Kiyevdə tədbir: “Lesya Ukrainka Azərbaycan mədəniyyət məkanında”

Kiyevdə tədbir: “Lesya Ukrainka Azərbaycan mədəniyyət məkanında”
29 aprel 2026
# 16:10

Görkəmli Ukrayna şairinin anadan olmasının 155 illiyi münasibətilə Kiyevdə “Lesya Ukrainka Azərbaycan mədəniyyət məkanında” adlı beynəlxalq ədəbi-bədii tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində şairin mədəni irsinin ilk dəfə Azərbaycanda hərtərəfli tədqiqi, o cümlədən Bakının Qaradağ rayonunun Lökbatan kəndindəki Lesya Ukrainka abidəsinin tarixi, eləcə də şairin Azərbaycan dilinə tərcümə olunmuş əsərlərinin icmalı, nəşrləri, məqalələri və onun yaradıcılığı ilə bağlı Azərbaycan müəlliflərinin tədqiqatları təqdim olunub.

Proqramın ayrıca bir hissəsinə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Ukrayna Kitab İnstitutunun dəstəyi ilə Azərbaycan dilində nəşr olunmuş “Meşə nəğməsi” adlı kitabın təqdimatı da daxil idi.

“Lesya Ukrainka Azərbaycanın mədəniyyət məkanında” layihəsinin müəllifi və kuratoru, Ukrayna-Türk Mərkəzinin direktoru Marına Qonçaruk qeyd etdiyi kimi, layihə mədəni diplomatiyanın qarşılıqlı əlaqəsini və onun Ukraynaya humanitar dəstəyə təsirini nümayiş etdirir. O bildirib ki, ilk dəfə olaraq, tək bir tədbir çərçivəsində Lesya Ukrainka şəxsiyyətinin Azərbaycanın mədəni məkanına necə inteqrasiya olunduğu və bu humanitar meyarın Ukraynaya dəstək üçün real addımlara çevrildiyi sistemli şəkildə təqdim olunub. Bu kontekstdə mədəni diplomatiyanın Azərbaycanın Ukrayna şəhərlərinin və sosial infrastrukturun bərpasına yönəlmiş humanitar yardımına təsiri də mühümdür.

“NEQSOL Holding B.V.” şirkətinin Ukrayna nümayəndəliyinin rəhbəri Volodimir Lavrençuk qeyd edib: “Lesya Ukrainkanı mübariz, ziyalı, bir çox dildə sərbəst danışan, mətanət, azadlıq və Ukraynanın Avropa kimliyinin rəmzi kimi tanıyan, həmçinin Azərbaycan köklərinə malik və Avropada fəaliyyət göstərən qlobal şirkət olan “NEQSOL Holding” onun əsərlərinin Azərbaycan dilinə tərcüməsini öz kimliyinin və dəyərlərinin təbii davamı kimi dəstəkləyir”.

“Tərəzi” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının prezidenti Cəlal Hüseynov vurğulayıb ki, bu tədbir təkcə tərəfdaşlıq səviyyəsini deyil, həm də onun bütün əhatə dairəsini əks etdirir: “Qarşılıqlı anlaşmanın ən yüksək səviyyəsi məhz sözlə ifadə olunur. Tədbir Ukraynadakı Azərbaycan biznesinin flaqmanı olan SOCAR və Azərbaycan köklərinə malik beynəlxalq şirkət olan “NEQSOL Holding” tərəfindən dəstəklənib. Ukraynadakı Azərbaycan biznes icmasının nümayəndəsi olaraq, bu tədbirin böyük aktivləri idarə edən, Ukraynada inkişaf mərhələsində olan və müharibə dövründə həm mədəniyyət, həm də humanitar dəstək üçün resurslar tapan şirkətlər tərəfindən dəstəklənməsindən xüsusilə məmnunam. Bu, əsl ardıcıllıq və Ukraynaya inamın təzahürüdür”, - deyə o qeyd edib.

Ukrayna Kitab İnstitutunun direktor müavini Yelena Odinokaya da tədbirdə iştirak edib. O, “Meşə nəğməsi” kitabının Azərbaycan dilində nəşrinin rəmziliyini vurğulayıb: “Bu tərcümənin nəşrində iştirak etmək bizim üçün son dərəcə zəruridir. Müraciət etdiyimiz insanların və ölkələrin dillərində dünyaya çıxmaq çox vacibdir. Tərcümələr xalqlarımız arasında körpülərdir, bizi birləşdirən və başqalarının bizi necə gördüyü prizmasından özümüzü yenidən təsəvvür etmək imkanı verən amildir”.

Tədbirdə, həmçinin Azərbaycan şairi və “Meşə nəğməsi” kitabının tərcüməçisi Salam Sarvanın salamlama nitqi təqdim olunub.

Bədii hissədə Ukrayna sənətçilərinin ifasında Azərbaycan xalq mədəniyyətini təmsil edən xoreoqrafik və vokal çıxışlar yer alıb. Həmçinin instrumental əsərlər, o cümlədən bandurada ifa olunan Azərbaycanın Dövlət Himni də səsləndirilib.

Tədbirdə Mariupol Dövlət Universitetinin tələbəsi Mariya Zamayın “Lesya Ukrainka Azərbaycan mədəniyyət məkanında” adlı sənət kollajlarından ibarət sərgi də nümayiş etdirilib.

Rəsmi mərasimdən sonra qonaqlar ləziz şirniyyatlar düzülmüş ənənəvi Azərbaycan çay süfrəsindən zövq alıblar. İştirakçılar, həmçinin Lesya Ukrainkanın ailəsinin sevimli “kosaçevski” tortunun da dadına baxıblar. Azərtac

# 586 dəfə oxunub

Oxşar xəbərlər

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək

15:38 29 iyun 2026
Alla Puqaçova karyerasına son qoydu - Səbəb

Alla Puqaçova karyerasına son qoydu - Səbəb

15:20 29 iyun 2026
Canlı, səmimi və işıqlı səhifələr... - Ömrün 75 illik zirvəsi

Canlı, səmimi və işıqlı səhifələr... - Ömrün 75 illik zirvəsi

15:00 29 iyun 2026
"Hörümçək-adam"ın əsl vizual "atası" - O, niyə inzivaya çəkilmişdi?

"Hörümçək-adam"ın əsl vizual "atası" - O, niyə inzivaya çəkilmişdi?

14:30 29 iyun 2026
"Niyə içirsən? Unutmaq üçün..." -  Həyatda məna tapa bilməyib qapalı dövrədə ilişib qalanlar

"Niyə içirsən? Unutmaq üçün..." - Həyatda məna tapa bilməyib qapalı dövrədə ilişib qalanlar

14:00 29 iyun 2026
"Hər kəs tənqidi təfəkkürə möhtacdır" - Damien Storey ilə müsahibə

"Hər kəs tənqidi təfəkkürə möhtacdır" - Damien Storey ilə müsahibə

13:50 29 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər