news-inner
clock11:40 calendar-gray 08 Aprel 2020 view-gray827 dəfə oxunub
view-gray827 dəfə oxunub

Evdə oturub dünyanı xilas etmək

Kulis.az Nihat Piriyevin “Hər şey o qədər yaxşı olacaq ki” yazısını təqdim edir.

Yazıya başlamazdan əvvəl Kamyunun "Taun"unu bir az vərəqlədim. Çünki indiki durumumuz çox mənada o əsərlə səsləşir. Orda belə bir hissə var: Ki "bəlanı insan təyin etmir və adam fikirləşir ki, o mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur".

Bəlkə də, bir mətn üçün bu istinad çox uğursuz bir başlanğıcdır. Amma gəlin etiraf edək ki, bu gün hamımızın beynində ortaq bir fikir var. Ki mövcud durum və yaşadıqlarımız kaş bir yuxu ola, bir səhər oyanaq və hər şey keçib getsin, əvvəlki axarına düşsün. Çünki ən vecsiz adamımız belə bu gün pəncərə qarşısında oturub qayğılı-qayğılı siqaretini sümürəndə küçə-küçə, məhəllə-məhəllə gəzən polis əməkdaşlarının çağırışından diksinir, qorxuya düşür, təlaşlanır. Kimi bunu "Çernobl"la bənzədir, kimi Allahın bəlası hesab edir, kimisi də "Amerikanın oyunlarıdır"- deyib, çəkilir evinə. Hə, əsas məsələ də, əsas həll yolu da elə məhz bu vergüldən sonrakı hissədir. Çünki bu gün dünyamızın çəkildiyi bu sınağa biz hamılıqla kömək ola bilərik. Əl-ələ tutmaqla yox, çiyin-çiyinə dayanmaqla yox, üz-üzə gəlməklə yox, daha sadə variantla-evdə oturmaqla. Evimizə çəkilməklə. Evimizi səngərə döndərməklə. Bunu bir fürsət kimi dəyərləndirib, ailəmizə, sevdiklərimizə, sevimli məşğuliyyətlərimizə bol-bol vaxt ayırmaqla.

Məsələnin ciddiyətini dərk eləmək bir yana dursun, biz ilk olaraq, onu dərk eləməliyik ki, dünya yarandığı bir gündən hələ elə bir hal olmayıb ki, hamı öz evində oturub kitab oxuya-oxuya, film izləyə-izləyə dünyanın xilasına bir töhfə versin. Bizdən istənilən də məhz budur. Evdə oturub dünyanı xilas eləmək.

Kamyunun "Taun"undakı başqa bir hissədə deyilir:

"Bir halda ki, həyat məsələsini ölüm həll edir, bəlkə elə allahın özünə də sərf edir ki, adamlar ona inanmasın, əllərini göyə açıb kömək gözləməkdənsə, var qüvvələrini toplayıb, ölümlə mübarizəyə girişsinlər".

Eynilə, bu gün də dünyanın xilası heç bir dini inancdan, heç bir cəddin sehrindən və heç bir duanın fövqəladə gücündən aslı deyil. Bu gün dünyanın xilası, ölümlə mübarizədən qalib tərəf kimi çıxmanın yolu tibbin və elmin gücündən aslıdır.

Bu gün biz hansısa bir əsərin, hansısa bir romanın parçası deyilik. Bu gün dünyamız Kamyunun "Taun"u, nə də Cord Oruelin "1984"ü deyil. Bu, bizim anbaan yaşadığımız bir reallıqdır. Bəlkə də elə bu baxımdan biz şanslı adamlarıq. Ki hər gün televiziyada eşitdiyimiz müharibə, terror, aksiya xəbərləri artıq gündəmi təyin eləmir. Gündəm bəşəriyyətin bir olmasıdır, gündəm Amerikadan Çinə, İtaliyadan İrana, Fransadan Avstraliyaya qədər uzanan bir bəlanın cəngindən qurtulmaq cəhdləridir. Bu, dünyaya bir dərsdir, bu, dünyana bir qulaqburmasıdır, bu, dünyaya bir idarəedici şapalaqdır. Ki nəticə etibarı ilə, hazırda dünya əhalisinin tam 50 faizi sosial təcrid formasında yaşayır. Və getdikcə bu faiz daha da böyüyür. Bəs hanı kosmosa uçan kosmik gəmilər, bəs hanı ballistik raketlər, bəs hanı trilyonlar xərclənən hərb və onun gücü? Niyə kömək olmur bizə? Niyə əlac eləmir?

Ötənlərdə Türkiyə Təhsil naziri öz "Twitter" hesabından şagirdlərə səsləndi ki, darıxdığınızı bilirəm və bu səbəbdən sizə söz verirəm ki, ilk dərs gününün ilk tənəffüsünü 40 dəqiqə edəcəyik. Əslində, hamımız o şagirdlərin durumundayıq. Kim darıxmayıb axı öz işi üçün? Həftənin beş günü səhər oyanıb işə tələsməkdən bezən, yorulan adamlar bu gün evdə oturmaqdan, istirahətdən yorulublar, istirahətdən beziblər. Qadağaların bizi müəyyən şeylərdən təcrid eləməsi, işdən, yorğunluqdan və bu kimi digər qayğılardan azad eləməsi, həm də bizə əməlli başlı dərs olmalıdır. Əlimizdə olanların qədrini bilmək naminə. Hər gün əlavə 5-10 dəqiqə yuxu üçün qurban verdiyimiz səhər yeməyindən tutmuş, metro basa-basına kimi hər şeyin qədrini bilmək naminə.

Düzdür, əhalinin bir qismi hər gün evdən ona görə çıxır ki, axşam üçün evə çörək gətirə bilsin. Və bu səbəbdən o, bu gün evdə qalmaqla dünyanı xilas edə biləcəyinə inanmır. Onun üçün dünyanın xilası hər axşam evə əlində bir tikə çörəklə qayıtması, onu sevinclə qarşılayan balaca qızının saçlarından öpməsidir. Bu gün o adamlar üçün qorxulu gün mövcud vəziyyətin həqiqiliyi deyil, evdə oturmasının doğura biləcəyi faciəli sabahdı, faciəli birisigündür. Amma dövlətin məhz bu təbəqəni nəzərə alması və onlara bu müddət ərzində müəyyən yardımlar etməsi yaxın günlərdə reallaşacaq tədbirlər siyahısındadır.

Avropanın ən nəhəng dövlətlərindəki mənzərə bizi qorxutmaqla yanaşı, məsuliyyət baxımından da tərbiyə etməlidir. Çünki İtaliyada, İspaniyada, Fransada xəstəxanalara kütləvi insan axınının nəticəsində yaranmış çarpayı qıtlığı, ölülər üçün tabut çatışmazlığı problemi, yəqin ki, "bəs kasıb evdə nə yesin?" problemindən qat-qat daha dəhşətli, daha faciəvidir. Bunu dərk eləməyə nə yaxşı ki, az da olsa vaxtımız var.

Bir ay əvvələ qədər virusun fəsadları ölkəmizin sərhədlərindən uzaqda idisə, bir neçə həftə öncə sərhədlərimiz ətrafında idisə, bu gün düz burnumuzun dibindədir. Ən adi gigiyenik ehtiyatsızlıq sənin üçün, mənim üçün, bizim üçün, ölkəmiz üçün dəhşətli fəsadlara səbəb ola bilər.

Amma bu bir müharibə deyil ki, çarəsiz şəkildə kənardan baxaq, təəssüflənək, yaxud da, başımızı götürüb harasa qaçaq. Bu hər nədirsə, bizim də kömək edə biləcəyimiz bir şeydir və bunu etməyə borcluyuq. Bu gün hamı təkcə öz canına cavabdeh deyil, bu gün hamı öz canıyla bərabər ünsiyyətdə olduğu hamımın canına cavabdehlik daşımalıdır. Bu məsuliyyəti özündə hiss eləməlidir.

Dünyadakı insanların ən kasıb təbəqəsindən tutmuş, ən varlı təbəqəsinə kimi hər kəsin ortaq və eyni dərəcədə sahib olduğu tək bir şey var. O da elə məhz dünyamızın özüdür.

Dünyamızı qoruyaq.

Çünki hər şey o qədər yaxşı olacaq ki...

news-inner-user

16085 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İşini, gücünü atıb kimsə sevməlidir məni - Cəlil Cavanşirin şeirləri
17:00 08 Avqust 2020
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
16:05 08 Avqust 2020
Biz iki nəfər öldük
15:00 08 Avqust 2020
Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər - Kinomuzun Cahandar ağası haqda maraqlı faktlar
14:00 08 Avqust 2020
Səkkizinci ayın səkkizi - Mahir N. Qarayev yazır
12:31 08 Avqust 2020
Məşhur aktrisa kinodan getmə səbəbini açıqladı
11:20 08 Avqust 2020
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
10:13 08 Avqust 2020
Rüstəmbəyovun alınmayan filmi – Sevda Sultanova “Dağlarda döyüş”ü tənqid edir.
09:00 08 Avqust 2020
Azərbaycanın məşhur folklor qrupu beynəlxalq festivalda iştirak edəcək
18:50 07 Avqust 2020
Çingiz Aytmatov fenomeni və Azərbaycan" monoqrafiyası çap olundu
18:04 07 Avqust 2020
Azərbaycanlı yazardan yeni kitab
17:36 07 Avqust 2020
Polad Həşimovun üzünə necə baxacağıq?
17:06 07 Avqust 2020
Məşhur müğənni uyğur türklərinə görə Çinə belə etiraz etdi
16:05 07 Avqust 2020
Kölgəmi ayrı basdırın, sevəcəyim qız çiynində... - Tural Turanın şeirləri
15:02 07 Avqust 2020
Məşhur müğənni vəfat etdi
14:11 07 Avqust 2020
Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist – Bağırov ona bayquş demişdi
13:09 07 Avqust 2020
Süleyman Qanuni, Hürrəm Sultan, Mona Liza, Sezar indi yaşasaydılar, belə olardılar - Maraqlı layihə
12:23 07 Avqust 2020
Toyu karantinə düşənlər üçün fürsət
11:32 07 Avqust 2020
"Kapitan Marvel 2"nin rejissoru bəlli oldu
10:43 07 Avqust 2020
Azərbaycanda tarixi abidəyə müdaxilə edən şəxslər saxlanıldı
10:10 07 Avqust 2020