news-inner
clock12:17 calendar-gray 15 Aprel 2020 view-gray2263 dəfə oxunub
view-gray2263 dəfə oxunub

Dünyanı sarsıdan epidemiyalar haqqında 5 məşhur əsər

Kulis.az dünyanı sarsıdan epidemiyalar haqqında 5 ən məşhur əsəri təqdim edir.

Covanni Bokkaçço. “Dekameron”

Covanni Bokkaçço - Müqəddəs Şapeleto (Dekameron)

İtalyan yazıçı və şair Covanni Bokkaçço 1313-cü il iyunun 16-da Florensiyada anadan olub. 1326-cı ildə atası bank müdiri təyin olunanda Bokkaçço ailəsi ilə birlikdə Neapola köçür və yaradıcılığa da orda başlayıb.

Yunanca ongünlük adlanan "Dekameron" Covanninin şah əsəri hesab olunur. Roman bir-birindən fərqli 100 novelladan ibarətdir. Ehtimal olunur ki, Bokkaçço “Dekameron”u 1348-ci ildə İtaliyada yayılan epidemiyadan sonra yazmağa başlamış və 1353-cü ildə tamamlamışdır.

Dekameron – Covanni Bokkaçço

İtaliyada qara ölüm adlanan epidemiyanın hökm sürdüyü dövrlərdə yeddi gənc xanım və üç cavan oğlandan ibarət gənclər qrupu xəstəlikdən qaçaraq, iki həftə müddətinə şəhər kənarında yerləşən bir villada məskunlaşırlar. Həmin iki həftə ərzində hər gün on nəfərin hər biri bir hekayə danışır.

Daniel Defo. “Vəba ilinin gündəliyi”

Daniel Defo 1660-cı ildə Londonda doğulub. Akademik təhsilə yiyələnsə də ticarətlə məşğul olmağa başlayan Defo bir müddət sonra siyasi jurnallara yazılar yazıb. Daniel Defo 1719-cu ildə yazıçı dünya ədəbiyyatının şedevrlərindən biri hesab olunan “Robinzon Kruzo” romanını sona çatdırır. 1722-ci ildə isə Londonu bürüyən vəba epidemiyası haqqında “Vəba ilinin gündəliyi” adlı roman yazır.

“Vəba ilinin gündəliyi” romanı bəşər tarixində dərin iz buraxan vəba epidemiyasından bəhs edir. 1665-ci ildə Londonda başlanan epidemiya nəticəsində təxminən yüz minə qədər insan həyatını itirir. Deyilənlərə görə romandakı hadisələr yazıçının əmisinin vəba günlərində yazdığı gündəliklər əsasında qələmə alınıb.

1664-cü ilin noyabr ayında Londonda iki nəfər fransalı kişinin ölümü ilə başanan əsərdəki sonrakı hadisələr birinci şəxsin dilindən nəql olunur. Get-gedə artmaqda olan xəstəlik əvvəlcə kiçik bir kəndi, daha sonra bütün şəhəri əhatə edir. Nəqlçi vasitəsi ilə oxucu Londonda baş verən epidemiyanın yayılmasının ən acı nəticələrinin şahidi olur. Epidemiya gənc, qoca, zəngin, kasıb demədən gün-gündən artıb yayılır. Hər gecə kütləvi məzarlarda basdırılan minlərcə cəsədi gözləri ilə görən bir çox sağlam insan öz ölüm növbəsini gözləyərkən, digərləri qorxudan intihar yolunu seçirlər.

Cek London. “Qırmızı vəba”

Jack London young.jpg

Cek Londan 1876-cı ildə San-Fransisko şəhərində anadan olub. Yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Belə ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır.

"Dəmir daban", "Martin İden" romanları yazıçıya böyük şöhrət gətirir. Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir, həddindən artıq ağrıkəsici qəbul edir. Cek London 1916-cı ildə Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir.

“Qırmızı vəba” romanı ilk dəfə 1912-ci ildə London jurnalında nəşr olunub. 1915-ci ildə isə ayrıca çap olunub. Roman bütün bəşəriyyətin ölümünə səbəb olan "Qırmızı vəba" adlandırılan epidemiyanın səbəb olduğu bir fəlakətdən bəhs edir. İngilis ədəbiyyatı professoru Ceyms Smit nəvəsi Edvin ilə səyahətə çıxır. Səyahət zamanı Ceyms 2013-cü ildə dünyanı bürüyən qırmızı vəba haqqında yadında qalanları nəql etməyə başlayır. Xatirələr yaşlı kişinin 60 il keçmişə aparır...

ScarletPlague.jpg

2013-cü ildə bilinməyən bir xəstəlikdən bir neçə insanın öldüyü barədə məlumatlar yayılır. Üzündə qırmızı ləkələr əmələ gələn xəstələr bir saat içərisində ölürlər. Ölülərin cəsədləri tez bir zamanda çürüyür, buna görə də mikroblar sürətlə ətrafa yayılmağa başlayır. Tədqiqatçılar heç bir müalicə üsulu tapa bilmirlər və onlar da xəstələnib ölürlər. Yer kürəsində cəmi 350-400 nəfər qalır. Xilas olunan nəsillər ibtidai həyat tərzi keçirir, ovçuluq və maldarlıq hesabına dolanırlar, oxumaq bacarıqlarını itirirlər.

Alber Kamyu. “Taun”

Optimist və əxlaq dolu Kamyu - Dalğa Xatınoğlu | Edebiyyatqazeti.az

Filosof, ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi Alber Kamyu 1913-cü ildə Əlcəzairdə doğulub.

1936-cı ildə Kamyu Əlcəzair Universitetinin fəlsəfə fakültəsini magistr dərəcəsi ilə bitirir. 1930-cu illərin ikinci yarısında artıq Əlcəzairin aparıcı yazıçı və intellektuallarından biri hesab olunur. O, dramaturq, rejissor və aktyor kimi fəaliyyət göstərməklə yanaşı həm də ölkənin əsas qəzeti olan "Alger Republica"nın redaktoru, siyasi icmalçısı və ədəbi şərhçisi idi. Qısa vaxt ərzində Kamyu “Nikah”, "Yad", "Taun" kimi məşhur romanların müəllifinə çevrilir. 44 yaşlı yazıçı 1957-ci ildə Nobel mükafatına layiq görülür. Bundan üç il sonra Fransanın cənubunda avtomobil qəzasında həlak olur.

Taun - Alber Kamyu

Alber Kamyunun 1944-cü ildə qələmə aldığı “Taun” romanında hadisələr Əlcəzairin şəhərlərindən biri olan Oranda başlanır. Əsərdə taun epidemiyasına qarşı insanın mübarizəsi əks etdirilir. Bu xəstəlik vasitəsilə yazıçı insanların ölümün bir addımlığında olduqları zaman düşdükləri psixoloji vəziyyəti, onların özləri ilə, öz vicdanları ilə daxili hesablaşmasını, həyat öz adi axarı ilə davam etdiyi zamanlarda fərqinə vara bilmədikləri xırdalıqlara necə diqqət ayırmalarını, dünənə kimi əllərini uzatsalar çata biləcəkləri qədər yaxınlarında olan doğmalarından, həyat yoldaşlarından, sevgililərindən, dostlarından gözlənilmədən ayrı düşməyin onlarda yaratdığı əbədi ayrılıq qorxusunu oxucuya çatdırır. “Taun” həm də faşizmi simvolizə edir. İnsanların bəzi şeyləri yalnız başlarının üstünü bəla aldığı zaman, fəlakətə düçar olduqda dərk etdiyini göstərir. Taun epidemiyası başlayanda şəhərdən çıxış qadağan edildiyi üçün öz ölkəsinə qayıda bilməyən və sevdiyi qadından ayrı düşən jurnalist Ramber əsərin əsas qəhrəmanlarından biridir.

Joze Saramaqo. “Korluq”

Joze Saramaqo: "Ədəbiyyat dünya əhalisinin sayını artırır" - MÜSAHİBƏ

1922-ci il noyabr ayının 16-da Lissabonun Ribateju əyalətinin Azinyazi qəsəbəsində, kəndli ailəsində anadan olub. 1924-cü ildən Lissabonda yaşayıb. Valideynləri kasıb olduqları üçün övladlarını məktəbdə oxutdura bilməyiblər. Saramaqo bir müddət mexanik işləyib. 22 yaşında ailə qurub, sosial təminat sistemində işləyib. İlk kitabını 1947-ci ildə nəşr etdirib. Bundan sonra 1966-cı ilə qədər heç bir əsəri çap olunmayıb. 1969-cu ildə gizli fəaliyyət göstərən Portuqaliya Kommunist Partiyasına üzv olub. "Qərənfil inqilabı"ndan sonra bir müddət "Diario de Noticias" qəzeti ilə əməkdaşlıq edib. 1976-cı ildən özünü ədəbiyyata həsr edib. "Monastır haqqında xatirələrim" əsərini rejissor Federiko Fellini ekranlaşdırıb. Bu əsərinə görə Vatikan onu kafirlikdə günahlandırıb.

“Korluq” romanı 1995-ci ildə yazılıb. Joze Saramaqo bu müdhiş romanında korluq anlayışından məcaz olaraq istifadə edib. O, sadə obrazlar və bəsit söz oyununa müraciət etmədən, olduqca dolğun şəkildə bütün qəhrəmanların danışıqlarını ortaq bir monoloqa çevirmiş, onların heç birinə ad verməmişdir. Roman 2008-ci ildə Fernando Meirelles tərəfindən ekranlaşdırılmışdır. Yazıçının bu romanın davamı olan "Görmək" kitabı 2004-cü ildə nəşr edilmişdir. Əsərin sonuna qədər nəqlçinin kimliyi məlum olmur.

Epidemiya mövzusunda yazılmış ən yaxşı 15 kitab • Ceylan Mumoğlu ...

Əsərdə sükan arxasında olan bir adam yaşıl işığı gözləyərkən qəflətən kor olur. Korluğu müraciət etdiyi həkimə də keçir. Daha sonra korluq bir epidemiya kimi bütün şəhərə yayılır. Korluq öldürücü olmasa da, bütün əxlaqi dəyərləri yox etməyə qadirdir. Bu hadisədən sonra cəmiyyət görməyən gözlərlə cinayətlərə, təcavüzlərə şahid olur. Həyatda qala bilənlər yalnız güclü olanlardır. Kor insanlar hökumət rəsmiləri tərəfindən ruhi xəstəxanada karantinə alınır. Ətraf mühitlə əlaqəsi kəsilən korlar ölümə tərk edildiklərini anlayırlar. Onların içərisində ilk kor olan göz həkimi ilə yanaşı onun həyat yoldaşı da var. Lakin o, kor deyil və ətrafında baş verən bütün iyrənclikləri görə bilən yeganə şahididir. Tezliklə korluq, qorxu və xaos bütün şəhəri bürüyür, təcavüzlər, ölüm halları artır. Həkimin həyat yoldaşı bir neçə nəfər dostu ilə evinə gedib köhnə həyatlarını xatırlamağa başlayan zaman hər şey əvvəlki vəziyyətə düşür. İlk kor olan insandan başlayaraq hər kəs görməyə başlayar.

Bonus: Taun xəstəliyinin tüğyan etdiyi bir dönəm Xalq yazıçısı Elçinin “Ölüm hökmü” romanında da geniş təsvir edilir.

Ölüm Hükmü - Elçin Efendiyef - Kitap | Babil

news-inner-user

16481 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir? – Mütəxəssis rəyi
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020
Pula görə təhsilini yarımçıq qoydu, repressiyadan təsadüfən xilas oldu, xanımı başqa qadınla evlənməsini istədi – Üzeyir bəydən maraqlı faktlar
12:08 18 Sentyabr 2020
Müəlliməni intihara aparan səbəb
11:36 18 Sentyabr 2020
Musiqi Günü ilə bağlı elektron baza hazırlanıb - Link
11:02 18 Sentyabr 2020
Tanınmış yazıçı vəfat etdi
10:33 18 Sentyabr 2020