news-inner
clock17:38 calendar-gray 18 Fevral 2020 view-gray1305 dəfə oxunub
view-gray1305 dəfə oxunub

İblis içimizdə ölən Allahdı - "Hz. İsanın Quranı" haqda

Kulis.az filologiya üzrə fəlsəfə doktoru, dosent Əminə İbrahimlinin “Elçin Aslangilin “Hz. İsanın Quranı” romanı haqqında düşüncələr” adlı yazısını təqdim edir.

Adı dərhal diqqətimi çəkdi: “Hz. İsanın Quranı”. “İsanın Quranımı?”- deyə düşündüm. Ürəyimdəki güclü şübhə və etiraz hissi məni kitabın səhifələrinə çəkdi və məni kitaba. Gənclikdən fərqli olaraq, artıq yaşımın bu mərhələsində günlərlə təsirindən çıxmadığım, haqqında düşünməyə bilmədiyim az-az kitablar olur… Düşməncəsinə yolçuluğuna yön aldığım bu kitabdan dostcasına ayrıldım.

Adətən, çox bəyəndiyim kitabların məzmununda itib-batıram əvvəlcə. Forma, struktur, yazılış texnikası, süjet xətti o vaxt yadıma düşür ki, məzmun artıq mənimkiləşir, özümünküləşir. Məzmunla işim qalmayanda forma tərəfə boylanıram. Elçin Aslangilin yeni romanı –“Hz. İsanın Quranı” illərlə formalaşmış, oturuşmuş oxucu və filoloq vərdişimi də yerlə yeksan elədi. Çünki əsəri və onun məzmununu, hissələrə bölünmüş süjetdəki hər bir hadisənin, epizodun məzmununu onun strukturundan, müəllifin təhkiyə aparma texnikasından təcrid olunmuş şəkildə qavramaq mümkün deyil. Təkcə hər bir hissənin “ayə” adlandırılaraq, müəyyən bir hərf və ya rəqəmlə kodlaşdırılması həmin kodla hadisənin kodu arasındakı əlaqəni anlamadan oxunu davam etdirməyi qeyri-mümkün edir. Romanın birinci hissəsində “Quran” ayələrindən götürülmüş adların və ya hərflərin hər biri bir müqəddəs və ya mifoloji varlığa, anlayışa hesablanıb və ya göndərmədir. Əsərin ayələr şəklində qurulmasının özü də inkar qanununu vurğulayaraq, bir növ müəllifin özünü inkar etməsi deməkdir. Doğrudur, bu romanı adi oxucu bir cür, din, fəlsəfə və onların tarixi ilə az-çox tanış olan oxucu başqa cür - kodların arxasındakı mənaları, hərflərin və rəqəmlərin ifadə etdiyi simgeləri anlayaraq alqılayacaq. Hərflərin hərəkət mexanizminin xüsusi ifadəsi də romana bir dinamiklik, hərəkətlilik, həm də mistika bəxş edir. Məsələn, ”Sur- Tu” ayəsindəki “tu” qədim türk dilində şığımaq deməkdir. Sur - İsrafilin surudur və ayənin adının mənası İsrafilin surunun şığıması anlamına gəlir. Ümumiyyətlə, romanda bir çox göndərmələr olsa da, ən çox göndərmə qiyamətədir. İlkinlik- qiyamətdir, aysız, ulduzsuz gecə məhz qiyamətin ifadəsidir. Nutun qızarmış dili - günəşdir, dilin ucundakı torpaqdan körpə, yəni insan yaranır. Bunun elə özü yaranışdır, özünə qayıdışdır. M - dünyaya uşaq bəxş edən qadının simgesidir. Bu simge Kəbədə, qara daşda da var. Bu hərf həm də Krışnanın, Şivanın, İnannanın, İştarın, Lamiyanın, Lilitin, xalq inamındakı Hal-arvadın simgesi hesab olunur. Yaxud Lilit ən azad qadın simgesidir, hətta feminizmin başlanğıcının ondan götürülməsi fikirləri də var. Ümumiyyətlə, müəllif tanrının bütün gözəllikləri ən gözəl şəkildə qadında təcəlli etməsi haqqındakı fikir sahibləri ilə həmrəydir, çünki qadın da tanrı kimi həyat bəxş edəndir. İkinci hissədə istifadə olunan hərflərin hamısı ibrani əlifbasından və talmutdadan (qədim yəhudi əfsanələrindən) götürülüb və onların məzmunundan yola çıxaraq göndərmələr edilib.

Romanın çox zəngin və rəngarəng fikir yükü vardır, amma hər halda bir oxucu kimi, şəxsən mən də hər hansı əsərdə gözəl, düşündürücü fikir və ideyaların dəqiq, yormayan, obrazlı ifadəsi ilə yanaşı, əsərin maraqlı məzmununu, bitkin süjet xəttini, obrazların yadda qalmasını, dilinin şirinliyini və cazibədarlığını mütləq istəyirəm. Romanda tarixlə, mistika ilə real həyat hadisələri, onların bir-birinə keçidi uğurlu bir vəhdətdədir. Bir epizodda, kiçik bir hadisədə yaddaqalan, unudulmayan obrazlar yaratmaq, oxucunu hadisənin, əhvalatın həyəcanının içinə çəkmək, mövcud olduğu aləmdən qoparmaq da istedad işidir və nəzərə alsaq ki, əsər başdan-başa fəlsəfi yük daşıyır, onda bu proses daha da çətinləşir. Bütün gərgin səhnələrin, dramatik gərginliyin içində isə obrazların həyatında görünüb yox olan, saflığı, təmizliyi təmsil edən qırmızı donlu, saçlarında rəngbərəng kəpənəkli sancaqları olan qırmızı çəkməli, əlində qırmızı şar olan balaca qızcığazın sevimli obrazı - insan şüurunun və qəlbinin mütləq bir parçası olan məsumluq illüziyası var və bu obraz əsərin gərginliyindən də, oxucunun qəlbindən də təmiz bir ab-hava gətirən sərin bir meh kimi gəlib keçir.

Romanın əsas ideyası, süjetin məğzi - İsanın Allah olmaması ideyası müəllifin məqsədli şəkildə “157-158” adlandırdığı hissədə məlum ayədən istifadə olunaraq əks olunub. Əsərdə ifadə olunan fikirlərin hamısı haqqında bir yazıda danışmaq mümkünsüzdür, təbii ki. Ona görə də ən çox diqqətimi çəkənlərə yön aldım. Qədim misirlilərin “Allahlar insanda ölüblər, onları diriltmək müdriklərin işidir” fikrindən yola çıxaraq, Allahın ölümü ilə allahsızlaşmış dünyadan danışan Elçin Aslangil yazır: “Allahın birinci ölümü bəşər üçün o qədər də böyük problem olmadı. Ən böyük faciə onu içimizdə dirilməyə can atan, cahilliyimizdən yaranan ikinci ölümü oldu. Beləliklə, Allahın içimizdəki ölümündən yaranan böyük qüdrətə sahib bir qüvvə - İblis yarandı. … Xeyirin bu günə qədər şərə qalib gəlməməsinin səbəbi içimizə ölü olaraq girən Allahdan, canlı olaraq çıxan İblisin üstünlüyüdür”.

Başdan-başa kodlardan ibarət əsərlə tanış olmağa başladığım ilk anlarda müəllifin bu ağır ədəbi prosesi tamamlaya bilməyəcəyindən çəkindim, bu tipli əsərlərin dünyəvi səciyyəsini Azərbaycan təfəkkür və təxəyyül tərzi ilə kamil bir şəkildə bütünləşə bilməyəcəyini düşünərək, bu riskə getdiyi üçün Elçinə ürəyim yandı, düzü. Çünki az-çox səviyyəli oxucu dünya ədəbiyyatının bu səpkili əsərləri ilə çoxdan tanışdır. Bizim romanların, bizim həyat tərzinin, bizim düşüncənin yazıçının yaradıcılıq imkanlarını, düşüncə diapazonunu məhdudlaşdırdığını, müəyyən, bəlli bir çərçivəni aşa bilməyəcəyini, bütün dünyanı və insanları, həmçinin əkslikləri bir vəhdət, kosmos şəklində və inkişafda təsvir edə bilməyəcəyini düşünmüşəm həmişə. Ancaq Elçin Aslangilin bu romanı mənə bir həqiqəti də diktə etmiş oldu: hər yazar öz istedad və təfəkküründə aşmalıdır o sərhədləri, məhdudiyyətləri. Bunu aşa bilən təxəyyül və istedad üçün bundan sonrası da problem olmur.

Romanda çox bəyəndiyim və zənnimcə, ən qabarıq məziyyət budur ki, tarix boyu Allah və onun mövcudluğu, ölümü ilə bağlı dərin dini-fəlsəfi məsələlərin məğzinə varan müəllif oxucusunu dolaşıqlığa, xaosa sürükləmir, onun fikirlərini qarışdırıb boşluğa buraxmır, oxucusunu pessimizmə kökləmir, çünki Elçin Aslangil bu sualların cavabını özü üçün öz beynində, təxəyyülündə həll edib, kamil bir şəkildə oxucusuna təqdim edir: “Yəni yeganə yol İblisə sevgi öyrətmək və onu bu yolla Allaha çevirməkdir. Çünki sevgiyə qapılaraq ö özünü məhv edib, insanın ali xislətinə qovuşaraq yeksənəkləşərək əslində yox olacaq. Bu zaman insanın daxilində əbədi bir hal, məqam yaranır ki, bunu da biz Buddanın, Mahaviranın, Sokratın, İsanın və Məhəmmədin həyatından oxumuşuq”.

news-inner-user

15844 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Şəhid generaldan roman yazılacaq
16:30 15 İyul 2020
Bəhram Bağırzadədən xəbər var
15:44 15 İyul 2020
Həmişə ana söyüşü söyən Çexov: son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
15:02 15 İyul 2020
Aktyor ölümlə təhdid olunur
14:17 15 İyul 2020
Facebookda müharibə aparanlar – Oğuz yazır...
13:25 15 İyul 2020
Anar müharibədən danışdı: “Ziyalı sözünə ehtiyac var”
12:46 15 İyul 2020
Məşhur aktyor koronovirusdan vəfat etdi
12:13 15 İyul 2020
Azərbaycanlı şairdən yeni qələbə marşı – Mətn
11:31 15 İyul 2020
Xəyyam Mirzəzadənin həyat yoldaşı vəfat edib
10:58 15 İyul 2020
Əsgərlərlə birlikdə dağa odun daşıyan, öz hesabına kazarma tikdirən, evini şəhid ailəsinə bağışlayan komandir
10:14 15 İyul 2020
XVI əsrdə yaşamış Azərbaycan şairinin şeirlər toplusu tapılıb
10:01 15 İyul 2020
Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
09:00 15 İyul 2020
Sorrentino Maradona haqda film çəkir
18:52 14 İyul 2020
İtkin düşən aktrisanın cəsədi tapıldı
18:12 14 İyul 2020
Etimad Başkeçidin səs-küylü hekayəsi: Veyil dərəsi
17:33 14 İyul 2020
Adını duaya çevirib Tanrıya pıçıldamaq...
16:52 14 İyul 2020
Məşhur aktyor koronavirusdan öldü
16:21 14 İyul 2020
Dünya gözlərinlə mənim aramda keçir... – Adonisin şeirləri
15:39 14 İyul 2020
Con Travoltaya ağır itki
15:00 14 İyul 2020
Türkiyəli yazıçı vəfat etdi
14:21 14 İyul 2020