"Zəncirlənmiş Prometey" Milli Dram Teatrının səhnəsində

"Zəncirlənmiş Prometey"  Milli Dram Teatrının səhnəsində
29 aprel 2026
# 10:18

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Şota Rustaveli adına Gürcüstan Milli Teatrı Esxilin "Zəncirlənmiş Prometey" tamaşasını təqdim edib.

Kulis.az xəbər verir ki, nümayişdən əvvəl çıxış edən Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov iki ölkə arasındakı mədəni əlaqələrdən danışıb. Qeyd edib ki, tamaşanın Bakı premyerası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə iki milli teatr arasında imzalanan əməkdaşlıq haqqında memorandum çərçivəsində reallaşıb.

İkihissəli faciəli fantaziya tamaşasının müəllifi və quruluşçu rejissoru, dünyaşöhrətli rejissor Robert Sturua teatrda çıxış etdikləri üçün məmnunluğunu bildirib. “Əvvəlki qastrollarımız burada hər zaman böyük uğurla keçib. Qırx ildən artıqdır ki, bizi dəstəkləyən Azərbaycan tamaşaçısını məyus etmək istəmirik”, - deyə o əlavə edib.

Daha sonra qonaqlar tamaşanı izləyiblər. Tamaşanın baş rollarında Levan Xurtsia, Manana Abramişvili, Nino Arsenişvili və digər tanınmış aktyorlar - Qoga Barbakadze, Luka Quledani, Buka Tolordava və s. çıxış edirlər. Əsərin tərcüməsi Nino Kantidzeyə, səhnə tərtibatı Ana Ninua, Merab Merabişvili və Robert Sturuaya məxsusdur. Kostyumlar üzrə rəssam Ana Ninua, musiqi tərtibatçısı Svimon Canqulatşvili, xoreoqraf Kote Purtseladze, rejissor assistenti isə Tea Marqvelaşvilidir.

Səhnə əsəri antik faciənin klassik statikliyindən uzaqlaşaraq, onu müasir insanın daxili iztirabları ilə vəhdətdə təqdim edir. Prometey obrazı burada həm bəşəriyyətin fədakar xilaskarı, həm də dərin tənhalıq yaşayan bir qəhrəman kimi canlandırılır.

# 969 dəfə oxunub

Oxşar xəbərlər

Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
“Ağıldan kəm Jurden”  tamaşasının premyerası baş tutdu

“Ağıldan kəm Jurden” tamaşasının premyerası baş tutdu

14:30 15 iyul 2026
"Ağıldan kəm Jurden"  tamaşasına daxili baxış keçirildi

"Ağıldan kəm Jurden" tamaşasına daxili baxış keçirildi

13:12 13 iyul 2026
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

11:40 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər