news-inner
clock17:25 calendar-gray 11 İyun 2021 view-gray657 dəfə oxunub
view-gray657 dəfə oxunub

Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz

Kulis.az Sevinc Elsevərin yazıçı Nərmin Kamalın saytımızda yayımlanan “Müharibə qurtadı” hekayəsi haqqında tənqidi yazısını təqdim edir.

Həyatımız, reallığımız özü cansıxıcıdır. Bəlkə, ona görə müasir gənclərin yazdıqları hekayələr ürəyimizi bu qədər sıxır? Biz işıqlı, sonu nikbinliklə bitən, nikbinlik aşılayan əsərlər gözləyirik. Onlarsa ancaq dərddən-qəmdən, məişətdəki davalardan, çətinliklərdən, insanların pozulmuş münasibətlərindən yazırlar.

Nərmin Kamalın “Müharibə qurtardı” hekayəsini oxuyanda mənim də ürəyim sıxıldı. Ancaq bu sıxıntı acığıma gəlmədi. Bu sıxıntı hekayədən qabaq da məndə vardı. Mənim kimi ürəyi sıxıntılı bir adamın, mənə bənzər adamın yazdığı hekayə idi bu.

Deməli, məni anlayan birinin.

Anladığım birinin.

Kaş ki, yazıçı hekayəsinin adını “Hərənin öz davası” qoyardı. Çünki hekayə də bizə bunu deyir: hamımız müharibədəyik!

Hərəmizin öz davası var!

Çoxumuz apardığımız bu müharibələrdən məğlub çıxırıq.

“Müharibə qurtardı” hekayəsinin qəhrəmanının arvadıyla müharibəsinin bitməyi ölkənin ərazi bütövlüyü uğrunda gedən müharibənin qurtarmağıyla üst-üstə düşür.

Hekayənin acı yumoru var.

Hekayənin gülməli yeri atasının anasını öldürəcəyindən qorxan qızcığazın bıçaqları gizləməsidir.

Nəinki gülməlidir, ağlamalıdır o uşağın qorxusu, hissləri...

Teymurun ata ocağına qayıdarkən, cəbhədən qayıdan döyüşçüləri qarşılayan kütlənin arasına düşməyi, ləngiməyi, onu da müharibədən qayıdan bir döyüşçü zənn etmələri, çiyinlərdə atılıb-tutulmağı gülümsədir bizi.

“Teymur fikirli-fikirli yola üz qoymuşdu ki, bu dəfə də insan dənizinin ortasına düşdü. “Ura! Yaşasın!” çığırmağa yollanan qızğın yeniyetmələr, əsgərlərin qohumları, yaxınları, qəhrəmanlara baxmağa gedən yoldan keçən yad kişilər, qadınlar. Bir-birinin ardınca gəlib bağlı yolda dayanan avtobusların da hərəsindən bir müharibəlik adam düşürdü. Hər ağızdan bir səs çıxır, bir dəstə dayanır, bir dəstə gedirdi. Həyəcanlı camaat qışın ortasında bivaxt yuxudan ayılmış böyük ac ayı kimi çaşqınlıq içində ləngər vururdu. Teymur əl-qol atdı, amma adamlar arasından cığır açıb çıxmaq mümkün olmadı”.

Hamımız müharibədəyik, bitməyən müharibənin içində.

Bəlkə, öldüyümüz gün bitəcək müharibənin içində.

“Həyat mübarizədir! Həyat özü müharibədir!”

Cəbhədəki oğullardan birinə - Oqtay Səfərova hələ sağ olanda, hələ şəhid düşməmişkən həsr elədiyim şeirin sonunda deyirdim:

Sənin qələbən
həm də evə sağ-salamat qayıdışındır!

