Əli Şəriəti: “Bu iyrənc Avropanı yamsılamağı dayandıraq”

Əli Şəriəti: “Bu iyrənc Avropanı yamsılamağı dayandıraq”
10 avqust 2013
# 07:45

Kulis.az İslam mütəfəkkiri Əli Şəriətidən seçmə sitatları təqdim edir.

“Mən hamını rahatlatmaq üçün gəlmədim, rahatları narahat etmək üçün gəldim...”

“Cəmiyyətin bünövrəsində ədalət dayanmırsa, xəstə, sapmış və müvəqqəti bir cəmiyyətdir, yox olmağa məhkumdur”.

“Qadınının oxuyub yazma haqqı olub olmadığını müzakirə etdik. Düşündük ki, əgər yazmağı öyrətsən, yad adamlara məktub yazar...”

“Dostlar, gəlin Avropanı tərk edək. Bu iyrənc, meymun kimi Avropanı yamsılamağı dayandıraq...”

“Mənə görə insanı bütün heyvanlardan ayıran şey, qeybə qarşı olan qayğı, narahatlıq və düşüncədir”.

“İnandığı kimi yaşamayanlar, yaşadığı kimi inanmağa başlayarlar”.

“Elm və pul, nərgiz və qızılgül kimidir. Bunlar birlikdə açmazlar”.

“Oxuyun. Çünki mürəkkəbin axmadığı yerdə qan axır”.

“Onlar mədəni olmaq üçün Qərbin alət, qəlib və dəyərlərini götürmək məcburiyyətindədirlər. Buna görə də savadı deyil, istehlakı artan insana mədəni deyirlər”.

“Kim daha çox insandırsa, daha çox dərdli olur”.

“Kədər yox olanın əksikliyindən, üzüntü isə var olanın əksikliyindəndir”.

“Bizim dərdimiz... Xalqımızın cəhaləti və savadsızlığı deyil, Ziyalılarımızın yarımçılığı, yarım təhsilliliyi, yarım savadlılığıdır".

“Ziyalının öz dövründə məsuliyyəti, peyğəmbər olmadığı halda, cəmiyyətinə peyğəmbərlik etmək, xalq kütləsinin donub qapanmış qulaqlarına qurtuluşu səsləmək, doğru yönü göstərmək, ölgün cəmiyyətdə hərəkətə öndərlik etmək, hərəkətsiz bir cəmiyyətdə yeni bir iman atəşini alovlandırmaqdır!”

“Cəhalət dövründə şüur, özü bir qanun pozuntusudur”.

“Batili məhv etmək olmursa, onu rüsvay etmək olar. Əgər haqqı bərpa etmək olmursa, onu sübut etmək, zamana tanıtdırmaq və diri saxlamaq olar!”

Çox əzablıdır:

Xəzinə olub, gizli qalmaq!

Xəzinə olub, xarabalıqlarda unudulmaq!

Böyük əzabdır elm olub alimsiz qalmaq!

Elm olub alim tapmamaq!

Gözəl olub, görülməmək!

Fəryad olub, eşidilməmək!

Nur olub, işıqlandırmamaq!

Alov olub, isitməmək!

Eşq olub, qəlb tapmamaq!

Cisimsiz ruh omaq!

Çeşmə olub, təşnə tapmamaq!

Söz olub, peyğəmbər olub, bir kəs tapmamaq!

Oxucusuz əsər olmaq!

Əl olub, nəvaziş etməyən bir əl olmaq...

# 5336 dəfə oxunub

Oxşar xəbərlər

"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

14:50 12 fevral 2026
"Bizə hüquq verməyən istibdadınızı yıxacağıq" - 1917-ci ildə kişilərə meydan oxuyan o qadın kim idi?

"Bizə hüquq verməyən istibdadınızı yıxacağıq" - 1917-ci ildə kişilərə meydan oxuyan o qadın kim idi?

10:00 12 fevral 2026
İntihara aparan monoqrafiya - Bağırovun hansı sözündən sonra ona qarşı  düşmәnçilik kampaniyası başlanmışdı?

İntihara aparan monoqrafiya - Bağırovun hansı sözündən sonra ona qarşı düşmәnçilik kampaniyası başlanmışdı?

10:00 11 fevral 2026
Atasından gizli rus gimnaziyasına verilən mühacir... - İran şahı hansı әsәrinә görә ona qiymətli üzük bağışlamışdı?

Atasından gizli rus gimnaziyasına verilən mühacir... - İran şahı hansı әsәrinә görә ona qiymətli üzük bağışlamışdı?

10:00 9 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
"Tamam susmaq da olmur..." - Səməd Vurğun hansı Xalq yazıçısının çıxışına müdaxilə etmişdi?

"Tamam susmaq da olmur..." - Səməd Vurğun hansı Xalq yazıçısının çıxışına müdaxilə etmişdi?

10:00 2 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər