news-inner
clock11:23 calendar-gray 02 Sentyabr 2020 view-gray3954 dəfə oxunub
view-gray3954 dəfə oxunub

Əkrəm Əylisli kimdən qisas alır?

Mən Əkrəm Əylislinin əsərlərini oxuyub yazmağa başlamışam. Bəlkə də təkcə mən yox, Əkrəm Əylislidən sonra gələn nəslin hamısı ondan təsirlənərək yaradıcılığa başlayıb.

Əkrəm Əylisli Azərbaycan nəsrində istisna hadisədir. Onun təkcə "Gilənar çiçəyinə dediklərim" povestini bəlkə 10 dəfə oxumuşam.

Qısacası, Əkrəm Əylislinin necə yazıçı olması hər kəsə bəllidir. Boş yerə dastan açmağa dəyməz.

Son vaxtlar Əkrəm Əylisli öz yaşıdlarından fərqli olaraq aktiv yaradıcılıqla məşğuldur. Bir neçə povesti, hekayələri yaxın zamanlarda işıq üzü gördü.

Mən o povest və hekayələrlə tanış oldum, fikirlərimi Əkrəm müəllimin özünə də dedim. İndi də o fikirdəyəm ki, 80 yaşında birinin hələ də yazması və öz yaradıcılığını zənginləşdirməsi gözəl haldır.

İstəmirəm ki, Əkrəm Əylislini tənqid etməyim kənardan başqa cür görünsün. Ona olan hücumlar, çoxları tərəfindən hədəfə alınması, qalmaqallı romanından sonra onu atıb gedənlər və s. Bütün bunlara görə kənardan elə görünməsin ki, Əkrəm Əylisli hazır halva kimi əlimə düşüb, mən də bir yandan balta vururam. Qətiyyən! Mən sadəcə bir yazı adamı kimi Əkrəm Əylislinin sonuncu hekayəsi haqda fikirlərimi yazmaq istəyirəm. Düşünürəm ki, kifayət qədər tanınan və Azərbaycan ədəbiyyatında möhürünü vurmuş bir yazıçının sonuncu hekayəsi ətrafında müzakirə başlatmaq həm ədəbi prosesi canlandırmaq, həm də gənc nəslin yaşlı nəslə yaradıcı müstəvidən qiymət verməsi baxımından müsbət hadisədir.

Əkrəm Əylislinin Kulisdə yayımlanan "Ömür kimi bir gecə" hekayəsi öz poetikliyi və gözəl atmosferi ilə yenə də rahatlıqla oxunur. Sadəcə, hekayədə problem düzgün qoyulmayıb. Hekayənin qəhrəmanı, gənc yazıçı Mehmanın romanını nəşriyyatlar çap etmir. Axı bu problem indinin deyil. Sovet vaxtı hansısa yazıçının romanı nəşriyyatda aylarla, illərlə qala bilərdi. Müstəqillik illərində isə heç bir yazıçının belə bir problemi yoxdur. Pulunu nəşriyyata verirsən, çap edir. Hətta nisyə də yazdırmaq olur. Bu gün, maşallah, hamı kitab çap etdirir. Hətta qonşumuzun, kəndçimizin də kitabı işıq üzü görür. Yəni artıq bu cür problem yerli-dibli yoxdur. Görünür, Əkrəm müəllim hekayəni yazarkən Sovet dövrünün ab-havası ilə yazı masasına əyləşib.

Problem düzgün qoyulmayanda hekayə axsamağa başlayır. Və corab söküyü kimi arxası gəlir. Təhkiyə yuxarıda da qeyd etdiyim kimi Əkrəmvari poetika ilə yoğrulsa da, düzü, burda yazıçının ənənəvi tərzindən uzaqlaşdığını da hiss etdim. Hətta mənə elə gəldi, bu hekayə Seymur Baycanın hansısa unudulmuş Sovet yazıçımızdan "çırpışdırdığı" hekayəsidir. Düzü, hekayənin qəhrəmanı da nədənsə mənə Seymur Baycanı xatırlatdı.

Yeniliklə köhnəliyin, estetikaların davası, gənc nəsillə yaşlı nəslin mübarizəsi Əkrəm Əylislinin təqdimatında elə də uğurlu alınmamışdı. Hiss etdim ki, Əkrəm müəllim bu mövzuda çox yanğılıdır və bu hekayəni də məhz o yanğını söndürmək məqsədi ilə yazıb.

Sanki müəllif öz qəzəbini soyutmaq üçün bu hekayəni yazıb. Hekayə boyu bu qəzəb, bu aqressiyya davam edir. Əkrəm müəllim hekayə yazdığını unudur və öz hirsini mətndən çıxır.

Düzü, Dostoyevskinin məşhur qəhrəmanı Raskolnikovla öz qəhrəmanının paralelliyi, "Cinayət və cəza" romanına, ordakı hadisələrə göndərmə, xoşuma gəldi, hekayənin bədii gücünü artırırdı. Həm də, açığı, bu priyomların Əkrəm Əylisli qələmində ilk dəfə ifadəsini gördüyüm üçün mənə maraqlı da gəldi.

Sadəcə, dediyim kimi, Əkrəm müəllimin "müəllifin ölümü", soyuqqanlılıq, mətnə yuxarıdan (Tanrı kimi) baxmaq kimi mühüm məsələləri bir kənara qoyub, sırf kimi və yaxud kimlərisə ifşa etmək taktikası məni mətndən uzaqlaşdırırdı. Bu cür hekayələr Sovet vaxtı yazılan və indi tarixə qovuşan hekayələri xatırlatdı. Romantik bir qəhrəman, çirkli, yalançı, riyakar ətraf mühit. Əkrəm Əylislinin yeni sıçramalar etmək istəyi onun öz yaradıcılıq keçmişindən uzaqlaşıb daha da geriyə getməsinə səbəb olub. Hamının, ondan sonra yazan bütün yazıçıların Əkrəm Əylislini təqlid etdiyi, onun kimi yazmaq istədiyi dövrdə qəfil Əkrəm müəllim heç görmədiyimiz bir ampluada qarşımıza çıxır. Elə bil onu təqlid eləyənlərə bənzəmək istəyir. Fikrimi daha dəqiq ifadə etsəm, belə alınar: Əkrəm müəllim bu mətnlə yazıçı olmaq istəyən, ancaq naşılıqla baş-başa qalan və onun kimi gözəl mətnlər yazmaq istəyib də alındıra bilməyən yazıçılarla bir masaya əyləşir.

Əkrəm Əylislinin son yazdığı əsərlərdə də bunu hiss etmişdim. Yüksək istedadla yazılmağı və gözəl mətn qabiliyyəti haqda danışmağa dəyməz. Durub Əkrəm müəllimə, Azərbaycan dilinin ən dərin qatlarında dolaşan bir yazıçıya nəyisə öyrətmək yersiz görünər. Sırf mətn baxımından deyirəm bu sözü. Onu oxuyaraq yazmağa başlayan bir qələm adamı kimi hesab edirəm, buna haqqım da yoxdur.

Mən sadəcə Əkrəm müəllimə eynən onun qəhrəmanı kimi gəncliyin, indinin və yeniliyin gözüylə baxıram. Son yazdıqlarında da, indiki hekayəsində də Əkrəm müəllim qəzəbli olduğu kəslərə sözünü bu yolla göndərir sanki. Yəni zamanı aşan, bir yerdə durmayan sənəti dar, lokal çərçivəyə salır. Onu əsəbləşdirən adamlardan bu cür xilas olur elə bil. Bəlkə də mən yanılıram, bilmirəm. Hər halda məndə bu cür təəssürat oyatdı. Bir gənc qələm adamı kimi hesab edirəm ki, hər hansısa əsər xırda məqsədlər, yaxud acıq çıxmaq niyyəti ilə yazılmaz. Təsəvvür edin, yazıçı kiməsə acıqlıdır və ondan acıq çıxmaq üçün bəşəriyyətə söz deyir. Qəribədir, elə deyilmi?

Bütün bunlara baxmayaraq, Əkrəm Əylislinin sonuncu hekayəsinin də müzakirə edilməsinin tərəfdarıyam. Bəlkə mən yanılıram? Bəlkə mən səhv edirəm?

P.S. Bu yazıdan da Əkrəm Əylisliyə salamlarımı göndərirəm. Çoxdandır, qocaman dostumla danışmıram.

news-inner-user
Ayxan Ayvaz

487 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021
Azərbaycanda Böyük Britaniya film festivalı başlayır
12:44 22 Yanvar 2021
Tənqidin tənqidi – Ağalar Qutdan yeni esse
12:08 22 Yanvar 2021
Yazıçılar Donald Trampa kitab qadağası qoydular
11:32 22 Yanvar 2021
Seks dəlisi olan qadınlar haqqında bir neçə cümlə
10:58 22 Yanvar 2021
Alen Delonun xanımı dünyasını dəyişdi
10:30 22 Yanvar 2021
Şairimiz Özbəkistanda qalib oldu - Ölümündən sonra
09:59 22 Yanvar 2021
Mirzə Cəlilin əsəri əsasında çəkilmiş serial – Sevda Sultanova İTV-nin yeni layihəsini tənqid etdi
09:00 22 Yanvar 2021
Oğlunun ölümünü ondan 40 gün gizlədilər – Xalq artisti haqqında maraqlı faktlar
21:13 21 Yanvar 2021
Xalq şairinin oğlu: “Atamın xəstəliyini hamıdan gizlətdim” - Müsahibə
20:00 21 Yanvar 2021
Tarix Muzeyinə direktor təyin edildi
18:59 21 Yanvar 2021
"Netflix"in abunəçilərinin sayı rekord həddə çatdı
18:15 21 Yanvar 2021
Filipp Kirkorov bu ölkəni məhkəməyə verir
17:39 21 Yanvar 2021
Bizdən istifadə edən qəddar sənətkarlar – Mehman Qaraxanoğlu yazır...
17:19 21 Yanvar 2021
"Bu nə deməkdir?" - Qismət nazirliyin keçirdiyi müsabiqəni tənqid etdi
16:38 21 Yanvar 2021
Makgregor Porye qarşıdurmasına 1xBet-dən "Risk etmədən mərc"
16:23 21 Yanvar 2021
Tanınmış müğənni şəhid baş leytenanta mahnı həsr etdi - Video
15:40 21 Yanvar 2021
Sən istə, sənin üçün batım hər günaha mən – Orxan Bahadırsoydan yeni şeirlər
15:01 21 Yanvar 2021
"Min bir gecə" Mariinski Teatrında anşlaqla nümayiş olundu - Foto
14:20 21 Yanvar 2021