Başqa bir şeirdə isə belə yazmışdım:

hər gecə minlərlə qadın
dizin-dizin sürünərək
yalvararaq əl açır Allaha:
“ailəmin bütövlüyünü qoru!”- deyə
ölkənin bütövlüyü uğrunda gedən müharibədə…

Böyük müharibənin içində kiçik müharibələr, fərdlərin öz müharibələri də var. Teatrşünas kimi tanıdığınız, ancaq mənim həm də şair kimi sevdiyim dostumuz Aliyə müharibədən sonra belə bir şeir yazmışdı

Sənə məktub yazıram əsgər, mülki həyatdan
Əyilə-əyilə gəzdiyimiz tülkü həyatdan
biz də burda səngərdə
səksəkədə
qorxularımızı açıb bələyirik

Daim hücum təhlükəsi var
arabir çıxıb qarasına güllə səpələyirik
hər an minaya düşə bilərik yanlış sözə bassaq
hərədə ən azı bir daraq güllə var
bir də bilmirik kim düşmən çıxacaq

Biz daha amansızıq burda, biləsən
Öldürməz, yaralarıq dərin bir yerdən
Deyərik, təsadüfən oldu, təsadüfən
Amma bədahətən yazılır bu nifrət nəğməsi

Biləsən
bizik
mülki müharibənin
ayıq sayıq əsgəri

Şeir “Günün neqativi” adlanır. Oxucular pozitiv mətnlər gözləsə də, hələlik reallığımız budur. Reallığımız, ürəksıxan, ümidsiz, dava-şavalıdır.

“Müharibə qurtardı” hekayəsinin qəhrəmanının müharibəsi doğrudan da başa çatıbmı?

Məncə, yox!

Yaxud, bizim hər birimiz müharibənin içində deyilikmi?

Yer üzündə müharibələr bitəcəkmi?

Bir gün insan müharibəsiz yaşayacaqmı?

Ümumiyyətlə, müharibəsiz həyatın mənası varmı?

Bəlkə, həyatın mənası bu müharibələrdədir?

Sonu necə bitməyindən, məğlub, ya qalib çıxmağımızdan asılı olmayaraq!

Nərmin Kamalın hekayəsi bu suala cavab vermir.

Heç vermək də istəmir.

Çünki bu sualın cavabı yoxdur!

Balaca bir hekayədə müəllif az sözlə bizə həm də çox şey deyir: bu həyatda hərənin öz müharibəsi, qovğası var.

Əslində, hamının bildiyini yeni bir hekayətlə deyir bizə müəllif.

Təsirləndirir, düşündürür...

Oxşar xəbərlər

Xəbər lenti

Sözümüzün Cahangiri - Müşfiq Şükürlü yazır
11:30 22 İyun 2021
Van Dammla qohumluq şousunun gizlinləri – Sərdar Amin yazır...
11:01 22 İyun 2021
Bir şairi öldürdülər – Günün Şeiri
11:00 22 İyun 2021
Anarın hekayəsi Monteneqronun populyar saytlarında
10:30 22 İyun 2021
Tanınmış şair vəfat etdi
09:56 22 İyun 2021
Azərbaycanlı yazıçıdan lezbiyan haqda hekayə: Mən səni həmişə sevəcəm
09:01 22 İyun 2021
Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021
Mədəniyyə nazirliyi yeni müsabiqə elan etdi
18:22 21 İyun 2021
Məşhur aktyor dünyasını dəyişdi
17:43 21 İyun 2021
Kitab yandıran qonşu qadın – 13 yaşlı Selcanın hekayəsi
17:11 21 İyun 2021
Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda
15:39 21 İyun 2021
Şair, yazıçı, müğənni, bəstəkar…
14:49 21 İyun 2021
Fulya Öztürk: “Film təklifinə çox təəccübləndim” – Video
14:01 21 İyun 2021
Qarbaçovu üzünə söydü, özündən xeyli cavan xanımla evləndi, qızı ona görə intihar etmək istədi – Dövlət katibimizin faciəvi sonu
14:01 21 İyun 2021
“Dünyanın sülh kitabı”nda azərbaycanlı yazıçı da yer aldı
13:35 21 İyun 2021
Dədə Süleyman: "Ayıb olmasın deyə, atam adımı dəyişdi" - Müsahibə
12:52 21 İyun 2021
El Romanın imza günü keçiriləcək
12:49 21 İyun 2021
Fulyadan film çəkən rejissor: “Mənim belə bir öhdəliyim yoxdur” – Müsahibə
12:11 21 İyun 2021
Vahidin bu şeirinin bir misrasını başqa şair yazdı – İlginc fakt
11:30 21 İyun 2021