Vaxt ölçüsü saat nə vaxt yaranıb?

Vaxt ölçüsü saat nə vaxt yaranıb?
28 mart 2013
# 12:11

An, dayan! Zaman, bircə an axma, dur! Zamanı, vaxtı bircə an öz təbii axarından saxlamaq olarmı? Əsla! Bu, mümkünsüzdür, o dayana bilməz. Zamanın təkəri yalnız irəliyə doğru şütümək üçündür. Saatın əqrəbləri yaşanılmış hər günümüzü qayçı təki ömrümüzdən kəsib tökür. Bəzən saat əqrəbləri fırlanmaqdan yorulub dayansa da bu cansız əqrəblər zamanın axarını dayandırmaq zorunda deyil və ola da bilməz. Zaman axıb gedir və dayanmır.

Bəs zamanın vaxtını, ölçüsünü bilmək və yadda saxlamaq üçün insanlar hansı sistemləri yaradıblar və o sistemlər sonradan özünü necə doğruldub?

Hələ çox qədimdən düşüncə, şüur səviyyəsi tam formalaşmamış insanlar vaxtı ölçmək sistemləri hazırlayıblar. Bu sistemə təqvim adı verilib. Təqvimlərdə əsas vaxt vahidi olaraq Yerin öz oxu ətrafında fırlanma dövrü (gecə-gündüz) və Yerin Günəş ətrafında dolanma dövrü – il qəbul olunub. Bəs böyük binaların qülləsindən, divardan asılan, qolumuza bağladığımız, üzük qaşına, medalyona, avtoqələmlərin gövdəsinə və s. quraşdırılmış qızıl, gümüş, kvars, elektron saatlar nə vaxt yaranmışdır? Yəqin ki, heç birimiz bu suala dürüst cavab verə bilmərik. Saatın yaranma tarixi insanların təkər ixtira etməsi qədər qədimdir.

A.Vadimov və M. Trivas “Qədim ovsunçulardan zəmanəmizin gözbağlayıcılarına qədər” kitabında göstərirlər ki, ilk su saatını eramızdan on beş əsr əvvəl qədim Misir kahini Amenemhet icad edib.

Bununla belə, ən qədim saat aləti qnomon (yunanca – “göstərici” deməkdir) hesab edilir. Meridian istiqamətində Günəşin yüksəkliyini müəyyənləşdirmək üçün işlədilən bu astronomik alət üfüqi müstəvi üzərində bənd edilmiş şaquli şüvüldən ibarət olubdur. Günəş qalxanda şüvülün kölgəsi müstəviyə düşürmüş və bununla da vaxt müəyyən edilirmiş.

Misirlilərin və qədim yunanların düzəltdikləri su saatı kiçik deşiyi olan qabda yerləşirmiş. Həmin qabdan su sızır və suyun miqdarı ilə zaman ölçülürmüş. Eramızın III əsrində İskəndəriyyədə bu su saatları klepsidra adlanırmış və ən kamil klepsidra Arsinoy məbədində qurulubmuş. Tompeyadakı su saatları qızıl və qiymətli daşlardan olan bəzək-düzəyi ilə çox məşhurdur və onlar tarixdə ilk qızıl saat hesab edilir.

Sonralar su saatı öz əhəmiyyətini getdikcə itirməyə başlayıb. Tarixə papa P. Silvester adıyla düşmüş italiyalı çoban Herbert Aurellak (940- 1003) X əsrin ikinci yarısında çarxlı saat icad edib.

X əsrin sonlarında Avropanın iri şəhərlərində qüllə saatları yayılmağa başlayıb. 996-cı ildə papa II Silvesterin Maqdeburqda düzəltdiyi qüllə saatı tarixdə birinci olub. Bir qədər sonra Milanda, Strasburqda, Hollandiyada və başqa yerlərdə qüllə saatları populyarlıq qazanıb. Rusiyada, Moskva Kremlində ilk qüllə saatı rahib Lazar Serbin tərəfindən 1404-cü ildə yaradılıb. Bakıda isə qüllə saatı XX əsrin əvvəllərində Şəhər Dumasının binasında qurulub.

Kəfkiri ilk dəfə X əsr ərəb astronomu İbn Yunis tətbiq edib. Lakin onun quraşdırdığı alətin sayğacı olmadığından o, kəfgirin hərəkətini saymaqla vaxtı müəyyən edirmiş.

Bugünkü cib və qol saatları isə XIX əsrin ikinci yarısında yaranıb.

Hər birimiz gündəlik işimizi saatla ölçürük. Saat isə zamanın köksündə ürək kimi döyünməkdədir. Saatın əqrəbləri bəzən yerişini saxlasa da zaman öz əbədi yerişindədir. Bu yazıda qolunuza bağladığınız, evinizin divarından asdığınız gündəlik işlərinizi nizamlayan saat haqqında qısa bilgi vermək istədik. Hər halda saatın yaranma tarixini də bilməyimiz lazımdır.

# 11690 dəfə oxunub

Oxşar xəbərlər

BDU-nun ilk azərbaycanlı professoru - Onu niyə şantaj edirdilər?

BDU-nun ilk azərbaycanlı professoru - Onu niyə şantaj edirdilər?

15:00 12 dekabr 2025
Həbs edilən, sürgün olunan, xərçəngdən sağalan Nobel mükafatçısı  - Onun köməkçisi niyə özünü asmışdı?

Həbs edilən, sürgün olunan, xərçəngdən sağalan Nobel mükafatçısı - Onun köməkçisi niyə özünü asmışdı?

15:00 11 dekabr 2025
"Ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı" - Əbdürrəhim bəyi kimlər hədəf almışdı?

"Ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı" - Əbdürrəhim bəyi kimlər hədəf almışdı?

12:00 11 dekabr 2025
6 dəfə həbs olunan “gizli Müsavatın üzvü” - O, sürgündən həyat yoldaşına yolladığı məktubda nə yazmışdı?

6 dəfə həbs olunan “gizli Müsavatın üzvü” - O, sürgündən həyat yoldaşına yolladığı məktubda nə yazmışdı?

12:00 9 dekabr 2025
"Elə bildik ağlayır..." - Bəxtiyar Vahabzadə kimlərə "Zindanlarda çürüyərsiniz" demişdi?

"Elə bildik ağlayır..." - Bəxtiyar Vahabzadə kimlərə "Zindanlarda çürüyərsiniz" demişdi?

10:00 9 dekabr 2025
Erməni rejissorun gizli planı: Üzeyir bəyin icazəsiz çəkilən filminin nümayişi necə dayandırıldı?

Erməni rejissorun gizli planı: Üzeyir bəyin icazəsiz çəkilən filminin nümayişi necə dayandırıldı?

10:00 6 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər