news-inner
clock16:30 calendar-gray 20 Dekabr 2012 view-gray1762 dəfə oxunub
view-gray1762 dəfə oxunub

Mən Anardan necə ev "aldım?"

“Qulaq asın, cəmaət,

Mən də deyim, nəhayət!”

Yaxınlarda gənc yazar Qan Turalı Kulis.az saytının səhifələrində Yurdumuzun Xalq Yazıçısı, az qala Sosialist Əməyi Qəhrəmanı Anarla uzun bir söhbəti işıq üzünə çıxarmışdı. Qoca yazar bütün söhbət boyu çoxlu sayda qələm adamını aşağılayaraq psixi durumunun getdikcə kötüləşdiyini gizli mesajlarla cəmiyyətə ötürmüşdü. Onun bu durumunu olsun ki, sadomazoxistlərin halı ilə müqayisə eləmək olar. Qoca süni yolla gündəmi qarmalamaq üçün köhnə KQB üsulu ilə yazarlar haqda hiyləgərcəsinə iftiralar buraxır. Sözsüz ki, ilan kimi çaldığı yazarlar cəmiyyətdə gözükölgəli görünməmək üçün onun iftiralarına cavab vermək məcburiyyətində qalırlar.

Qoca məlum müsahibədə mənə də “atmışdı.” Demişdi ki, Murad Köhnəqalaya ev verdim, o da gəlib mənimlə ikiəlli görüşəndən sonra haqqımda təhqiramiz yazılar yazdı. Qocanın cızdığına görə mən yaltaq və ikiüzlü adamam, onun da belə adamlardan heç xoşu gəlmir.

Biraz uzaqdan başlamaq məcburiyyətindəyəm. Söhbət hansı evdən gedir? O ev haradadı və əslində, onu mənə kim verib?

... Tələbə olan vaxtı, 1985-ci ildə, ikinci kursda AYB-yə üzv olmaq üçün sənəd vermişdim. Məqsədim də Qorki adına Ədəbiyyat İnstitunun 5 illik tələbəsi yox, institutun 2 illik Ali Ədəbiyyat Kursuna keçmək idi. Çünki, ailəmizdə eyni vaxtda oxuyan üçüncü tələbə idim və atamın maaşı ilə üç nəfərə təhsil vermək çox çətin idi. Həmin Kursda oxumaq üçün Yazıçılar Birliyinin üzvü olmaq tələb olunurdu. Bir neçə dəfə Yazıçılar Birliyi ilə əlaqə saxladım ancaq məni üzvlüyə yaxın qoymadılar.

Mən birtəhər institutu bitirdim, 90-cı illərin əvvəlində Tərcümə Mərkəzində cüzi məvacibə redaktor işlədim. Sonralar bezib yenə Rusiyaya döndüm. Müxtəlif şəhərlərdə xırda ticarətlə məşğul olduqdan sonra Bakıya qayıdası oldum. Qatarla gələrkən Rostov stansiyasında kupemizdəki yol yoldaşlarımın hamısı ərzaq almağa düşdüyünə görə əşyalarımızı oğurlamışdılar. Mənim bütün sənədlərim oğurlanmış çantamda getmişdi. Beləcə, 1996-cı ildə pasport və hərbi biletimi kayb etmiş vəziyyətdə Bakıya düşdüm.

Günlərin bir günü dostum Əlisəmid Kür mənə dedi, məncə, səni Yazıçılar Birliyinə qəbul eləyiblər, gedək yoxlayaq, hər halda bu da bir sənəddi. Mənim AYB-yə üz olduğumu soruşmaq üçün kadrlar şöbəsinə gəldik. Arifə xanım uzun bir siyahını yoxlayıb mənim qəbul olmağımı təsdiqlədi. Sən demə, məni düz 9 ildən sonra, 1994-cü ildə AYB-yə kütləvi üzvlər lazım olan vaxt qəbul eləyiblərmiş.

Biz Birliyin təzə düzəlmiş qırmızı kitabçasını əldə eləməyə çalışdıq. Kimdən soruşurduq, bizdə yoxdu, deyirdilər. Axırda biri bizə pıçıldadı ki, kitabçanı Fikrət Sadıq əlaltdan verir, ona yaxınlaşın. Əlisəmid dedi, bunun çəmini mən yaxşı bilirəm. Bir dənə araq, bir az da kolbasa-turşu götürüb Fikrət Sadığın otağına gəldik. Paketdəki araqlı naharı görən qocaman şair: “Qoy görüm, sizin üçün bir dənəsini tapa bilirəmmi?” deyərək, aşağıdakı siyirtməni çəkib ordan üstünə Azərbaycan Yazıçılar Birliyi yazılmış qırmızı bir bilet çıxartdı.

Arifə xanım kitabçanı doldurub dedi, aparın, Anar məllim qol çəksin. Mən, Anarın qapısının ağzında oturub içəri adam buraxmayan xanıma yaxınlaşıb xahiş etdim ki, kitabçanı sədrə qollatsın. Xanım Anarın yanına girib bir azdan sonra çıxdı və mənə dedi ki, Anar məllim sizi içəri dəvət eləyir. Mən sədrin otağına keçdim. Qoca yazar ayağa durub əlimi sıxaraq AYB sıralarına qəbul olunduğum üçün məni təbrik elədi. O, özünü elə aparırdı, sanki mən gizli kəşfiyyat idarəsində məsul bir vəzifəyə təyinat almışam. Gülməkdən özümü güclə saxlayırdım. Bax, əlim Anara bircə dəfə onda dəyib, vəssalam.

Aradan bir neçə ay keçəndən sonra kəndimizə getdim və doğmaların təkidilə ailə qurası oldum. Toydan sonra yenə Bakıya qayıtdım. Mən artıq iki nəfər idim. Yavaş-yavaş kirayə evlər macəram başladı.

İlk övladımız dünyaya gəldi, artıq biz üç olmuşduq, lakin heç yerdə işləmir, dostların ianələri ilə dolanırdım.

Mərhum yazar dostum Eyvaz Əlləzoğlu Azərbaycanın Gürcüstandakı səfirliyində işə düzələndə Əhmədli tərəfdə yataqxanadakı birotaqlı mənzilini müvəqqəti olaraq mənə verdi. Eyvaz Tiflisdə işlədiyi iki il müddətində bir az rahat nəfəs ala bildim. Eyvaz ailəsi ilə Bakıya qayıtdıqdan sonra yenə kirayə mənzillərə üz tutası olduq. İkinci övladımız dünyaya gəldi və biz artıq dörd nəfər olduq.

Günlərin bir günü mən AYB-yə gəlib köhnə dostum Arif Əmrahoğluna dedim, qardaş, bəlkə hansısa yataqxanada dost-tanışın ola, mənə bir otaq kirayə verə, mənzil kirayəsi çox bahadı. Arif dedi, mənə bir az vaxt ver, bəlkə bir şey fikirləşdik. Mən həmin vaxtdan Ariflə ən azı həftədə bir dəfə əlaqə saxlayırdım. Günlərin bir günü Arif məni çağırıb dedi, sənə bir xoş xəbər var. Mən qaça-qaça onun yanına qalxdım. Dedi, Ədəbiyyat Fondunun direktoru Arif İbrahimov burda idi, sənin problemini ona danışdı. Arif İbrahimov dedi ki, Murad mənim dostumdu, Şüvəlan Yaradıcılıq Evində direktor kimi oturmağa ikiotaqlı bir yerim var, Murad istəsə, oranı məmnuniyyətlə ona verərdim. Mən çox sevindim.

Bir gün vədələşib üçümüz də AYB-də görüşdük. Arif İbrahimov dedi ki, mənim o yerimdə çox qaçqınların gözü var. Hətta bir dəfə qapını sındırıb zəbt eləmək istəyiblər. Narazılıq olmasın deyə, Anar müəllimdən mənim üstümə bir məktub da təşkil eləyək ki, qaçqınlar dinə bilməsinlər. Arif Əmrahoğlu mənim orada müvəqqəti sığınmağım üçün bir neçə cümlə yazıb Anara imzalatdı. Bütün bu proses boyu nəinki Anarla ikiəlli görüşmək, heç onun üzünü də görmədim. O kinli kahinlər kimi heç vaxt üzə çıxmadı.

Tanıyanlar yaxşı bilir, məndə adamlarla ikiəlli görüşmək adəti yoxdu. Qoca yazar özünə xəyal qurub bunu arzulayırsa, beşgünlük dünyadı, xətrinə dəymərəm, istədiyi vaxt onunla ikiəlli görüşərəm. Lakin ixtiyar vaxtında yalan danışmaq nə üçün?

Bu əhvalatdan bir neçə gün sonra Arif İbrahimovun xidməti maşınında, Arif müəllimin özü, Əlisəmid və mən ailəni Şüvəlan Yazıçılar Evinə köçürdük.

Özü də qoca yazıçı hər dəfə müsahibə verəndə jurnalistlərə şikayətlənib deyir, mən Murada ev verdim, o isə məni təhqir eləyir. Əvvəla, danışdığım kimi, Anarın yüz ildi heç oralardan xəbəri yoxdu. Ev verən olsaydı oranı mənə qədər evsiz yazarların birinə verərdi. İkincisi, şəraitsiz daracaq mənzili bir yazarın başına neçə dəfə qaxmaq olar? Yəni mən bir vətəndaş kimi sənəddə adıma olmayan, istənilən vaxtı qovula biləcəyim bir mənzildə də yaşamamalıyam? Üçüncüsü də, oranın mərhum direktoru Fərrux kişi neçə dəfə mənə söyləmişdi ki, AYB-də deyirlər, Muradı ordan qov. Demək, bu dünyada hamı ölməlidi, bircə qoca yazar Anar yaşamalıdı.

Neynim, qoca kişidi, könlünü xoş eləmək üçün sabahdan vağzallarda gecələməyə də hazıram...

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020