Muğam Mərkəzindən növbəti təqdimat

Muğam Mərkəzindən növbəti təqdimat
24 noyabr 2020
# 12:05

Beynəlxalq Muğam Mərkəzi (BMM) Azərbaycanın qədim sənət beşiyi Qarabağ bölgəsinin musiqi irsinin təbliği ilə bağlı layihələrini davam etdirir.

“Qarabağın musiqi xəzinəsi” layihəsi də bu bölgənin tanınmış musiqi xadimlərini tanıtdırmaq məqsədi daşıyır.

Mərkəzdən APA-ya verilən məlumata görə, layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur.

İlk mərhələdə Muğam Mərkəzinin foyesində büstləri qoyulan korifey xanəndələr haqqında mərkəzin sosial şəbəkələrdəki səhifələrində məlumat verilir.

Layihənin növbəti təqdimatı Sadıqcana - Mirzə Əsəd oğlu Sadıqa (1846-1902 ) həsr olunub.

Sadıqcan Mirzə Sadıq (əsl adı Mirzə Sadıq Əsəd oğlu Sadıqcan) görkəmli Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar kimi tarixə düşüb. Bu qüdrətli şəxsiyyət virtuoz tarzən kimi Qafqazda və İranda geniş şöhrət qazanıb. Tədqiqatçıların yazdığına görə, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə (əvvəllər tarı diz üstün-də çalardılar) çalmağa başlayıb. Tədqiqatçılar yazır ki, məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq Azərbaycanın musiqi simvoluna çevrilib.

BMM “Qarabağın musiqi xəzinəsi” layihəsinin növbəti təqdimatını keçirib

Mirzə Sadıq Əsəd oğlu Sadıqcan 1846-cı ildə Şuşa şəhərində anadan olub. Məlumatlara görə, bütün şuşalılar kimi, Sadıq da kiçik yaşlarından öz gücünü xalq mahnılarının və muğamlarımızın ifası sahəsində sınayır. Məlumatlara görə, sənətkar toylarda, konsertlərdə, qəbullarda, ziyafətlərdə, həmçinin Bakı və Şuşada Azərbaycan və İran qastrolçularının qoyduqları tamaşaların fasilələri zamanı çalır, özü də Qafqaza, Orta Asiya və İrana tez-tez qastrol səfərlərinə gedir, bu ölkələrdəki musiqi məclislərində iştirak edirdi. Qafqazın birinci tarzəni kimi xarakterizə edilən sənətkar haqqında "Kafkazskoye obozreniye" qəzeti yazırdı: "Onun çalğısı səlis, artistik baxımdan dəqiqdir. Sənətkarın cazibə qüvvəsi isə güclüdür. Əgər Tiflisdəki bəstəkarlar onun burada olmasından istifadə edib Sadıqdan Şərq motivlərini mənimsəsə idi, onların yeni bəstələri üçün yaxşı materiala çevrilə bilərdi".

Mirzə Sadıq artıq özünün tarzənlik bacarığının ən yüksək zirvəsində ol-duğunu anlayaraq ciddi-cəhdlə bu qədim aləti təkmilləşdirmək və onda çalğı manerasını dəyişdirmək üçün yollar axtarmağa başlayır. Onu nahaq yerə Mirzə Sadıq, yəni alim Sadıq adlandırmamışlar. Sənətkarın analitik ağlı bir neçə ildə həmin işin də öhdəsindən gəlməsi üçün ona imkan ver-di. Sadıqcana qədər tarı diz üstündə çalırdılar. O özünün virtuoz bacarığından istifadə edərək ilk dəfə tarı sinəsinə qaldırıb.

Mirzə Sadıq həm də istedadlı bir bəstəkar idi. O, "Orta Segah" və "Bayatı Şiraz" muğamlarına bir neçə rəng bəstələmişdi. Bu və digər muğamların tərkibinə daxil olmuş musiqi pyesləri onların dolğunlaşmasında mühüm rol oynayıb. Onun Azərbaycan musiqisinin inkişaf tarixindəki rolu əvəzedilməzdir. Sadıqcan Azərbaycan milli musiqisində misilsiz rol oynayan dahi sənətkar kimi tarixdə iz qoyub. Tarı dizdən sinə üstünə qaldıran Sadıqcan böyük bir azərbaycanlı kimi milli ideologiyamıza, mənəvi dəyərlərimizə misilsiz xidmət göstərib. Tarixdə adı qalan sənətkar Sadıqcan neçə əsr sonra da xatırlanacaq. Çünki onun ömrü tarda davam edəcək.

Qeyd edək ki, 2016-cı il 22 noyabr tarixində Beynəlxalq Muğam Mərkəzində tarzənin 170 illik yubiley gecəsi keçirilib.

# 3089 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər