğumuz....

Nə baharı, nə də qışı bizim olmayan, ağuşuna sığındığımız küləkli-tozlu şəhər...

Bir də yeni adımız. Bizə qaçqın dedilər (hər nə qədər biz məcburi köçkün olsaq da...). Bu adın ağırlığını çiyinlərimdə və ürəyimdə daşıdım...

Bir yerdə böyüdüm onunla...

Bir gün geriyə dönmək ümidi ilə yaşayan atamın can verdiyi dörd divar oldu evimiz...

Alışmadım bu dörd divara...

Anamın geriyə qaytarmaq istədiyi günlərin ardından boylandığı pəncərələrdən görünmədi vətənin dərdə dönən dağları.

Bir yerə toplaya bilmədik, çiliklənmiş arzularımızı.

Hərdən mənə elə gəlir ki, yaşadığım yataqxananın divarları heç yayda da isinmir.

Bum-buz olur...

Burda bir insan dünyasını dəyişəndə elə bil divarlar da ağlayır, səssizcə, için-için...

Bəlkə də, bu səssizliyin kimsənin eşitmədiyi harayını 21 il əvvəl-doğma Laçınımı tərk edən gün özümlə gətirdiyim üçün hələ də qulaqlarımdadır.

Dili, ağzı olmayan, hövlündən içi içini yeyən səssizlikdi qaçqınlıq...

Bəzən qaçqın adın eşidəndə, “Onların gözəl evləri, bağ-bağçası, ən son model avtomobilləri var!” deyən, həmvətənlərim.

Dəbdəbədən, zər-zibadan uzaq yataqxana künclərində qəlbi buruq böyüyən uşaqlıqdır qaçqınlıq....

Ayağı torpağa dəyməyən, yataqxananın dar dəhlizlərində var gəl edib, yayın bürküsündən ürəyi yanan analarımız, nənələrimizdir qaçqınlıq...

Min dəfə bu dünyaya göz açmağa peşman olub, sonra betərin betəri var söylədən, əstəğfürüllah yoxuşudur qaçqınlıq.

Həsrəti boyunlarına kəfən edib, ölümünə doğru bu yoxuşla yol gedən, uçurumun təpəsində dayanıb sonu görünməyən bir boşluğa gözünü dikənlər var bu yataqxanalarda...

Əli dayı kimi. Ölən hər kəsin arxasınca yataqxananın soyuq divarına söykənib, hönkür-hönkür ağladığını görmüşəm onun...

Əslində uzaq düşdüyü vətəni, əlinin qabarı ilə tikdiyi, amma yanıb kül olan evi, bir də qərib torpaqda dəfn olunmaq nisgili üçün ağlayan Əli dayım bu gün o uçurumun tam kənarındadır...

Ümidsiz, çarəsiz...Nəfəsinin tükənəcəyi günü gözləyir.

Qaçqınlığın ən ağır tərəfidi, qərib diyarda dəfn olunmaq...

Bir də, ürəyində torpaq həsrəti üzünü qibləyə tutan, günlərini sayan nə gələcəyi, nə bitəcəyi olan çilədi qaçqınlıq....

# 2768 dəfə oxunub

Oxşar xəbərlər

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

12:05 12 sentyabr 2026
Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

17:00 10 sentyabr 2026
Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

13:30 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər